Skip to main content


Dəvətçinin daha bir xüsusiyyəti

Ona görə də dəvətçilərə tövsiyyəm odur ki, sadəliyin məşqi üçün arada bir özlərinə tapşırıqlar versinlər.

Bir də dəyərli qardaşım, yaşantıların, qayğıların adi insani ola bilər. Çünki sən dəvətçisən, həm də təbii adi bir insansan.

Amma gündəlik qayğılarınla belə adi insanlardan fərqlənməyə çalış. Qoy sənin simanda, yerişində, oturuşunda İslami qayğıların hiss edilsin.

Bir sözlə məişətinin istənilən istiqamətində İslamla nəfəs almağa çalış. Nəfəsi dünya ilə alıb içindən İslamı vermə. İçinə İslamı al, dünyanı ciyərlərindən çıxart.