Skip to main content


Həmd edənlər

Dəyərli müsəlman! Buradan görürsən ki, İslamda anlayışlar arasında qarşılıqlı əlaqə mövcuddur. İnsan lazımınca tövbə edərsə, Allah`ın ona əmr etdiyi ibadətləri vaxtında və xüsusi canfəşanlıq, istəklə yerinə yetirərsə Rəbb`imizin “həəmidun” həmd edənlər deyə adlandırdıqlarından olar.

Onun üçün Allah`ın feilləri Allah`ın əzəmətini anlamaqda bir yol göstərici olar. Nə xoş, o insanlara ki, onlar Allah`ın feillərinə, yaratmasına, yaşatmasına, öldürməsinə, diriltməsinə daim diqqət edər və həmin insan bütün varlığı ilə Rəbb`i olan Allah`ı həmd ilə tərif edər.

Yəni ey Rəbb`im sənin hansı isə bir yaratdığından mənə birbaşa xeyir gəlməsə də, gəlsə də Sən həmdə layiqsən. Həmd edə bilənlərin səcdəsi səcdə, rükusu rüku olar. Həqiqi bir şəkildə Rəbb`inə həmd edənlər zahirdə və fərdi ibadətlərdə Allah`a rüku səcdə edib də, həyat nizamının qurulmasında və yaşanılmasında öz nəfsinə rüku və səcdə etməz.

Həmdin nəticəsi rüku və səcdənin səhihliyidirsə, səhih rüku və səcdənin nəticəsi isə Allah`ın hüdudlarını qorumaqdır. Allah`ın hüdudlarını qorumaqda iştirak etməyənin və iştirak etmək fikrində olmayanın, yaxşılığı əmr edib pislikdən çəkindirməyənin Allah`ın müjdəsindən payı yoxdur.

Ey müsəlman qardaşım! Sən Quran anlayışını yarı-yarımçıq saxlama. Sadəcə zahiri ibadətləri edib, dil ilə həmd etməkmi istəyirsən, yoxsa Allah`ın sıralamasını yerinə yetirmək və Allah`ın müjdəsinə nail olanlardanmı olmaq istəyirsən.

Əgər bu yolu tutsan nə xoş sənə, müsəlman! Allah`ın müjdəsinə muxatab olacaq bir həyat tərzi seç. Tövbələrini artır, ibadətlərini sevərək, keyfiyyətlə etməyə çalış, Rəbb`inə həmd elə, Allah üçün bir səyahətə sən də imza at.

Barı Allah`ın dinini insanlara anlatmaq üçün evindən çıx. Beş on nəfəri ətrafına topla və onlara sadəcə Allah var, Rəsulu var, cənnət var, cəhənnəm var de. Amma sən gərək bunu deyərkən o insanlardan fərqli yaşayasan. Onlar kimi olmayasan.

Onlar sənin halının nəfsinə və dünyaya, dilinin və zahirinin isə Allah`a ibadət etdiyini görməsinlər. Onlar səni hər halınla Allah`a qul olduğunu görsünlər. Sən həmd deyilən tərifin ortaya qoyduğu bir şəxsiyyət ol.