Dəvətimizin ilk addımları

Müasir dövrümüzün ən böyük problemlərindən biri də dəvət insanlarının Allah`ı anlatma məsələsində tələskən davranmalarıdır. Hal bu ki, bu dəvətin ana məsələsidir! Allah`ın Rəsulu Muhamməd salləllahu əleyhi və səlləmvə bütün peyğəmbərlərin ana missiyası bu olmuşdur. Allah`ı anlatmaq üçün isə ilk öncə islamı təbliğ edəcək insanlarda Allah anlayışının necəliyini araşdırmalısan. Allah Rəsulu salləllahu əleyhi və səlləm da belə etmədimi? Allah Rəsulu salləllahu əleyhi və səlləmMəkkə müşriklərinin Allah anlayışını tam olaraq dağıtmadı. Onların Allah anlayışlarındakı yanlışlıqları düzəltdi. Belə ki, Məkkə müşrikləri Allah`ın yaradan, yaşadan, ruzi verən olduğuna inanırdılar, lakin ona ibadətdə şərik qoşurdular. Bu şirki təmizləmək üçün Rəbbimiz də onların bildiyi və qəbul etdiyi istiqamətdən xatırlatmağa başladı.

Yaradan Rəbbinin adı ilə oxu! (Ələq surəsi 1)

Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allah`dan) qorxasınız. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın. (Bəqərə 21-22)

Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər! (Ənkəbut 61)

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.