Skip to main content


Dilənməkdən qaçının

Hədisi rəvayət edən şəxs deyir ki, Sovban radiyallahu anhu heç kimdən heç bir şey istəməzdi.

Açıqlama:

Bir insan sıxıntıya düşmədən qabaq nə Allah`a yalvarar, nə də başqalarına. Qulların, özündən başqa kimlərə əl açacağını yoxlamaq üçün insanlara bəzi maddi və ya mənəvi sıxıntılar üz verər. Sıxıntı içində olan bir insan düşdüyü vəziyyətə və şərtlərə görə yalvaracaq birini tapar. Bu, ya Allah, ya Allah ilə bərabər bir başqası, ya da sadəcə başqası olar.

Allah`dan başqa hər hansı bir canlıdan yardım istənməklə biz nəyi ya da nələri iddia etmiş oluruq? Məsələn gəmi misalını çəkərək şiddətli bir fırtınaya düşdüyümüzü düşünək. Gəmidəki yolçulardan biri, öz liderindən yardım tələb etmiş olsa bunun aqibəti necə olar?

Həmin yolçu “Ey şeyxim!”və ya “Ey filan müəllim! Gəl məni buradan qurtar!”  və ya bu yalvarma cümlələrinə Allah`ı da ortaq edərək “Ey Allah`ım və filan müəllim məni qurtar” desək bunun kimə nə zərəri var?

Ya da Allah ilə bərabər ikinci bir varlığa yalvarması nəyə ziddir?

Gəmi misalından nəticə çıxarmağa çalışaq. Biz gəmidəykən gəmidəkilərdən başqa heç bir canlı ya da cansız bizi eşidə bilməz və görə bilməz. Sadəcə Allah görür və eşidir. Hər şeyi hər an görən və hər an eşidən sifəti sadəcə Allah`a aid bir sifətdir. Hər an hər şeyi görmə və eşitmə sifəti peyğəmbərlərə belə verilməmişdir.

Heç bir canlı və cansıza verilməmiş bu sifəti durub ölü ya da diri birinə versək bu təhtidlə üz-üzə gələrik;

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan” (Zümər 65).

Aman Allah! Oturduğumuz yerdə edilən bir yardım istəməklə qıldığımız namazlar, tutduğumuz oruclar, verdiyimiz zəkatlar, tikdirdiyimiz məktəblər və mədrəsələrdən qazanılan bütün savablar boşa gedər. Bütün ömrümüz tək bir cümlə ilə silinər. Xüsranda qalanlardan olarsan! Çox ciddi bir təhtidlə qarşı qarşıyayıq.

“Allah`ım Sən də hər şeyi görür və eşidirsən. Mənim şeyxim ya da filan müəllim də görür eşidir!” (Haşa!) deməklə özün kimi bir mayedən yaradılan və qarnında iki kilo nəcasət daşıyan bir insanı Allah kimi ucaltmış olursan. Halbuki, gəmidə olarkən heç də belə düşünülmürdü!