Xocalının sənə deyəcəyi var!

Xocalı Soyqırımı!  Xalqımızın üzləşdiyi ən amansız faciə! 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi.Etnik azərbaycanlılara qarşı törədilmiş bu soyqırım 613 nəfərin vəhşicəsinə qətl edilməsi ilə xalqımızın yaddaşında unudulmaz  iz buraxdı. Lakin biz tariximizdən dərs aldıqmı? Bütün bunların bir daha yaşanmaması üçün  nə etmişik? Yoxsa vaxtımızı, gəncliyimizi ancaq əyləncə, şəhəvi hisslər  və içki ilə hədər edirik? 

Əziz həmvətənlərim. Sovet dövründə dost əli uzatdıqlarımız fürsət tapan kimi bizə tarixin ən dəhşətli səhnələrindən birini yaşatdılar. Lakin biz bu gün daha daayıq olmaq üçün hansı meyarlara sahibik? Həmişə özümüzü unutqanlığımıza görə qınayırıq. Bəs bu unutqanlıq nədən qaynaqlanır? Cavabını bəlkə də bilirsiniz. Bəli ,cavab əqidəsizlikdir. Əqidə olmadıqda xalq sadəcə olaraq emosiyaların əsirinə çevrilir. Emosiyalar dəyişkən olur.Tez-tez kənar təsirlərə məruz qalır. Bizə qarşı haqsızlıq edildikdə ,o an nəsə etməyə çalışırıq, lakin zaman keçsə, unuduruq. Elə isə bir əqidəyə tutunmalıyıq. İtirdiyimiz dəyər olan İslam əqidəsinə!

İslamda dost və düşmən anlayışı var və bu anlayış aydın və dəyişməzdir. Bu, əqidəvi məsələ olduğu üçün emosiyaların təsiri ilə dəyişməz,, nəticədə zaman və məkanın təsiri ilə yox olub unudulmaz. Kimliyimizi əqidəmizlə qüvvətləndirsək, hər külək istiqamətimizi dəyişə bilməz

Ümumiyyətlə, Qarabağ, xüsusi ilə də Xocalıda baş verənlərin ən böyük səbəbi Sovet hakimiyyətinin bizə əqidəmizi unutdurması və düşmənimizlə yaratmağa çalışdığı süni qardaşlıq və dostluq şüarlarına aldanmağımız idi. Bəli,tarix həmişə təkrarlanır.. Öz milli mənəvi dəyərlərimizə sahib çıxmayıb, maddi rahatlıq naminə əqidəmizi bir kənara qoyaraq hara gedirik? Bu gün biz ancaq şəxsi mənafeyimizi güdərək qanımız və canımızın bir parçası olan millətimizə hər zülmü rəva bilir, yalnız yaxınlarımızı qoruyub, başqalarının haqqını tapdalayırıqsa, vəzifə arxasınca qaçıb bu yolda hər kəsi və hər şeyi qurban veririksə, o zaman bizə başqa düşmən lazım deyil. Çünki özümüz özümüzün düşməniyik. Ermənilər bizə haqsızlıq etdisə, biz özümüzə qarşı dəfələrlə haqsızlıq edir, birlik bərabərlik və islam qardaşlığı ruhundan uzaqlaşırıq. Gəlin,əl-ələ verək. İmanımızı qoruyaq, millətimizi sevək, bir-birimizə qucaq açaq ki, Allahın bərəkəti üzərimizə yağsın və heç bir düşmən Xocalı kimi bir faciəni bizə qarşı törətməyə cürət etməsin. 

Gəlin bu gerçəyi unutmayaq!. Xocalı faciəsi əqidələrarası mübarizənin bir parçası idi, hansı ki,biz o əqidəni unutmuşduq. Bu müharibə Türk-müsəlman dünyasının Qafqazdakı təmsilçisi olan Azərbaycan xalqının mənəvi olaraq sındırılma və fiziki olaraq cəzalandırılması əməliyyatı idi. Bu faciə milli kimliyimizə qarşı elan edilmiş müharibənindavamı idi. Milli varlıq varsa, milli kimlik də var. Milli kimliyimizin əsli isə Islamdır . İndi düşünün, bu ruhu itirən, barlarda, içki, əyləncə məclislərində çürüyən və qeyrət anlayışı deformasiya olmuş gənc nəslin Xocalının intiqamı deyə bir AMALI ola bilərmi? Qətiyyən! Xocalının və digər itirdiklərimizin geri qayıtması və intiqamın gerçəkləşməsi ancaq şəhidlik ruhu ilə mümkündür. Şəhidlik ruhunun bərqərar edilməsi  isə imani dəyərlərimizə qayıtmaqla mümkündür.Elə isə, oyanın ey insanlar!  Hamılıqla Allahın ipinə (dininə, Qur´ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne´mətini xatırlayın.. (Ali İmran 103)  ÖZ KİMLİYİNİZƏ SAHİB ÇIXIN. İSLAM VƏ BİRLİK RUHUYLA XOCALINI YENİDƏN FƏTH EDİN !

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.