Allah`ın ən çox sevdiyi din (əməl)
Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: “Dayan, bunları danışma! Gücünüzün çatdığı əməlləri edin. Allah`a and olsun ki, siz usanmadıqca Allah usanmaz”.
Allah Rəsulu salləllahu əleyhi və səlləmin ən çox sevdiyi əməl, davamlı olan əməldir.
Açıqlama:
Buxarinin bu başlıqdan qəsdi, iman sözünün əməllər üçün də işlədilməsidir. Çünki, burada din kəlməsi ilə, əməl qəsd edilməkdədir. Həqiqi din İslamdır. İslam, imanla eyni mənaya gəlir.
İbn Tin demişdir: “Aişə radiyallahu anhə sözügedən qadının fitnəyə düşməyəcəyindən əmin olunca onun üzünə tərif demişdir”.
Ancaq Hammad ibn Sələmənin Hişamdan etdiyi rəvayətə görə Aişə bu sözü qadın çölə çıxandan sonra demişdir.
“Dayan, bunları danışma!” sözü Aişəyə deyilmişdir. Bunun səbəbi Aişənin qadını tərifləməsinin qarşısını almaqdır. Bu sözlə, məqsəd əməlin deyilməsinin qadağan olmasıdır.
İmamlardan bir qismi bu görüşü əsas götürərək gecənin bütün hissəsini namaz qılaraq keçirməyin məkruh olduğunu söyləmişlər.
“Gücünüzün çatdığı əməlləri edin” sözünün mənası isə belədir; davam edə biləcəyiniz əməllərlə məşğul olun.
Qazi İyad demişdir: “Bu söz yalnız gecə ibadətinə xas olmayıb digər əməllərlə də əlaqəli ola bilər”.
İbn Həcər demişdir: “Hədis yalnız namaza xas olaraq deyilmişdir. Allah`a and olsun ki, bu söz, and içmək tələb edilmədiyi halda and içməyin caiz olduğunu göstərməkdədir. Dinlə bağlı işlərdən birinin önəmli olduğunu vurğulamaq, buna təşviq etmək və ya zərərli bir şeydən çəkindirmək kimi vəziyyətlərdə and içmək müstəhəb olur”.
“Siz usanmadıqca Allah usanmaz”: Usanmaq bir şeyi gözündə böyütmək, əvvəllər həmin şeyi sevdiyi halda daha sonra ondan bezmək deməkdir. Belə bir vəziyyətin Allah`a nisbət olunmayacağı haqqında ittifaq var.
Hərəvi bununla bağlı belə demişdir: “Ondan istəməkdən usanıb Ona üsyan edəcək hala gəlmədikcə O sizə olan lütfünü kəsməz”.