Skip to main content


Ölüm və həqiqəti

Ölüm həqiqətən də gələcəkdir. Heç bir şey ona mane ola bilməz. Nə qalaların yüksəkliyi, nə qapıların qıfılı nə də başqa bir şey ona mane ola bilər. Allah təala belə buyurmuşdur: ‘’Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu Allah`dandır!”- deyər, bir pislik üz verdikde isə: “Bu, səndəndir!’’- deyərlər. De: “Hamısı Allah`dandır!”. Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?” (Nisa 78)

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi ve aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklerinizi xəbər verəcəkdir”. (Cumə 8)

“Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.” (Əli İmran 185)

Bu böyük həqiqətin qəlblərə yerləşməsi lazımdır. Bu böyük həqiqət, yer üzündə həyatın müvəqqəti olduğunu, müəyyən bir vaxta qədər davam etdiyini ve bir gün mütləq sonunun gələcəyini bizə xəbər verir. Saleh insanlar da ölür, günahkarlar da. Əqidə ilə şərəfli bir həyat yaşayanlar da ölür, insanlara kölə olanlar da. Haqsızlığa dözə bilməyən cəsur insanlar da ölür, nə qarşılığında olursa olsun yaşamağa razı olan qorxaqlar da. Böyük hədəfləri olan insanlar da ölür, az bir qazanc qarşılığında sadəcə yaşamaq istəyən sıravi insanlar da.

Hər kəs öləcəkdir.

Hər canlı ölümü dadacaqdır. Hər canlı bu həyatla vidalaşacaqdır. Hər kəs başına gələcək bu sonda bərabərdir, biri digərindən fərqli deyildir. Aradakı fərq başqadır. Sözügedən fərq gediləcək yerin ayrı olmasıdır. Ancaq Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Cəhənnəmdən uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmışdır.

Əsl fərq buradadır. Biri digərindən bu nöqtədə ayrılır. Bunun üçün çalışmaq lazımdır. Qorxu verən sonluq üçün isə min dəfə ölçüb-biçmək lazımdır. Kim Cəhənnəmdən uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmışdır.

Zahidlərdən birinə ən böyük nəsihətin hansı olduğu sual verilmişdir. O da belə cavab vermişdir: “Ölülərə baxmaq”. (Qurtubiət-Təzkira səh. 99)

Qurtubi ölümü necə də gözəl təsvir etmişdir: “Ölüm, ən qorxunc hal, ən pis vəziyyət, ən çirkin şey, ən çox iyrənilən və xoşlanılmayan insanlarin içdiyi bir qədəh, ləzzətləri kəsən, rahatı qaçıran, istənilməyən şeyləri çəkdirən bir şeydir. İnsanın sümüklərini qoparan, orqanlarını bir-birindən ayıran, yaradılışını darmadağın edən, qorxunc bir vəziyyətdir, ürpədici bir haldır. Bu vəziyyətin yaşandığı gün də ən böyük gündür.” (Qurtubiət-Təzkira səh.24)

                                      Həyatın dadını qaçıranı çox xatırlayın!

Allah təala buyurmuşdur: “Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Cəhənnəmdən uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”. (Əli İmran 185)

“Həqiqətən o Saat haqqında elm yalnız Allah dərgahındadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Loğman 34)

“Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər”. (Nəhl 61)

“Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allah`ın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbb`im! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”—deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır”. (Munafiqun 9-11)

Nəhayət onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbb`im! Məni geri qaytar. Bəlkə tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır. Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar. O gün məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar. Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar. Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi? Onlar deyəcəklər: “Ey Rəbb`imiz! Bizi oradan çıxart! Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də, zalım olarıq”. Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və  Mənə heç nə deməyin! Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbb`imiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”- deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu məsxərə Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz. Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!” Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”- deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş”- deyəcəklər. Allah deyəcək: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz! Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?” (Muminun 99-115)

“Möminlərin qəlbinin Allah`ın zikri və haqdan nazil olan ayələr üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı? (Hədid 16)

İbn Ömər radiyallahu anhumə demişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm mənim çiyinlərimdən tutaraq buyurdu: “Dünyada bir qərib, yaxud yol keçən adam kimi ol”.

İbn Ömər deyərdi: “Axşama yetişdikdə səhəri gözləmə, səhərə yetişdikdə axşamı gözləmə. Səhhətindən xəstəliyin, həyatından ölümün üçün götür.” (Buxari)

Abdullah İbn Ömər radiyallahu anhumə demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Vəsiyyət edəcək malı olan bir müsəlmanın vəsiyyəti başının altında olmadan üst-üstə iki gecəni keçirməyə haqqı yoxdur”. (Buxari“Vasayə” 1)

İmam Muslimin rəvayətində bu müddətin üç gün olduğu bildirilir. İbn Ömər belə demişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu eşitdikdən sonra vəsiyyətim yanımda olmadan əsla yatmadım”.

Ənəs radiyallahu anhu demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm bir neçə xətt çəkdi və “Bu insanın arzu-istəkləri, bu da əcəlidir. İnsan bu ikisi arasında belə (çətin vəziyyətdə) qalır. Çünki hansı tərəfə addım atsa o tərəfdəki xəttə yaxınlaşmış olur”.   

Əbu Hureyrə radiyallahu anhu Peyğəmbər salləllahu əleyhi və səlləmin belə dediyini rəvayet edir: “Ləzzətləri kəsəni çox xatırlayın!”( Tirmizi)

Ubey ibn Kəb radiyallahu anhu belə rəvayət edir; Allah Rəsulu salləllahu əleyhi və səlləm gecənin üçdə ikisi keçincə qalxar və belə deyərdi: “Ey insanlar! Qalxın  Allah`ın sizə verdiyi imkanları düşünüb lazım olanları yerinə yetirin. Racifənin (bütün canlılara ölüm gətirəcək olan ilk sura üfürülmənin) vaxtı gəldi, bunun ardınca da Radifə (bütün canlıları dirildəcək üfləniş) gələcəkdir. Ölüm, hər cür dəhşət və sancılarıyla mütləq gələcəkdir; ölüm, mütləq hər kəsi tapacaqdır”. Ubeyy dedi ki: “Ey Allah`ın Elçisi! Mən sənin üçün çox dua edib salavat gətirirəm; dualarımın nə qədərini sənin üçün ayırım?” Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “İstədiyin qədərini!”. Dualarımın “dörtdə birini?” deyə soruşdu. Peyğəmbər salləllahu əleyhi və səlləm yenə “istədiyin qədərini, əgər artırsan sənin üçün daha xeyirlidir!” deyə cavab verdi. Mən də “yarısını ayırım? –deyə soruşdum. O “istədiyin qədərini, əgər artırsan sənin üçün daha xeyirlidir!” Mən də “üçdə ikisini?” dedim. O yenə “istədiyin qədərini, əgər artırsan sənin üçün daha xeyirlidir!” buyurdu. Mən də o halda “bütün dualarımı sənin üçün edəcəyəm” dedim. “Sıxıntıların götürüləcək və günahların bağışlanacaqdır” deyə buyurdu. (TirmiziSıfətu`l-Qıyəmə)

İbn Ömər radiyallahu anhu belə rəvayət etmişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləmdən “Hansı müsəlman daha ağıllıdır?”–deyə soruşdular. O da belə cavab verdi: “Ölümü ən çox xatırlayan və ölüm üçün ən çox tədarük görənlər. Bax onlar ən ağıllı Müsəlmanlardır”. (İbn Məcə. Albani bu hədisin həsən olduğunu demişdir. Səhihu`l-Cami 1384)

Həsən əl-Bəsri demişdir: “Ölüm dünyanın qüsurlarını açdı. Ağıl sahiblərini dünya üçün sevinməyə qoymadı. Hansı qul qəlbindən ölümü çıxartmazsa onun gözündə dünya kiçilər və dünyadakı hər şey adiləşər”.

İbn Ömər radiyallahu anhu ölümdən bəhs edildiyi zaman quşların titrəməsi kimi titrərdi. Hər gecə fəqihləri toplayar, onlarla birlikdə ölüm və qiyamət haqqında danışardı. Sonra hamısı önlərində cənazə varmış kimi ağlayarlardı.

İbn Məsud radiyallahu anhu belə demişdir: “Xoşbəxt kimsə başqasına baxıb ibrət alandır”.

Əbu Dərda da belə demişdir: “Ölülərdən bəhs edilərkən, sən də özüvü onlardan biri hesab et!”

Qurtubi belə demişdir: “Alimlərimiz belə demişdir: “Ləzzətləri kəsən ölümü çox xatırlayın!” hədisi, geniş məna ifade edərək bir çox nəsihətin yerini tutur. Əlavə olaraq son dərəcə təsirli nəsihətdir. Çünki kim həqiqi mənada ölümü xatırlayarsa hal-hazırda aldığı ləzzətlər yox olar, gələcəyə aid əməllər düşünməz, arzuladığı şeylərə qarşı zahid olar. Qaralmış qəlblər və ölümü yada salmaqdan uzaq olan könüllərə isə uzun-uzun nəsihət etmək, təsirli misallar vermək lazımdır. Normal şərtlərdə Peyğəmbər salləllahu əleyhi və səlləmin “Ləzzətləri  qaçıran ölümü çox xatırlayın!” əmri ilə Allah təalanın “Hər canlı ölümü dadacaqdır” ayəsi, eşidən və düşünən hər kəs üçün kifayət edər!” (Qurtubiət-Təzkira)