Skip to main content


Qibtənin caiz olduğu yerlər

Qibtə və həsəd arasında çox ciddi fərq vardır. Qibtə insanın, başqasında olan bir şeyin eynisinin onda da olmasını istəməsidir. Bu insan, həmin şeyin sahibinin əlindən çıxmasını istəməz.

Həsəd (qısqanclıq) isə, hər hansısa bir nemətə sahib olan insanın bu nemətin əlindən çıxmasını istəməkdir.

Başqası ilə rəqabət aparmağın hökmü qibtə başqasında olan şeyin onun əlindən getmədən özündə də olmasını istəməkdir. Bu barədə səy göstərməyə “münafəsə” deyilir. Bu xüsusiyyət Allah`a itaət uğrunda olarsa tərifə layiqdir.

Allah təala buyurur:

Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər! (Mutaffifin 26)

Rəqabət günah olan bir şeydə olarsa, həmin rəqabət bəyənilmir. Hədislərdən birində qeyd olunan “Bir-birinizlə rəqabət aparmayın” ifadəsi bu mənadadır. Rəqabət caiz olan şeylərdə olarsa mübahdır.