Skip to main content


Dəvət etmə fitnəyə çevirmə

Belə bir sıra hallarda sadə və asan yolları qoyub, dəvəti mübahisə mövzusu olan məsələlərdən başlayanları görürük. Onlar bəzən sırf elm əhlinin, hətta bəzi hallarda onların xüsusi qisminin müzakirə etdikləri məsələləri sosial şəbəkələr vasitəsi ilə müzakirəyə çıxarırlar.

Bu niyyətlərin pozulmasına, mübahisələrin yaranmasına, hədlərin aşılmasına, ədəbin tapdanılmasına, əxlaqın aşınmasına gətirib çıxradır. Halbuki, biz o Allah Rəsulu salləllahu əleyhi və səlləmin ümmətiyik ki, Rəbbimiz onun haqqında buyurur:

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

“Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (Qələm 4)

Sonra isə dəvət insanlarını bu ayə haqqında da düşünməyə dəvət edərdik:

“O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allah`ın doğru yola yönəltdiyi kəslərdir. Ağıl sahibləri də elə onlardır!” (Zümər 18)

Dəvət insanları, insanların anladıqları dildən hidayəti deyil, cədəli önə alarlarsa savab da gedər, bərəkət də…