Skip to main content


Sual 1: Allah günahkar müsəlmanları bu dünyada necə cəzalandırır?

Səndən dua eleyəndə o şirinlik var ha, onu almayıbmı?

Məgər insana qəlb sərtliyindən böyük cəza varmı?

Əslində onların qəlblərini
qazandıqları (günahlar) bürümüşdür. (buna görə qəlbləri paslanmış, üzərlərinə möhür vurulmuşdur).
(Mutaffifin 14)

Xeyrli əməllərə müvəffəq olmursan! Məgər bu cəza deyilmi?

Məgər görmürsənmi, günlər keçir, amma Quranın üzünü açmırsan?

Hətta bəzən elə olur ki,uca Allah`ın “Biz bu Quranı dağlara endirsəydik, Allah`ın qorxusundan param-parça olardılar!”(Həşr 21) ayəsini eşitdiyin halda sənə heç təsir etmir. Sanki eşitməmiş kimi gəzirsən!

Əbu Səid əl-Xudri radiyallahu anhdan rəvayət edildiyinə görə Allah Rəsulu səlləllahu əleyhi və səlləm buyurmuşdur: “Aranızda elə bir qrup ortaya çıxacaq ki, namazınızı onların namazları, oruclarınızı onların orucları və digər əməllərinizi də onların əməlləri yanında az görəcəksiniz. Onlar Quran oxuyarlar, lakin oxuduqları boğazlarından aşağı keçməz. Onlar oxun yaydan çıxdığı kimi dindən çıxarlar.” (Buxari 36)

Məgər görmürsən üzərindən nə qədər gecələr keçir, amma sən gecə namazlarından məhrum olmusan?

Bir nəfər Həsən əl-Bəsriyə belə deyər: “Ey Əbu Səid! Mən möhkəm yatıram və gecə ibadətinə qalxmağı da sevirəm. Bunun üçün dəstəmaz suyumu hazırlayıram. Lakin buna baxmayaraq qalxa bilmirəm, bunun səbəbi nə ola bilər? ” Həsən əl-Bəsri ona  cavabında “Sənin günahların səni möhkəm bağlamışdır (ona görə qalxa bilmirsən!)”  deyir.

Süfyan əs-Sövri demişdir: “İşlədiyin bir günahdan ötrü beş ay gecə ibadətinə məhrum oldum”. Ondan “O işlədiyi günah nə idi?” deyə soruşulduğu zaman o cavab verdi: “Bir adamı ağlayarkən gördüm. İçimdən “Bu adam səmimi deyil, riyakardır” demişdim”.

Məgər görmürsənmi ki, ramazanda səni tənbəllik basır, şəvvalın 6 gününü, zil hiccənin 10 gününü oruc tutub saleh əməllər edə bilmirsən?

İnsanın gözəl əməl etməyə qarşı tənbəl olmasının səbəblərindən biri- ibadətləri etdiyi və bunda müvəffəqiyyətli olduğu dövrlərdə Rəbb`inə az şükür etməsidir. Bir digər səbəb də  insanın, dünyəviləşməsi, dünya həyatının zövq və mənfəətlərinə qərq olmasıdır. Yahya ibn Muaz belə demişdir: “Kim nəfsani arzularını tərk edərək Allah`a yaxınlaşmağa çalışarsa, Allah yaxşı əməllər işləməsini təmin edər, o adamı pisliklərdən qoruyar”.

Məgər hiss etmirsənmi ki, itaət sənə çox ağır gəlir?

Məgər hiss eləmirsənmi ki, səhər axşam zikirləri sənə ağır gəlir, bəzən heç eləmirsən?

Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurur: “Günahlar insan ürəyini bir örtük kimi elə sarar ki, sonda o adam artıq bir şey eşitməz (hiss etməz) olar”.

Məgər hiss eləmirsənmi ki, şəhvət və həva küləyi gələn kimi həmin dəqiqə əsməyə başlayırsan?

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Bu üç şeydən qorxuram; 1- Haqqı tanıdıqdan sonra zəlalətə düşmək; 2- Zəlalətə sürükləyən fitnələr; 3- Boğazına (yeməyə) və cinsi şəhvətə düşkün olmaq”. (Deyləmi)

Məgər hiss eləmirsən mal sevgisinə tutulmusan?

Halbuki Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Bir qoyun (sürüsünə) yollanılan iki yırtıcı qurd, şərəf, mal və mərtəbənin müsəlman adamın dinində etdiyi təxribatdan daha çox təxribat edə bilməz”. (Tirmizi, Nəsai)

Mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır. (Təğabun  15)

Məgər hiss eləmirsənmi ki, qeybət, nəmmamlıq və yalan danışmaq sənə çox asan gəlir?

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allah`dan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!(Hucurat  12)

Məgər hiss eləmirsənmi ki, fəzilətli əməllərlə məşğul olmursan, amma sənə aid olmayan işlərə girişirsən?!

Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan bir hədisdə buyrulur: “Onu maraqlandırmayan) şeyləri tərk etməsi insanın İslamının gözəlliyindəndir”. (Tirmizi).

Məgər hiss eləmirsənmi ki, ən çox dünyanın dalına düşmüsən, amma axirətə çox az vaxt ayırmısan?

Ey iman gətirənlər! Sizi, mal-dövlətiniz və oğul-uşağınız Allah`ın zikrindən yayındırmasın! Belə olanlar ziyana uğrayanlardır (Munafiqun 9)

Bax bütün bunlar hamısı xeyrdən məhrum olmaqdır və uca Allah`ın cəzasıdır.

Qeyd: Hədis və ayələrlə olan izahlar, Suffa saytı tərəfindən əlavə edilmişdir.