Skip to main content


Rəbbindən dilə


 


Rəbbimin hüzuru nə gözəl yerdir

Orda nə hüzn var, nə qəm nə kədər

Əgər ki, istəyin Rəbbindəndirsə

Nə qədər bacarsan diləə o qədər


Rəbbindən dilə sən şəhid olmağı

Deməki mütləqdir vuruşmalısan

Duan həqiqətən səmimidirsə

Yataqda ölsən də şəhid olarsan


Allahdan istə sən alim olmağı

Düşünmə bu yaşda yaddaş hardadı

Bəlkə də alimlik nəsib olmaz heç

Amma ki bu yolda ölmək başqadı


Rəbbindən dilə sən həqiqi qulluq

Rəbbinə qul olmaq böyük şərəfdir

Qeyrisi qulluğa layiq deyildir

Səcdəyə qapanmaq böyük hədəfdir