Daxilinlə zahirin eynidirmi?
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat 13)
Bəli...! Uca Allah, qulların görünüşünə və simalarına baxmaz. Böyük və ya kiçik, sağlam və ya xəstə olduğuna baxmaz. Simalarına; gözəl və ya çirkin olduqlarınada baxmaz. Bütün bunlar Allah qatında heç bir şey ifadə etməz. Həmçinin şərəfli bir ailədən və ya sadə bir ailədən gəldiklərinə də baxmaz. Mallarına, mülklərinə də baxmaz. Əsla bunların heç birinə baxmaz. Allah təala ilə qulları arasındaki yeganə əlaqə, təqva ilə olur. İnsan, Allah`dan nə qədər çox qorxarsa Ona o qədər yaxınlaşar, Onun qatında o qədər dəyərli olar. Elə isə malınla, gözəlliyinlə, fiziki görünüşünlə, övladlarınla, villalarınla, evinlə, sahib olduğun başqa dünyəvi şeylərlə
öyünmə. Allah səni təqvaya müvəffəq qılarsa bu, Onun sənə bir lütfüdür, Ona Həmd et! Bil ki, əməllər niyyətlərə görədir və hesaba qatılan yeganə şey qəlbdir. Eyni cərgədə, eyni namazı qılan iki nəfərin qıldığı namaz arasındaki fərq dağlar qədər ola bilər. Çünki
qəlbləri fərqlidir. Qəlbi qafil olan və ya göstəriş yaxud dünyəvi bir qazanc üçün namaz qılan ilə, Allah rızasını qazanmağı hədəfləyən arasındakı fərq çox böyükdür. Qəlbdə olanın öyrənilməsi və qarşılığının verilməsi, Qiyamət günü reallaşacaqdır. Uca Allah bu barədə belə buyurur:
Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir. Sirlərin sınaqdan keçiriləcəyi gün. (Tariq 8-9)
Burada söhbət əməl edilənlərin deyil, qəlbdə olanların ortaya çıxarılacağı gündən gedir. Dünyada isə insanlar haqqında hökm, zahirə (görünüşə) görə verilir. Çünki Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Mən bir bəşərəm... ancaq eşitdiklərimə görə hökm verirəm”. Axirətdə isə qəlblərindəkinə görə hökm veriləcəkdir. Allah təala bizim və sizin daxilinizi pak etsin! Uca Allah kitabında, Allah Rəsulu salləllahu əleyhi və səlləm də sünnətində niyyəti düzəltməyin önəmini vurğuladıqları üçün, insana düşən niyyətini düzəltməsi, qəlbini islah etməsi, qəlbindəki şübhələri dəf etməsi və imanda yəqinlik dərəcəsinə çatmasıdır. Bu isə Allah`ın gücünü göstərən işarətlərə baxıb onları düşünməklə olur. Uca Allah buyurur:
Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. (Ali İmran 19)
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allah`ın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Cəsiyə 3-4)
Elə isə şeytan qəlbinə şübhə atdığında, Allah`ın ayələrinə nəzər sal. Bu kainatı kimin idarə etdiyini, her şeyin sürətlə dəyişdiyini, Allah`ın insanları necə haldan hala saldığını düşün ki, bu kainatın böyük hikmət sahibi bir idarə edəninin var olduğunu biləsən.
Xülasə, Ey qardaşım! Daim qəlbini müalicə etməyə çalış. Hər zaman qəlbini ibadətlərlə yu ki, təmizlənsin və sən Uca Allah`ın haqlarında:
Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir (Maidə 41)
buyurduğu kimsələrdən olmayasan. Demək ki, qəlbi təmizləmək çox önəmlidir. Allah`dan, mənim və sizin qəlbinizi təmizləməsini, Ona ixlasla ibadət edən, Peyğəmbərinə s.a.s tabe olan qullarından etməsi ümidiylə...