Skip to main content


İslam dininin insan psixologiyasına faydaları

Müsəlmanların sağlamlığına qovuşmasına ,inkişafına və reabilitasiyasına kömək etməyi özünə borc bilmiş Najva Avad həm psixoterapevt,həm də Yaqin İslami Araşdırmalar İnstitutunun üzvüdür. Əmanət Ailə Konsultasiyası üzrə öz şəxsi biznesinə malik olan Najva, burada uşaqlara və böyüklərə, həmçinin ailələrə həm qəbulunda,həm də internet vasitəsilə məsləhət xidmətləri göstərir. O, həmçinin, psixoloji problemlərin düzgün dərk edilməsi, cəmiyyətdə hal-hazırda hökm sürən psixoloji problemlərin aradan qaldırılması və İslami nöqteyi-nəzərdən psixoloji sağlamlığın inkişaf etdirilməsi barədə seminarlar təşkil etməklə tanınır.
O belə deyir:”İslam həyatımızda ümumi bir çərçivə yaradır və onun sütunları daxilində hər kəs psixoloji sağlamlığının artmasına səbəb olan bəzi tövsiyələrdən yararlana bilər. Bu tövsiyələri müsəlmanlar sadəcə Allah üçün etsələr belə,müasir dövrdə aparılan tədqiqatlar bu ibadətlərin eyni zamanda insan sağlamlığına nə qədər faydalı olduğunu da sübut edir. Bir psixoterapevt olaraq mən dinə uyğun həyat tərzinin psixoloji sağlamlıq üçün əhəmiyyətini sübut edə bilərəm və bu məqalədə İslamdan öyrəndiklərimlə psixoloji sağlamlıq arasındakı üç mühüm əlaqəni müzakirə edəcəm:
1. Uca Yaradana Sevgi və Bağlılıq
Həyati tələbatları qarşılandıqdan sonra insanın duyduğu ən böyük ehtiyac sevgi və bağlılıqdır. Normal bağlılıq quran insanların şəxsi inkişafı,tam potensialını üzə çıxara bilməsi və başqaları ilə düzgün əlaqələr qurması digərlərindən fərqlənir. Bəzi insanlar sevdiklərinə qarşı normal bağlılıq qura bilirlər; bəziləri isə öz ömürlərini heç bir bağlılıq hissi duymadan keçirirlər. Normal bağlılıq qura bildiyin insan yoxdursa, cəmiyyətdən təcrid olunmuş kimi hiss edir, özünü qiymətləndirə bilmirsən .Bu cür insanların emosiyaları o qədər dəyişkən olur ki ,bu özü elə böyük problemlərdən biridir.1
Kliniki təcrübələrimdə mənə məlum oldu ki, Allahla sağlam və sevgi dolu bağlılığı olan insanlar çətin anlarında belə ruhdan düşmürlər. Başqaları tərəfindən aldadıldığı zaman və ya depressiyaya səbəb olan amillərin arxa-arxaya gəldiyi vaxtlarda, Allahın onlarla olduğuna və onları bu çətinlikdən çıxaracağına ürəkdən inanıb təvəkkül edirlər. Gəlin, insanın Allahla qurduğu əlaqənin başqası ilə qurduğu əlaqədən necə fərqləndiyini göstərən bəzi nüansları nəzərdən keçirək:
Başına gələnlərdə hikməti görə bilmək
İslam müsəlmanların sevinc duyacağı hadisə ilə üzləşsə, şükr etməsini, çətinliyə düşdükdə isə qədəri ilə razılaşıb səbir etməsini ,Rəbbinə hər zaman güvənib təvəkkül etməsini tövsiyə edir. Belə olduqda Allah onlara bərəkət verib çətinlikdən xilas edəcəyini vəd edir. Bir çox xəstəliyin səbəbi stress, əsəb və depressiyadır. İnsanın özünü çarəsiz və tək hiss etməsi psixoloji gərginliyə səbəb olan ən böyük amillərdəndir. Depressiya bəzən hətta intihara səbəb olur. İslam isə insanın mənəviyyatını zənginləşdirməklə onu stressdən azad edir, rahatlığa qovuşdurur. Rəbbinin hikmətinə arxayın olan insanın depressiyaya düşməsinə ehtiyac qalmır, bu da öz növbəsində onun psixologiyasına yaxşı yöndə təsir göstərir.
Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət)təyin etmişdir. (Quran, 65/2-3)
Ömürlük bağlılıq
Sevdiklərimizlə ünsiyyət qurarkən bir-birimizin nəyə ehtiyacı olduğunu hiss etməkdə çətinlik çəkirik.Halbuki Allah Təalə Quranda bizim düşüncələrimizi və hisslərimizi heç kimin bilmədiyi bir şəkildə bildiyini söyləyir.KMusəpman heçkim anlamasa belə, Allahın onu anladığını bilir.Kiminsə sizinlə olduğunu və sizi anladığını bilmək psixoloji rahatlıq üçün böyük bir stimuldur.
"And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə´lumdur!)” (Quran, 50:16)
“… Onu sevdiyim zaman eşidən qulağı, görən gözü, vuran əli, gəzən ayağı oluram; əgər o Məndən bir şey istəsə, verərəm, əgər Məndən onu qorumağımı (sığınacaq) istəsə, onu qoruyaram”. [Al- Buxari]
Ömür boyu qarşılıqlı əlaqə
Biz insanlar çox vaxt başqalarından onlara etdiyimiz yaxşılıqların qarşılığını gözləyirik,hətta bəzi insanlar yaxşılığın əvəzini vermək bir tərəfə,heç aldıqları şeyi bezdirmədən geri qaytarmırlar.Allah isə etdiyimiz az bir əmələ qarşı müqayisə
olunmayacaq dərəcədə mükafat vəd edir və bizə bildirir ki, O, təkcə bizim etdiklərimizə qarşılıq verməklə kifayətlənməyəcək, həm də daim Ona daha yaxın olma cəhdlərimizi boşa çıxarmayacaq:
“Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm”. (əl-Buxari, 6856)
İlahi sevgi
Allah Təalə Quranda öz bəndələrinə onları sevdiyini deyir. Onun qulu olmaqdan daha böyük bir şərəf yoxdur. Müsəlmanlar bu sevgi, bağlılıq və üstünlükdən hədsiz məmnundurlar.
“….Hər kəs tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!” (Quran, 2:256).
2. Formalaşan şəxsiyyət
Bu gün biz İnsanların mənəvi, şəxsi inkişafına deyil, başqaları tərəfindən şəxsiyyətinin necə qarşılandığına diqqət etdiyi bir dünyada2 yaşayırıq. Belə olduqda mənəviyyatı boş, vicdan çatışmazlığı yaşayan, lakin daim şöhrət, təqdir arxasınca qaçan və bu yolda hər yolu doğru hesab edən insanlar formalaşır. Güclünün, varlının rəğbət edildiyini görüb pula, vəzifəyə pərəstiş edən, yalnız özünü düşünən bir nəsil formalaşmaqdadır. Məhz belə bir zamanda Qurani Kərimdə həm dünyəvi, həm də mənəvi cəhətdən uğur əldə etmək üçün mühüm xüsusiyyətlərin işıqlandırılması lap yerinə düşür. Allah Təalə bu xüsusiyyətləri Quranda əks etdirir.Buna dair bir neçə nümunə :
“…Şübhəsiz ki, Allah ədalətli olanları sevir. (Quran, 5:42)
“…Allah səbr edənləri sevər! (Quran, 3:146)
Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər! (Quran, 2:222) “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.” (Quran, 3:134)
Nə üçün biliyə və üstün keyfiyyətlərə sahib olmaq psixoloji sağlamlıq üçün mühümdür? Kim olduğunuzu və ya kim olmaq istədiyinizi dərk etməyiniz özünüzü güclü hiss etməyə səbəb olar; mənim kimi psixoterapevtlərin pasientləri ilə seans zamanı qarşısına qoyduğu əsas məqsəd özünü qiymətləndirmə, həyatının məqsədini anlama bacarıqlarını inkişaf etdirmək və sağlam münasibətləri qorumaqdır.Hər insan içində bəzən özü ilə mübahisə edir,bəzən də qarışıq, müəyyənləşdirmək mümkün olmayan duyğular yaşanır,elə olur insan özü belə özünü anlaya bilmir.Belə zamanlarda şüurumuza yerləşmiş doğru istiqamət verən düşüncə və fikirlər insana duyğularını idarə etməyə kömək edir.
3. İslam sağlam həyat tərzini təbliğ edir
Müsəlmanlar bir çox faydalarından xəbərsiz olsalar da, İslama uyğun həyat tərzi keçirməyin bir çox psixoloji faydaları vardır. Aşağıdakı elmi ədəbiyyatda psixoloji sağlamlıq üçün faydaları sübut edilmiş bir neçə ibadətlər verilmişdir:
Zəkat: Sədəqə vermək İslamın rüknlərindən biridir. Tədqiqatlar göstərir ki, xeyriyyə məqsədilə sədəqə verdikdən sonra doğan sevinc hiss insanın gəliri artdıqda duyduğu sevinc hissindən daha güclüdür.3
Oruc tutmaq: Oruc tutmaq islamın başqa bir rüknu olub, tibbi4 faydalara malik olmaqla yanaşı, psixoloji5 sağlamlığa da faydalıdır. Psixoloji cəhətdən, oruc tutmaq nizam-intizamı və məqsədyönlü düşüncə qabiliyyətini artıra bilir. Bu, həmçinin, Allahı idrak etmək duyğusunu artırmaqla yanaşı, bir kəsin kasıblara yuxarıdan aşağı baxmamasına, təvazökarlıq hissinin formalaşmasına səbəb olur.
Namaz: İslamın digər rüknu – ibadət məqsədi ilə edilməsi ilə bərabər bir sıra faydaları da olan, gündə beş dəfə qılınan namazdır. Namazda edilən hərəkətlər orqanizmi fiziki cəhətdən inkişaf etdirir. Gün ərzində mütəmadi olaraq Uca Güc Sahibi ilə əlaqə qurmağın özü elə psixoloji cəhətdən rahatlıq, sakitlik, dünya stresindən uzaqlaşma təsiri bağışlayır.6 Namazın bir hissəsi olan Quran oxumağın da psixologiyaya bəzi faydalarının olduğu sübut olunub.7
Özündərketmə: Özünüdərketmə Buddizm ilə əlaqələndirilsə də, faktiki olaraq, İslamda da buna yer verilib 8. Özünüdərketmənin psixoloji sağlamlığa faydaları əsrlər əvvəl İslam alimlərinin müzakirə mövzusu olmasına baxmayaraq,elm bunu yaxın dövrlərdə tədqiqat zamanı sübut edib. 9
İslami həyat tərzinin sağlam psixologiya üçün faydası hədsiz çoxdur..Bu məqalə dininə sadiq həyat yaşamağın üstünlüklərindən sadəcə biridir. Bir psixoterapevt olaraq təcrübəm mənə göstərdi ki, islami həyat tərzi psixoloji xəstəliklələ bağlı risk amillərini azaltmaqda
yanaşı,problemlərin öhdəsindən gəlməyi də asanlaşdırır. Bu İslami prinsiplər mütəmadi yerinə yetirildiyi zaman faydaları elmi ədəbiyyatlarda açıq-aşkar görünür.
[1] DeVito, Cassandra C., “The Link Between Insecure Attachment and Depression: Two Potential Pathways” (2014).Masters Theses. 11. https://scholarworks.umass.edu/masters_theses_2/11
[2] Covey, S. R. (2004). The 7 habits of highly effective people: Restoring the character ethic. New York: Free Press.
[3] Allen, S. (2018). The Science of Generosity. PDF file.
[4] Pakkir Maideen NM, Jumale A, I.H. Alatrash J, Ahamed Abdul Sukkur A. Health Benefits of Islamic Intermittent Fasting. J Fasting Health. 2017; 5(4): 162-171. Doi: 10.22038/jnfh.2018.30667.1111
[5] Ahmad S, Goel K, Maroof KA, Goel P, Arif M, et al. (2012) Psycho-Social Behaviour and Health Benefits of Islamic Fasting During the Month of Ramadan. J Community Med Health Educ 2:178. doi: 10.4172/2161-0711.1000178
[6] Sayeed SA, Prakash A. The Islamic prayer (Salah/Namaaz) and yoga togetherness in mental health. Indian J Psychiatry 2013;55, Suppl S2:224-30
[7] Nayef, E. G., & Wahab, M. N. A. (2018). The Effect of Recitation Quran on the Human Emotions. International Journal of Academic Research in Business and Social Sciences, 8(2), 50–70.
[8] Parrott, J. (2017). How to be a Mindful Muslim: An Exercise in Islamic Meditation. Retrieved from https://yaqeeninstitute.org/justin-parrott/how-to-be-a-mindful-muslim-an-Exercise-in-islamic-meditation/#.XRPl3uhKg2w
[9] Justin Thomas, Steven W. Furber & Ian Grey (2018): The rise of mindfulness and its resonance with the Islamic tradition, Mental Health, Religion & Culture, DOI:10.1080/13674676.2017.1412410