Yaradıb
Şükür olsun yaradana gör necə dövran yaradıb
Yeri, göyü, kainatı, adəmi insan yaradıb
Şəkk eyləmə qadir olan hər şeyə Allah özüdür
6 günə yer kürəsin ol deyib yoxdan yaradıb
Asimanda mələkləri O bərqərar eyləyibdi
Dənizləri, dəryaları hökmüylə var eyləyibdi
İnsanları bu dünyada fail-muxtar eyləyibdi
18 min aləmi də veribdi fərman yaradıb
Özünü dərk edirsənsə üzünü döndər sübhana
Mömin olmaq istəyirsən başını endir Qurana
Dönmə Allahın yolundan baxma hər sözə, hədyana
İnsanı başdan çıxaran iblisi şeytan yaradıb
Mən dərziyəm, müsəlmanam, Muhəmməddi peyğəmbərim
Azərbaycan vətənimdi, bir cənnətdi yurdum, yerim
Allahımdan çox razıyam ona qurban olsun sərim
Sakin edib bu cahana məni də mehman yaradıb
İlham Əsgərov Hüseyn oğlu