Skip to main content


Oruc tutmaqla nələrə iman edirik?

Bəli! İftar etməklə biz sevinirik. Oruc və iftarımızla baxın nələrə iman edirik, maddələr halında baxaq:

1-Allah`ım! Biz oruc tutaraq sənin hökmünə boyun əydik.

2-İftar saatına qədər ağzımıza heç bir şey qoymadıq. Sənin Əl-Basar (hər şeyi görən) sifətinə iman etmiş olmasaydıq çox susadığımızda su içərdik. Amma biz sənin hər an hər şeyi gördüyünə iman edirik.

3-Bizləri idarə etmə haqqına sahibsən. Mədəmizin idarəsi sənin əlindədir. İstədiyin zaman istədiyin qidaların mədəmizə girməsinə qadağa qoyar, istədiyin qidaları sərbəst buraxırsan.

4-Sənin hər an var olduğuna iman etdik. Əvvəldə də varsan axırda da. Buna iman etmiş olmasaydıq hər Ramazanda “haradan bilək ki?” kimi sözlər deyib, şüphəyə düşərdik.

5-Axirət gününə iman etmiş olmasaydıq qısa sürən ömrümüzdə bir ay olsa belə ac qalmamağa çalışardıq. Nəfsimizi sıxıntıya salmazdıq.

6-Cənnət və cəhənnəminə iman etmiş olmasaydıq hökmünə qulaq asmazdıq.

7-Milyardlarca insan arasından bizləri tək-tək və bütün hüceyrələrimizlə tanıdığına inanmasaydıq çox ibadətləri önəmsəməzdik.

8-Bizlər acizik Allah`ım! Və sənin rəhmətinə möhtacıq. Kibirli olsaydıq, rəhmətinə ehtiyac hiss etməzdik.

9-İnsan orucluykən səbr sahibi olmaya bilər. Ya da əsəblərinə hakim olmaya bilər. Oruc halı, bir ibadət halı olduğundan dolayı ibadətə zərər verəcək davaların yaşanmaması üçün Peyğəmbərimiz salləllahu əleyhi və səlləm ümmətini xəbərdarlıq edir.

Sübhənallah! Tutduğumuz orucla sən demə nələrə iman etmiş oluruq. Dərk edə bilmirik. İnşəAllah dərk edən qullardan olarıq. Bu sətirləri yazarkən sanki belə bir səs eşidir kimi oluram: “Ey oruc tutub namaz qılmayan qullarım! Mədənizə hakim olan mən, əmrim üçün axşama qədər ac qalan sizlər, niyə gündə beş dəfə hüzuruma çıxmaq istəmirsiniz? Mədənizə hakim olan mən, belinizə hakim deyiləmmi?”

Rəbb`imiz! Onlar məsələnin ciddiyyətini anlamırlar. Onlar şeytan tərəfindən asanca aldadılmışdırlar. İnşəAllah dualarımız və dəvətimiz onların hidayətinə vəsilə olar.