Skip to main content


Mömin ailə başçısının 15 özəlliyi

1- Allah rizası üçün yumşaq olar və mülayim hərəkət edər

Bilir ki, həyat yoldaşı olan xanımını Allah`ın adı ilə nikahlayıb. Allah`ın adı ilə olan hər işin əbədi düşməni olan şeytanın arxasında dolaşacağını, kiçik qığılcımlardan böyük yanğınlar çıxarmağa çalışacağını bilir. Bu şüurla hərəkət edər; islah edici olar, bağışlayar, görməməzlikdən gəlir. Səhvlərə qarşılıq olaraq, gözəllikləri ön plana çıxarar. Evliliyini əcr dəryasına çevirər. Yoldaşının məişət və rahatlığını təmin etməklə mükəlləf olduğunu, onu yedirib içirdiyi üçün əcr qazanacağına inanar.

2- Qüsursuz qul olmayacağını, nəhayət özünün də qüsurlarının olduğunu düşünər

Yoldaşının giyimindəki, yemək və içməyindəki, danışığındaki və rəftarlarındakı səhvlərini zamanın axışına buraxar. Allah`ın hökmlərindən biri çeynənmədiyi müddətcə görməməzlikdən gələr. İş, Allah`ın hökmlərinin tapdanmasına çatanda isə susmaz. Amma onu da hikmətlə və yetkinliklə, öz kinini qatmadan islah etməyə səy göstərər.

3- Hədiyyələrlə, iltifatlarla könlünü xoş etməyi savab işlərdən görər

Yeri gəldiyində inciməyəcəyi zarafatlar edər. Şəxsi hallarını anlayışla qarşılayar. Heyz və hamiləlik kimi kişilərin qavraya bilməyəcəyi qadınlara məxsus halları olduğu zamanlarda da ona marağını və dəstəyini artırar.

“Özləri ilə dinclik tapa biləsiniz deyə sizin üçün növünüzə uyğun zövcələr xəlq etməsi, aranızda bir sevgi və mərhəmət var etməsi də Onun ayələrindəndir. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün ibrətlər vardır.” (Rum 21)

4- Bir evdə həbs həyatı yaşamağa çevrilən bir evlilik yerinə, yeri gəldiyində gəzdirən, göstərən bir yoldaşla xoşbəxt bir həyat yaşamağın həzzini hiss etdirər

Onun da insan olduğunu, bezə biləcəyini düşünər.

5- Şəxsi qabiliyyətləri varsa onları inkişaf etdirməyə kömək edər

Tikiş, naxış, yazı kimi halal olan sənət və qabiliyyətlərə həm onun zövqünün təmini, həm də insanlığa xidmət məqsədi ilə təşviq edər. Belə qabiliyyətlərlə maraqlanar, təbrik edər, dua edər.

6- Ofis işlərini (istisnalar xaric) evə gətirməz. Evi, istirahət və səadət mərkəzi olaraq qoruyar

7- Evə giriş çıxışlarda və ya lazım olduğu zamanlarda yoldaşına qarşı incə davranmaqdan, onu əzizləməkdən, başını sığallamaqdan çəkinməz.

8- Evə aid əşya seçimində onun seçiminə müraciət etməkdə narahatlıq keçirməz

Mətbəxi yoldaşına həvalə edilmiş bir yer kimi görməz. Zərurət olduqda vəya öz könlündən keçdikdə yemək bişirməkdən qab yumağa qədər hər cür köməkliyi əsirgəməz. Etdiyini də dilə gətirib başına vurmaz. Bu mövzuda Peyğəmbər salləllahu əleyhi və səlləmi nümunə alar. Yeməkləri ictimaiyyət arasında tənqid etməz. Müxtəlif təkliflərlə zövqünə uyğun olanı əldə etməyə çalışar. Qonaq gəldikdə onu mətbəxdə əsir etməyərək könlünü alar.

8- Yoldaşını dini həyatındakı nöqsanlarını tənqid etmək yerinə onu, imanını inkişaf etdirəcəyi, mömin camaata dəstək ola biləcəyi elm məclislərində, mübah olan fəaliyyətlərdə iştirak etməyə təşviq edər, elə məclislərdə iştirak etməsi üçün təkid edər 

10- Yoldaşının ailəsini ehtiramla qarşılayar, yoldaşının onlarla gedib-gəlməsini asanlaşdırar, yoldaşı ilə ailəsi arasındakı anlaşılmazlıqlara qarışmaz

11- Yoldaşının xəstəliyi ilə səmimiyyətlə maraqlanar

Xəstəliyi əsnasında həssalaşacağını bilər. Zərurət varsa yoldaşının xəstə olmasından ötəri axsayan ev işlərini öhdəsinə götürər. Uşaqların rahat olduqlarını ona göstərər.

12- Uşaqların yanında analarını alçaltmaz

Uşaqların yanında əsla mübahisə etməzlər. Uşaq təhsili və tərbiyəsi mövzusunda yoldaşı ilə məsləhətləşər, fikirlərinə hörmət edər. Uşaqların verdiyi yükü yüngülləşdirməyə çalışar.

13- Ən azı həftənin bir gününü yoldaşıyla baş-başa qalmağa ayırar

14- Danışdıqları ilə etdikləri arasında ziddiyyət olmamasına diqqət edər

15- Allah`ın razılığını qazansa, sözü dinlənilən, könüllərdə yeri olan bir insan olacağını çox yaxşı bilər

Peyğəmbərimiz salləllahu əleyhi və səlləm buyurur ki, “Möminlərin ən kamil imanı olanı əxlaqı ən gözəl olanıdır. Onların ən yaxşıları də qadınlarına ən yaxşı davrananıdır.” (Tirmizi 11/1162) Allah təala bizləri belə kəslərdən etsin.

suffagah.com