Skip to main content


Təkamülçülük həqiqəti-Məşhur saxtakarlıq

 Məşhur amerikalı paleontoloq H.F. Ozbom da 1935-ci ildə Britaniya Muzeyinə səfərində: “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır”, – deyirdi.2

 

Lakin Piltdaun adamı böyük saxtakarlıq, şüurlu şəkildə qurulmuş böyük hiylə idi.

 

1949-cu ildə isə Britaniya Muzeyinin paleontologiya bölməsindən Kennet Oukli yeni yaş müəyyən etmə üsulu olan “flüor testi” metodunu bəzi qədim fosillər üzərində sınamaq istədi. Bu üsulla Piltdaun adamı fosili üzərində də sınaq keçirildi. Keçirilən testdə Piltdaun adamının çənə sümüyünün tərkibində heç flüor olmadığı məlum oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Tərkibində az miqdarda flüor olan kəllə isə sadəcə bir neçə min illik olardı.

 

Flüor metoduna əsaslanaraq aparılan sonrakı xronoloji tədqiqatlar kəllə sümüyünün ancaq bir neçə min illik olduğunu üzə çıxardı. Çənə sümüyündəki dişlərin isə süni şəkildə aşındırıldığı, fosillərin yanındakı ibtidai alətlərin də polad alətlərlə yonularaq düzəldilmiş kobud təqlid olduğu məlum oldu.3

 

Veynerin həyata keçirdiyi ətraflı təhlillərlə bu saxtakarlıq 1953-cü ildə qəti şəkildə elan edildi. Kəllə sümüyü 500 il yaşa malik insana, çənə sümüyü də yeni ölmüş oranqutanqa aid idi! Dişlər insana aid olması təsəvvürünü vermək üçün sonradan xüsusi şəkildə əlavə edilmiş və düzülmüş, oynaq yerləri də yonulmuşdu. Daha sonra da bütün parçalar, köhnə görünmələri üçün kalium-dikromat ilə ləkələnildirilmişdi. Bu ləkələr, sümüklər turşuya batırıldığında itirdi. Saxtakarlığı ortaya çıxaran qrupdan Le Qros Klark: “Dişlər üzərində köhnəlmə təəssüratının süni olaraq edildiyi o qədər aydındır ki, necə olub ki, bu izlər diqqətdən yayınmış ola bilər?”– deyərək təəccübünü gizlədə bilmirdi.4

 

Bu həqiqəti elmi yazıçı Hank Haneqraff belə söyləmişdi:

 

“Marvin Lubenovun açıqlamalarına əsasən, alt çənədəki oranqutanq dişlərinin üzərindəki yonulma izləri açıq-aydın görünürdü. Azı dişləri səhv düzülmüş və iki fərqli tərəfdən yonulmuşdu. Köpək dişi də iki fərqli tərəfdən yonulmuşdu. Köpək dişi elə dərin yonulmuşdu ki, pulpanın qovuğu üzə çıxmış, sonra içi doldurulmuşdu”.5

 

Təkamülçü bioloq Keyt Stevard Tomson, Piltdaun adamı ilə bağlı bu böyük yalanı “1912-ci ildəki Piltdaun adamı saxtakarlığı bütün elmi saxtakarlıqların ən uğurlu və xainlərindən biridir”,- deyə şərh edirdi.6

 

Bu təəccüblü və darvinistlər üçün utandırıcı kəşfin ardınca Piltdaun adamı 40 ildən çox müddət ərzində nümayiş etdirildiyi Britaniya Muzeyindən dərhal çıxarıldı. Darvinist saxtakarlıq o qədər irəli getmişdi ki, bir süni fosil 40 il ərzində bütün elmi kütlələri və bəşəriyyəti aldatmışdı.

 

Şübhəsiz, bu, təkamül tarixinin ən böyük qara ləkələrindən biri kimi yerini tutacaqdı. Təkamülçü antropologiya professoru Pat Şipman bu böyük yalanın təsirini belə tərif edirdi:

 

“Kəşfi 1912-ci ildə açıqlanan Piltdaun fosilləri bu qalıqların hiylə ilə yerləşdirilmiş, dəyişdirilmiş saxtakarlıq olduğunun başa düşülməsinə, yəni 1953-cü ilə qədər paleoantropologiyanın ən böyük beyinlərinin çoxunu aldatdı”.7

 

Jurnalist yazıçı və filosof Malkolm Maqqeric isə Piltdaun adamı fosili kimi saxtakarlıqlarla yaşadılmağa çalışılan darvinizmin bütün bəşəriyyəti saldığı vəziyyəti bu sözlərlə tərif edirdi:

 

“Təkamül nəzəriyyəsinin, xüsusilə də onun tətbiq edildiyi sahələrin gələcəkdə tarix kitablarındakı ən böyük məzhəkə mövzularından biri olacağına inandım. Gələcək nəsillər olduqca zəif və şübhəli hipotezin inanılmaz sadəlövhlüklə qəbul edilməsini təəccüblə qarşılayacaqlar…”8      Piltdaun saxtakarlığı öz ağıllarına görə yaradılış inancını zehinlərdən silmək, insanın təsadüfən, özbaşına, nəzarətsiz şəkildə meydana gəlməsi yalanına insanları inandırmaq üçün həyata keçirilmiş dəccali sistem olan ateist masonluğun oyunudur. Lakin Allahın möhtəşəm yaratması və bənzərsiz əsərləri o qədər açıq və aydındır ki, dövrümüzdəki elmi səviyyə ilə bunları görməmək mümkün deyil. Dəccalın dünya səviyyəsindəki bu səmərəsiz səyləri onu və tərəfdarlarını alçaldır, darvinizm yalanının böyük uğursuzluq olduğunu açıq şəkildə göstərir. Uca Rəbbimiz olan Allah insanı necə yaratdığını ayələrdə xəbər vermiş və kainatdakı bütün dəlillər bu üstün yaradılışı açıq göstərir:

 

“O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz!” (Səcdə surəsi, 7-9)

 

 

 

Qaynaqlar:

 

 

  1. Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids, Eerdmans, 1980, səh. 59
  2. Stephen Jay Gould, “Smith Woodward’s Folly”, New Scientist, April 5, 1979, səh. 44
  3. Kenneth Oakley, William Le Gros Clark & J. S, “Piltdown”, Meydan Larousse, nömrə: 10, səh. 133.
  4. Stephen Jay Gould, “Smith Woodward’s Folly”, New Scientist, April 5, 1979, səh. 44
  5. Hank Hanegraaff, Fatal Flaws “What Evolutionists Don’t Want You To Know”, W Publishing Group, 2003, səh. 34
  6. Keith Steward Thomson, “Piltdown Man: The Great English Mystery Story”, American Scientist, vol. 79, 1991, səh. 194; Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 197
  7. Pat Shipman, “On the Trail of the Piltdown Freudsters” New Scientist, vol. 128, 1990, səh. 52; Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 197
  8. Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids MI, Eerdmans, 1980, səh. 59; Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 253-254

 

Qeyd: Bu meqale http://tekamulculerecavab.com saytindan goturulmusdur.