Həqiqət illuziyası
Heç bir insan aldadılmağı sevməz. Elə ən azı buna görədir ki, dinimiz İslamda yalan danışmaq, onu yaymaq haramdır. Axmaq vəziyyətinə düşürülmək kimə xoş gələ bilər ki. Amma çətin elə bir insan tapıla ki, nə zamansa aldadılaraq manipulyasiyaya məruz qalmamış olsun. Aramızda ən skeptik və astetik həyat tərzi sürən birisi belə böyük ehtimal nə zamansa manipulyasiya altına düşərək aldadılmışdır. Nə qədər ağıllı, intellektual olsaq da, düşünsək hər birimiz həyatımızda nə zamansa fırıldaqçı tələsinə düşdüyümüzü xatırlaya bilərik. Bəs nə zamansa özümüzə “Bəlkə mən aldadılıram? Bəlkə olduğum sosial mövqeyə, aid olduğum partiyaya, üzvü olduğum təşkilata aldadılaraq mənsub olmuşam? Bəlkə beynim yuyulub? “ sualını verdikmi ? Əksər insan özünə belə bir sualı verməyə lüzum görmür. Aid olduğu fikirlərin doğruluğundan o qədər əmindir ki, özünü blokada vəziyyətinə salmış, tənqid və müzakirələrə qapalıdır.
İlk dəfə brainwashing terminini 1950-ci ildə jurnalist (eyni zamanda MKİ-nin təbliğat şöbəsinin əməkdaşı) Edward Hunter, Miami News-da öz sensasiyalı məqaləsində istifadə etmişdir.
Bir neçə bestseller müəllifi, psixoloq Mariya Meliya da öz “просто о сложном” əsərində bu mövzulara geniş toxunmuşdur, sizə o kitabdan da fraqmentləri təqdim edəcəyik.
Bu məqalədə məqsədimiz kimlərisə ifşa etmək deyil, sadəcə sizə aldadılma mexanizmlərindən, həqiqətin sizə necə təhrif edilməsindən danışmaqdır ki, bəlkə yenidən öz halınıza nəzər yetirəsiniz və ehtiyac varsa özünüzdə düzəlişlər edəsiniz.
Beləliklə, ilk öncə “obyekti” öyrəşdiyi mühitdən və alternativ informasiya mənbələrindən izolyasiya edirlər ki, əvvəlki fikirləri və inancları kənardan möhkəmlənməsin.
Sonra isə növbə, həyatı əhəmiyyətli ehtiyaclara çatır : insanı yemək, yuxu və elementar tələbatlardan məhrum edirlər. Tezliklə o, iradəsiz və köməksiz birisinə çevrilir. Çünki baza tələbatlar qarşılanmayanda dəyərlər və inanclar istər istəməz ikinci plana keçməyə başlayır.
Qurban fiziki yorulub, mənəvi usanıb öz “sahibindən” asılı vəziyyətə düşəndə, ona yeni “həqiqəti” aşılamağa başlayırlar. Özünü yaxşı aparar, əvvəlki fikirlərindən dönərsə ona bir az yemək, yatmağa icazə verilər, vəziyyəti yaxşılaşdırılar. Bu şəkildə zamanla insan yeni dəyərlər sistemini qəbul etməyə və əməkdaşlıq etməyə başlayır.
Kütlənin manipulyasiyası zamanı isə fiziki metodlar tətbiq edilmir, lakin iş elə həmin “üçtərkibli” mexanizm üzrə aparılır : Əlaqəni kəsmək (tənqidi təfəkkür azaldılır), qorxu doğurmaq (təhlükə yaratmaq), “xilaskar qarmağı”-nı işə salmaq (çıxış yolu göstərmək).
Əlaqəni kəsmək
Adətən biz yeni əldə edilmiş informasiyanı kifayət qədər tənqidi şəkildə qəbul edirik. Ümumiyyətlə insana xas xüsusiyyətdir ki, o, instiktiv olaraq yeni bir şeyə qarşı müqavimət göstərsin. Bunu gündəlik həyatımızda diqqət etsək aydın görə bilərik. Adətən eşitdiyimiz hər xəbərə “əşi boş söhbətdi”, “Bunun altında nəsə var..” və s kimi fikirlər bildiririk, ağzımıza yemək aparanda belə az qala öncə iyləməsək bunu etmirik. Amma əlaqələrimiz kəsilsə bu işləməməyə başlayar və biz demək olar artıq hər şeyə inanmağa başlayarıq.
Düşünməyin ki, toplu olaraq bizi aldatmaq daha çətindir, əksinə kütləvi manipulyasiya və aldadılma daha asandır nəinki insanların fərdi aldadılması. Görünür, “Bir insanı hər dəfə aldatmaq olar, hamını isə bir dəfə” sitatı yanlış imiş. Çünki ünsiyyətdə olaraq biz bir-birimizə təsir edirik. Bir insanı aldatmaq professionalizm tələb edir, lakin kütlə ilə bu ani anda baş verir.
Qorxu doğurmaq
İnsanın baza ehtiyaclarına toxunduqda onu asanlıqla qorxudaraq hər şeyə inanan uşağa çevirmək olur. Reklamlarda da bu metoddan istifadə edilir. Düzdü bizi yemək, içmək, yuxu və s. Kimi baza təlabatlardan məhrum etməsələr də reklam nə qədər talantlı olsa, ordakı aktyorlar ac, susuz, seksual ac və s. obrazları nə qədər real oynasalar biz bir o qədər orada deyilən məlumatlara inanırıq, çünki onlar reklamda öz məhsulları ilə bizə çıxış yolunu da göstərirlər. Başqa bir misal, çıxıb sadəcə desələr ki, hər kəs maska taxmalıdır və bunu əsaslandıra bilməsələr bu tutmaz, amma bir virus təhlükəsi ilə qorxutduqdan sonra rahatlıqla hər kəsdən maska taxmasını tələb etmək olar və kimsə də buna etiraz etməz. Necə ki, heç bir səbəb olmadan hansısa bir idarənin mühafizəçisi sizdən ciblərinizi göstərməyi tələb etsə siz buna etiraz edərsiniz, amma idarənin girişində içəridə oğurluq olduğu yazılarsa siz müqavimət göstərmədən ciblərinizi o mühafizəçiyə göstərərsiniz.
Bundan başqa hər bir millətin də ümumi bir qorxusu olur ki, bunlarla da bütöv bir millətə təsir etmək olur. Rus torpaqlarında “faşizm”, bizim torpaqlarda “erməni” sözləri belə sözlərdəndir. Məsələ orasında deyil ki, biz “erməni” sözündən və ya ermənilərdən qorxuruq və ya ruslar faşistlərdən. Onsuz da rusların da içində olduğu keçmiş SSSR faşizmə qələbə çalmışdı. Sadəcə artıq bu söz eşidiləndə bizlərdə və onlarda fərqli hisslər oyanmağa başlayır. Axı bu sözlərin altında nə qədər axmış qanlar, itirilmiş yaxınlar, həmyerlilər vardır... Hər millətdə belə sözlər, belə assosiasiyalar var. Bax millətlərin aldadılmasında, onların manipulyasiyasında bunlardan da istifadə edilir.
Xilaskar qarmağı
Bizi mühim şeylərdən məhrum etdilər, gözümüzü qorxutdular indi isə bizə çıxış yolu təqdim etməlidirlər ki, biz onların istədiklərini edək. İnsan qorxandan sonra beyin çıxış yolu axtarmağa başlayır. Elə ki, çətinliklə üzləşdik, beynimiz bu çətinliyi doğuran sadə səbəblər və sadə həll yolları axtarmağa çalışır. Ona görədir ki, reklamlarda adətən bir biri ilə heç uyuşmayan çıxış yolları təqdim edilir. “Bu kofeni iç varlı olarsan”, “Bu saqqızı çeynə, qızların xoşuna gəlməyə başlayarsan”, “Bu yuyucu vasitə ilə yu və ərin daha başqası ilə səni aldatmaz” və s. bu cür məntiqə zidd səbəb-nəticə əlaqələri qurulur, lakin daha öncə biz qorxudulduğumuz üçün bu bizə təsir etməyə bilmir.
Diqqətin yayındırılması
Təbliğat və bütün digər manipulyasiyalara qarşı mühimdir ki, təlqin edilən şeyə qarşı psixoloji müqavimət göstərilsin. Lakin, informasiyanın ötürülməsi zamanı ünvanlanan şəxsin fikrini təlqin edilənin özündən, mətnindən yayındırsan, o bunun barəsində düşünməyə macal tapmaz və nəticə etibarı ilə kontur-dəlil gətirə bilməz. Kontur-dəlillər isə təlqin edilənə göstərilən müqavimətin əsasını təşkil edir. Televerilişlərdə də bizi informasiya koleydoskopu ilə aldadırlar. Qısa sujetlər aralıq anonslar, reklamlar ilə bir-birini əvəz edir, kadrlar ani anda peyda olub, itib başqası ilə əvəz edilir, aşağıdan əlavə xəbərlər yayan zolaq hərəkət edir və s. Bununla yanaşı mühim informasiya məşhurların həyatlarında olan şayələrə, onlar moda aləminə və s bu şəkildə qarışdırılır. On dəqiqə ərzində gözlərimiz önündə o qədər informasiya, o qədər kadr canlanır ki, son olaraq heç birinə fokuslana bilmirik. Heç bir informasiyaya köklənə bilmədikdən sonra isə hər cür “zibil”-ə açıq oluruq və beləliklə bizə nə istəsələr təlqin edə bilərlər. Verilən məlumatı hissələrə bölərək elə formada təqdim edirlər ki, birini əvvəldə, birini sonda, baxırsan ki, belə baxanda hər şeyi tam dedilər amma tam olaraq tuta bilmirsən ki, həqiqətən nə baş vermişdi. Bəzən xəbərin sensasiya ilə, “şok” və s kimi sözlərdən istifadə etməklə bizdə doğurdan da “şok” effekti yarada bilirlər. Axı beyin çox vaxt özümüz tərəfindən idarə edilmir və biz onu “avtopilot” rejimində istifadə edirik. Belə rejimdə isə beyin özünə rahat olur deyə stereotiplər, hazır formulalar üzərindən düşünməyə başlayır. Və ya, bizi ikinci , üçüncüdərəcəli şeylərə yönəldirlər ki, birincidərəcəli şeylərə fokuslana bilməyək. Baxırsan , hərdən elə şeylərin xəbərini yayırlar ki, həqiqətən “bu xəbər kimə lazımdır?” deyə adam düşünmək istəyir. Sanki bizə top atırlar və biz də qarşı tərəfə atır, həmən topla oynamağa başlayırıq, öz fikrimizdən yayınırıq. Bu şəkildə nə barədə düşünməli olduğumuza təlqin edənlər qərar vermiş olurlar.
Həqiqət illuziyası
Lazım gəldikdə biz inanaq deyə guyamış “real, sadə insanlardan” müsahibə də alırlar. Qocalar, körpə uşaqlar, şikəstlərdən alınan müsahibələr isə bizə daha çox təsir edir. Necə ki, 1990-cı il oktyabr ayında bütün KİV-ləri 15 yaşlı küveytli qızın sorağı bürüdü. Bu qızın sözlərinə görə İraq ordusu doğum evlərindən körpələri çıxarıb soyuq döşəməyə atırdılar ki, onlar ölsünlər və guyamış bu qız baş verənləri öz gözləri ilə görübdür. Təhlükəsizlik tədbiri olaraq qızın adını demirdilər. Düz 40 gün İraqa soxulmamışdan öncə prezident Buş dəfələrlə bu hadisəni xatırladır, ABŞ senatı isə gələcək hərbi aksiyalarla bağlı mövzuda tez-tez bu hadisəyə istinad edirdi. Sonra isə məlum oldu ki, bu qız ABŞ-ın Küveyt səfirinin qızıdır, digər yalançı “şahidlər” isə Hill & Knowlton PR agentliyi tərəfindən təşkil edilmişdir. Amma ABŞ əsgərləri İraqa soxulduqdan sonra artıq həqiqət heç kəsə maraqlı deyildi.
Hə, bir də ən əsaslarından biri : Xəbəri deyənin anonimliyi. Nə xəbəri deyənin kimliyini sizə təqdim edirlər, nə oxunan mətnin götürüldüyü sənədi sizə göstərmirlər. Xəbərin doğruluğu isə adından çıxış edilən şəxsin və ya şəxslərin şöhrəti ilə təmin edilir. “Alimlər uzunmüddətli araşdırmalar nəticəsində tapdılar ki....” – hansı alimlər ?? “Həkimlər diş pastasından istifadə etməyin önəmliyini vurğulayırlar...” – a bala, hansı həkimlər??, “Adının məxfi qalmasını xahiş edən prezidentin yaxın ətrafından olan insan bildirdi ki....” və s. və ilaxır. Bu cür informasiyalar əsas etibarı ilə tamamən ağ yalan olur, ya təbliğat, ya gizli reklam və ya anti-reklam olur və ya reytinqə xidmət edir. Bu işlərdə məşhurlardan da uğurla istifadə edirlər. İstər bu aktyor olsun, istər idmançı, istər musiqiçi, bunlardan həm siyasətçilər həm də reklam şirkətləri istifadə edirlər. Həqiqətən, axı bir insan bir məsələdə sizin kumirinizdirsə, ona avtoritet gözü ilə baxırsınızsa, digər məsələlərdə də ona inanmaq istəyəcəksiniz. Bu cür məşhurlar isə təbiki müəyyən məbləğ, və ya digər şəxsi maraq qarşılığında özlərinin belə başı çıxmadıqları şeyləri sizə təlqin edirlər.
Fikirləri bizə yeritmək üçün adətən hər kəsə məlum olan insanları, obrazları, hadisələri bizə xatırlatmaqla bizdə müəyyən assosiasalar yaradır, bu və ya digər fikrin bizə məlum olan informasiya ilə eyniliyini bildirməyə çalışırlar, halbuki bunlar tamamilə fərqli ola bilərlər. Əgər informasiya video görüntü ilə ötürülürsə isə arxa fonda müəyyən görüntülər yayımlanır ki, həmən görüntülərin yayımlandığı saniyədə deyilən sözlər bizdə deyilən ilə görüntü arasında əlaqə olduğu fikrini ötürür. Bundan isə məharətlə istifadə edərək hətta mətndə deyilməyə cəhd edilməyən fikri belə bizə yeridə bilirlər.
Hələ uydurma rəqəmləri demirik. Bəzən qəsdən elə rəqəmlər , elə göstəricilər bizə təqdim edilir ki, istər istəməz insanın inanmağı gəlir. Bu cür məlumatı eşidən beyin “Bir haldakı hamı bundan danışır yəqin belədir də” kimi düşünməyə başlayır. Müxtəlif qrafiklərlə, rəqəmlərlə bizi inandırmağa çalışırlar, adətən isə belə rəqəmlər tamamilə atma rəqəmlər olur. Bu kremdən istifadə etsəniz üz qırışlarınız 95 % itəcək, bu şampun ilə duş qəbul etsəniz saçınızın parlaqlığı 3 dəfə artacaq, filan siyasi xadimi dəstəkləyənlərin sayı 2 dəfə artmışdır və s.
Gördüyünüz kimi, bu olduqca geniş mövzudur. Çünki, yalanın elə insan övladı qədər yaşı vardır. Müasir dövrdə üzü qiyamətə doğru yaxınlaşdığımıza görə yalan danışmaq, yalan yaymaq artıq həm adiləşib, həm də o qədər professional formaya düşüb ki, çox vaxt yalanı təsbit etmək mümkün belə olmur ki, sonra onu təkzib edəsən. Açıq deyək, bizə KİV vasitəsi ilə çatdırılan məlumatları adətən yoxlamağa əlimizdə imkanımız belə olmur. Qiyamətin əlamətlərindən birinin Dəccalın peyda olmasını hər birimiz bilirik. Dəccal sözünün anlamına gəlincə Dəccal – yalançı, aldadan və s kimi yaxın mənaları verir. Hal-hazırda isə artıq uzun illlərdir ki, dünyada Dəccalın köməkçiləri aktiv fəaliyyət göstərməyə başlayırlar. Məsələ bu cür insanları təsbit etməkdə deyil. Bir çox yalanları uyduranlar heç özləri Dəccal barədə məlumatlı deyillər. Onlar bunları nəfslərinin istəklərinə , şeytana uyaraq edirlər. Şeytanın isə məqsədi hər birimizə aydın olmalıdır. Hər birimiz şeytanın, Allah sübhanə və təalaya insanları qiyamət gününə qədər azdırmağa çalışacağını vədd etdiyini unutmamalıyıq. Bunun üçün isə o əlbəttə ki, hər şeyə əl atacaq.
Ona görə də hər birimiz həm ümumi və mühim məsələlərdə, “həyata niyə gəlmişik?”, “Rəbbimiz bizdən nə istəyir”, həm də daha xırda gündəlik məsələlərdə təffəkkür etməli beyinlərimizi açıq tutmağa çalışmalıyıq. Beyinləri yumaq üçün olduqca çox vasitələr var. Biz bu məqalədə onlardan sadəcə bir neçəsinə toxunduq. Təkcə KİV-lər vasitəsi ilə aparılan “yuyulma” əməliyyatlarından silsilə məqalələr hazırlamaq olar. Lazım gələrsə “beyinlərin yuyulması” əməliyyatları üçün ayrıca korporasiyaları, hətta mühim dövlət qurumlarını belə kirayə tuta bilərlər və zatən bunu edirlər də. Hollywoodu, MKİ-sinin əli ilə olan işləri , və s buna misal göstərmək olar. Çəkilən filmlər, seriallar heç də nəzarətsiz formada çəkilir deyə düşünməyin. Elə Hollywood-un özünü götürsək ki, izlədiyimiz filmlərin əksəriyyəti oranın istehsalıdır, orada ya filmlər tam şəkildə sifarişlə çəkilir, ya da filmlərdə bir çox səhnələr Amerika hərbi nazirliyi də daxil olmaqla, bir çox qurumların tələbi ilə dəyişdirilir, məqsədəuyğun formaya salınır , bunlarla razılaşmadıqda isə filmə tamamilə qadağa qoyulur.
Sizə bir də Hollywood-da sırf pornoqrafik filmlərin istehsalı ilə məşğul olan sionistləri deyək. Bu tip şirkətlər artıq pornoindustriyada belə irəli gedərək, insanları nəinki əxlaqsızlaşdırır, artıq onlar bu cür əxlaqsız filmlərində homoseksuallığı təlqin edərək insanları əxlaqsız məxluqlara çevirməyə çalışırlar. Filmlərdəki 25-ci kadrlarda ötürülən məlumatlar da bir ayrı mövzu...
Beləliklə filmlər, musiqilər, sosial şəbəkələr, KİV-lər vasitəsi ilə bizə təsir edə bildikləri qədər təsir etmək, bizi əsl yaradılış qayəmizdən yayındırmaq, mənəvi dəyərlərimizi əlimizdən almaq istəyirlər. Bütün bunlar isə beyinlərimizin yuyulması ilə baş verir. Yuyulmuş beyin isə artıq robotdan fərqlənmir və ona nə istəsən ilham edə bilərsən. Elə isə əziz oxuyucu ən çox oxumalı kitabının Quran, sözünü ən çox dinlədiyin şəxsin Rəsullah salləllahu əleyhi və səlləm olduğunu bil. Özünə avtoritet seçəcəksən onu seç, kumir axtaracaqsan onu kumir tut ! Gözlərini, qulaqlarını, və beynini mənfur şeylərdən uzaq tutu ki, təmiz qalasan. Bil ki, cənnətə təmiz olanlar daxil olacaq. Necə deyərlər : həmişə təmizlikdə !