Skip to main content


Kimlər cəhənnəmdən çıxacaq?

Qəlbində buğda ağırlığı qədər yaxşılıq olan və “Lə iləhə illallah” deyən kimsə əvvəl axır cəhənnəmdən çıxacaqdır. Qəlbində bir zərrə ağırlığı qədər yaxşılıq olan və “Lə iləhə illallah” deyən əvvəl axır cəhənnəmdən çıxacaqdır.”

Açıqlama:

Qatədənin Ənəs radıyalahu anhudan rəvayət etdiyi digər rəvayətdə isə yaxşılıq yerinə iman sözü işlədilməkdədir.

İbn Üyeynəyə “Bəziləri imanın söz (Lə iləhə illallah sözünü demək) olduğunu ifadə edirlər” deyilincə o belə dedi: “Bu əhkam ayələri enməzdən əvvəl belə idi. O zaman insanlara ancaq “Lə iləhə illallah” demələri əmr olunmuşdu. Bunu deyən insanların canları və malları zəmanət altında oludru. Sonra Allah təala onlara namazı əmr etdi onlar da qıldılar. Bunu etməsəydilər dillə təsdiqlərinin onlara bir faydası olmayacaqdı. (İbn Üyeynə bu şəkildə İslamın şərtlərini saydı). Allah, onların endirdiyi fərzlərə uyduqlarını və onların bunu qəbul etdiyini gördükdən sonra onlar haqqında bu ayəni endirdi: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Maidə 3) Kim bunları inkar edərək tərk edərsə kafir olar”.

“Qəlbində … olduğu halda “Lə iləhə illallah” deyən”; Bu cür ifadə Kəlimeyi Tövhidi sözlə deməyin şərt olduğunu göstərir. Bunun mənası, "kim tövhidi iqrar və təsdiq edərsə" deməkdir. Buna görə Peyğəmbər salləllahu əleyhi və səlləm bunu hər dəfə təkrar etmişdir.

“Nə üçün bu hədisdə peyğəmbərlikdən, Peyğəmbərə inanmaqdan bəhs edilməyib?” - deyə soruşulsa, bu şəkildə cavablandıra bilərik: Burada əslində imanın hamısı nəzərdə tutulmuşdur. Məsələn “Qul Huvallahu Əhəd”i oxudum dediyiniz zaman İxlas surəsinin hamısının nəzərdə tutulduğu kimi.

Hədisdə keçən zərrədən məqsəd ən kiçik şeydir. Yaxud da günəş işığında havada uçan iynə ucu qədər balaca toz zərrəcikləridir. Digər bir görüşə görə bu balaca qarışqadır. İbn Abbas radiyallahu anhunun belə dediyi rəvayət edilmişdir: “Ovcunu torpağa qoyub hərəkət etdirdiyində əlindən düşən şey zərrədir”.

Bir yəhudinin Ömər ibn Xattab radiyallahu anhuya belə dediyi rəvayət olunmuşdu: “Ey möminlərin əmiri! Sizin oxuduğunuz kitabdan bir ayə biz yəhudilər topluluğuna enmiş olsaydı, o ayənin endiyi günü bayram edərdik”. O soruşdu: “Hansı ayə?” Yəhudi cavab verdi: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” Ömər ibn Xattab dedi: “Biz bu ayənin nazil olduğu günü də, nazil olduğu yeri də haqqıyla təqdir edirik. Bu ayə Peyğəmbər salləllahu əleyhi və səlləm Arafatda ayaq üstə ikən Cümə günü nazil olmuşdur”.