Skip to main content


Müsəlman qız gözdən əlillər üçün ağıllı başmaqlar ixtira etdi

Pakistan həkim və mühəndislər ölkəsi hesab olunur. İndi İT mühəndisləri də öz adlarını tanıtmağa başlamışlar. İT üzrə təhsil alan tələbə Şanza Munir gözdən əlillər üçün xüsusi başmaqlar ixtira edir. 

Pakistanlı tələbələr beynəlxalq aləmdə də öz ölkələrinin adını ucaltmışlar. Fəal və enerjili Pakistan tələbələri keçən ilin oktyabr ayında Dubayda keçirilən First Global Challenge (FGC) -2019 müsabiqəsində öz ölkələrini təmsil etdilər. 191 müxtəlif ölkəən gəlmiş 1500 -ə yaxın parlaq beyin sahibi robot aləmində öz sözlərini demiş olduqlarını bu tədbirdə bir daha sübuta yetirdilər. 

Pakistanda, öz yenilikçi fikirlərini töhfə etməklə başqalarının həyatlarını daha da asanlaşdırmağa can atan insanlar çoxdur. Eyni zamanda, parlaq zəka sahibi olan Feyzəlabadlı gənc tələbə də gözdən əlillərə kömək etmək üçün  heyrətamiz bir mexanizm ixtira etmişdir.  Xəbər verildiyi kimi, İnformasiya Texnologiyaları (İT) üzrə təhsil alan Feyzəlabadlı tələbə Şanza Munir dünya işığından məhrum olmuş insanlar üçün “ağıllı başmaqlar” ixtira etmişdir. 

Bu cür ecazkar ruhlu insanlar ölkənin parlaq gələcəyinin təminatı olmaqla yanaşı, texnologiyanın inkişafında əsas rol oynayırlar. Hələ bundan öncə, Karaçi Universitetinin (KU) tələbələri suların çirkləndirilməsinin qarşısını almaq məqsədilə yeyilə bilən plastik torbalar ixtira etmişdilər. Bununla belə, Feyzəlabaddakı dövlət universitetində təhsil alan Şanzanın gözdən əlillər üçün ixtira etdiyi “ağıllı başmaqlar” da uğurlu bir yenilik idi. 

Əgər hökumət orqanları tərəfindən düzgün dəstək və maliyyə yardımı təmin olunarsa, bu ağıllı ideya dünya miqyasında çoxlarının həyatını asanlaşdıra bilər. Yerli medianın xəbər verdiyinə görə, Feyzəlabaddakı Dövlət Kolleci Universitetinin tələbəsi Şanza Munir “ağıllı başmaqlar” ixtira edib. Sözügedən ixtira tələbənin bugün bütün media kanallarının maraq hədəfinə çevrilmiş son universitet layihəsinin bir hissəsi kimi ərsəyə gəlmişdir. 

Xüsusi olaraq gözdən əlillər üçün layihələndirilmiş başmaqlar bu cür şəxslərə yardım edən bir mexanizm və tam bir bələdçi rolunu oynayacaq. Təfərrüatlara görə,başmaqların istehsal xərci 10,000 - 12,000 rupi olaraq dəyərləndirilir. Bu layihənin məhsulu olan başmaqlar onları istifadə edən sahiblərinin 200 sm radius məsafədə qarşısına çıxan hər hansı bir maneəni aşkar edərək onları xəbərdar etmək imkanına malik olacaq.           

“Ağıllı başmaqlar”,  onları geyən sahibinə qarşıdan gələn hər hansı maneə haqda xəbər vermək üçün vibrasiya əsaslı sensor mexanizmə malikdir. Bugün görkəmli ağıla sahib olan tələbə Şanza Munirin məqsədi, hökumət orqanlarının maraq göstərəcəyi təqdirdə, gözdən əlillərə daha geniş miqyasda kömək göstərməkdir. Əslində, bu heyrətamiz ixtira İT sahəsində növbəti böyük bir şey ola bilər və kütlələr arasında çoxlarının həyatını asanlaşdıra bilər. 

Pakistanlı tələbələr və onların dünya miqyaslı nailiyyətləri! Həqiqətən də, əgər başmaqların istehsalı geniş miqyasda baş tutarsa, başmaqların satış qiyməti ilə bərabər  onların istehsal xərci də azalmağa doğru gedəcək. Şübhəsiz, Pakistan həqiqətən də cəmiyyətdəki boşluqarı  doldurmağa çalışan Şanza Munir kimi parlaq gənclərlə doludur. Ümidvarıq ki, aidiyyatı oqranlar Şanza Munirə və onun “ağıllı başmaqlar”ına dəstək verərək, biznes səviyyəsində onları irəli aparacaq.   

Bu, müsəlmanların necə istedadlı olduğunu və onların ixtiralarının bugünkü cəmiyyətimizdə necə mühüm rola malik olduğunu bir daha göstərir. Pakistan hökuməti bu ixtiranı beynəlxalq bazara daşımalıdır. Çünki bu layihədən onların əldə edəcəyi gəlir böyükdür.