Haçandan haçana…


Baş verir xeyli hadisələr zamandan zamana.
Addım addım gedirik biz də bu yandan o yana.
 
Necə cahildisə insan düşünür əfəl-əfəl,
Firdovsu arzuluyur, amma eyləməyir əməl,
Belə xislət insanın nəfsinə həkk olmuş əzəl,
Dalırıq min xəyala, zənni gümandan gümana.
 
Ömrüvün qədrini bil, sabah Haq-hesab günüdür.
Haqqı yad eylə, ibadətlərin ən üstünüdür,
Çoxu nəfsinin qulu, cahicəlal düşkünüdür,
Yayılır bu xəstəlik indi cavandan cavana.
 
Bəzi kəslər həyat yolunda görsə eniş-yoxuş,
Allaha üsyan edir gələndə bir bəlaya tuş,
Arabir hesaba çək nəfsi, sual ver və soruş,
"Əl açıb, dua eyləmişəm haçandan haçana?"
 
Aldanıb şəhvətə, dünya ipini bərk edirik,
Qalmayır dindən əlamət, namazı tərk edirik,
Allahın əzabı gəldikdə haqqı dərk edirik,
Gəlirik özümüzə dəhşətli təkandan-təkana.
 
Düşmənmiz eyliyir hər tərəfli inkişafları,
Bizlərsə parçalanıb etmişik ayrı safları.
Gördükdə bucür ayrılıqları,ixtilafları,
Sanki batmaqdadı qəlbimiz tikandan-tikana.
Muhəmməd Cureyc

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.