Skip to main content


Sual 2: Allah hər kəsin Özünə ibadət edəcəyi bir nizam yarada bilməzdimi?

Allah təala ər-Rahmən və ər-Rahim adı ilə lazımınca çox mərhəmət sahibidir. Eyni zamanda əl-Adl adı ilə lazımınca ədalət sahibidir. Allah heç yox ikən qullarını Onu tanımaları və Ona ibadət üçün yaratmış, içlərindən onlara riayət edilməsi üçün xəbərdar onları edən elçilər göndərmiş və cənnət və cəhənnəmlə xəbərdarlıq etmişdir. Belə olan təqdirdə kimsə Allah`ın rəhmətini və ədalətini sorğulaya bilməz. 

Siz bir müəllim olsanız, tələbələrinizə aylarla dərs versəniz, uşaqlar arasında dərsi dinləyən ilə dərsdə yatana eynidirmi? İmtahan etdiyiniz halda imtahanı keçə bilməyən tələbərinizlə, dərsini tam çalışıb yerinə yetirən, imtahandan keçən şagirdləri bir-birindən fərqli tutmaya bilərsinizmi? Əgər hamısına eyni gözlə baxsanız dərsini tam yerinə yetirənlərin günahı nədir? Sizin etdiyiniz ədalətmi, yoxsa ədalətsizlikmi olar?

Allah təala Quranda buyurur:

Biz göy ilə yeri və aralarındakı şeyləri, boş bir əyləncə üçün yaratmamışıq. Əgər bir əyləncə düzəltmək fikrində olsaydıq, əlbəttə onu tərəfimizdən hazırlayardıq. Edəcək olsaydıq elə edərdik. (Ənbiya 16 - 17)

Əgər Allah hər kəsin Ona ibadət edəcəyi bir nizam yaratsaydı bu zaman bu ədalətsizlik olmazdımı? Allah ədalətinin məhsulu olaraq insanlara müstəqil seçim haqqı tanımış və haqqla batili açıq aşkar bəyan etmişdir. Hər kəs mələklər kimi gecə gündüz Allah`a itaət etsəydi ve seçim haqqı olmasaydi, o zaman bu dünyaya gəlməyimiz boşuna və mənasız olardı. Allah bizi sadəcə 60-70 il yaşamaq üçünmü yaradıb? Hətta itaətlə keçsə belə, belə qısa ömrün nə mənası olardı?

Allah seçim haqqı taniyib və hətta insanlar öz seçimləriylə yalnış yolu seçsə də, Allah ölənədək tövbə qapısını açıq saxlayıb.

Hələ Allah`a tövbə edib Ondan bağışlanma diləməyəcəklər? Allah çox bağışlayandır, çox mərhəmət edəndir. (Maidə 74)

Yəni nəticədə atəşdə yanmaq və əbədi səadət insanın öz seçiminin nəticəsidir. Bu bir öyüd-nəsihətdir. Artıq diləyən Rəbbinə doğru yönələr. (Muzzəmmil 19)

Cəza görməyə gəldikdə isə, bu gün biz, bizə qarşı edilən haqsızlığa dözmür,  dərhal lazımı orqanlardan cinayətkarın cəzalanmasını tələb edirik. Cəza olmasa Yer kürəsində ədalət qalmaz, özbaşınalıq və xaos bürüyər. Əgər cəza insanlar arasında ədalətin bərqarar olmasının bir zərurətidirsə, bizi yaradan Allah bizdən daha çox ədalət sahibidir. 

Biz qiyamət günü üçün düzgün tərəzilər qurarıq; heç bir kimsəyə heç bir haqsızlıq edilməz. Edilən əməl, bir xardal dənəsi ağırlığında olsa da, onu gətirir (tərəziyə qoyarıq). Haqq-hesab çəkməyə Biz kifayətik. (Ənam 152)