Namaz haqqında bilmədiyiniz gerçəklər
İslamın, hər müsəlmanın ömrü ərzində yerinə yetirməsi lazım olan beş əsas öhdəlik və ya inanc sütunları vardır. Namaz, bu beş əsas sütundan biridir. Namaz kəlimeyi şəhadətdən sonra ən vacib əməldir, çünki dirəksiz bina olmadığı kimi, namazsız da bir müsəlmanı təsəvvür etmək mümkün deyildir. Namaz qəlbin nuru, səcdə halı isə Allaha ən yaxın haldır. Allah Quranda buyurur:
Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!» (Taha, 14)Namaz qılmaq insanı Allaha yaxınlaşdırdığı kimi, qılmamaq da eyni qaydada insanı Allahın rəhmətindən uzaqlaşdıra bilər. Bunun sübutu Qurandakı bu ayədir:
"Sizi cəhənnəmə sövq edən nədir? (Onlar) Namaz qılanlardan deyildik " deyərlər. (Muddəssir 74/42-43 )İnsanın təmizlənərək, üstün keyfiyyətlərə malik bir şəxsiyyət sahibi olması üçün namaz ilkin şərtdir. Çünki Allah Qurdan buyurur:
"Namazı doğru qıl. Həqiqətən namaz; insanı hər cür həyasızlıqdan, çirkinlikdən və pis əməllərdən çəkindirər. " (Ənkəbut, 29 / 45)
Bu dünya həyatının mənası və ruhun qidası olan namazı əmr etməklə Allah eyni zamanda bizə bir çox bioloji faydalar da bəxş etmişdir. Bu faydalar isə belədir:
Namazın başında təkbir gətirərkən əl və çiyin əzələlərini hərəkət etdiririk ki, bu da qanın gövdəyə doğru axışını artırır.
Ayaq üstə dayandıqda dua etmə qərarlılığının depressiya üzərində qabaqlayıcı bir tədbiri vardır və ayaqda dayanma tarazlığı inkişaf etdirməyə kömək edir. İnsanlar rahatca dayandıqları zaman, təzyiq mərkəzi ümumiyyətlə iki ayağın arasında durur. Bildiyiniz kimi, danışıq əsnasında müxtəlif əzələlər istifadə edilir. Məhz namazda bu zaman (fatihə və digər surələri oxumaq) üz, dil, ağız, eşitmə orqanlarında qanın axışını artırır.
Namazın (rüku) önə əyilmə mövqeyi, alt onurğa sütununuz üçün faydalıdır. Bu, kürək ağrınızın bir qədər yüngülləşməsinə kömək edir. Rükunu düzgün etmək, kürək ağrısı və onurğa sütunu ilə əlaqədar xəstəliklərin nəzarət altına alınmasına kömək edir. Rüku prosesi böyrək və böyrək problemlərinə kömək edən bir növ masaj rolu oynayır.
Namazda ən əhəmiyyətli funksiya, alnımızla yerə toxunduğumuz an – səcdə anıdır. İnsan səcdə halında olduqda beynimizin qanla qidalanma faizi artır. Səcdə zamanı baş nahiyəsinə düz qan axışı səbəbiylə beyin qanaması və baş ağrısı ehtimalı azalır. Səcdə vəziyyətində ayaq barmaqları yaxşı bir akupresür yaşayır ki, bu da, xüsusilə bədən ağrılarına qarşı faydalıdır.
Təşəhhüd halında (oturaq), omba, dirsək, diz oynaqları, onurğa, bilək oynaqları elə bir nizama gəlir ki, bu bütövlükdə bədənimizdə bir rahatlamanı təmin edir. Bu vəziyyətdə bədənin müxtəlif hissələrində yaranan təzyiq bir növ masaj rolu oynayaraq gərginliyin aradan qalxmasına xidmət edir. Bundan başqa, bu mövqe sürətli həzmə kömək edir, qaraciyərin detoksifikasıyasına dəstək olur və incə bağırsaqda peristaltik hərəkəti stimullaşdırır.
Sağa və sola salam, boyun və üst onurğa idmanının mükəmməl bir şəklidir. Bu vəziyyət, boyun əlaqələrinin boşalmasına kömək edir və eyni zamanda çiyin və kürək üstü əzələlərin rahatlamasına səbəb olur. Bu hal bir növ boyun gücləndirici funksiya daşıyır. Sağa və sola salam verməklə yaranan boyun hərəkəti baş ağrısı vəziyyətində insana yaxşı təsir bağışlayır və migrenlə mübarizədə bütün sinirlərin boyundan keçməsini təmin edir.
Unutmayın!! Allah`ın əmrlərinə uymaq hər zaman insana fayda verər, Onun qadağalarından çəkinmək isə insanı bir sıra zərərlərdən qoruyar!.. Elə isə Onun yolunda addımlamağa tələsin!!!.
Qaynaqlar
http://www.gyanunlimited.com 22 Amazing Health Benefits of Namaz (Salat): Namaz-e-Tawbah November 3, 2014
IslamiCity.org “Medical Benefits of Salat” 15 February 2009 at 10:35pm
Heba Nomani, studied at University of Mumbai, Dec 31, 2014