Skip to main content


Tabe ol Rəbbinin əmrlərinə

 

Peyğəmbər dəvəti bizlər üçündür

Ki tapaq doğru yol haqqı bilək biz

Unutma bu dünya sənin köçündür

Çalış ki salasan doğru yola iz


Doğru yol hansıdı çətin görünür

Allahdan istəsən asanlaşdırar

O kəs ki xətalı yolda sürünür

O kəsi şeytan çox asan çaşdırar


Şeytanın toruna düşməmək üçün

Rəbbinin adını uca tut hər an

Ağıl neməti var düşünmək üçün

Ən böyük nemətlər din, iman, Quran


Quranda imanın altı şərti var

Onlardan ilkidir Allaha iman

Allaha imandan qafil olanlar

Əlbət ki, sonunda tapacaq ziyan


Ziyanlı sonluğu istəmirsənsə

Tabe ol Rəbbinin əmrlərinə

Özünə cəhənnəm diləmirsənsə

İndidən hazırlaş qəbir evinə


Ay Ceyhun bunları nəfsinə söylə

Söylə ki tərbiyə alsın vaxt varkən

Yaşın azdı deyə getməsin göylə

Kim bilir ömrünü, köçərsən erkən


Ceyhun Əbu Cəbrayıl