Zeytun yağının inanılmaz faydaları

O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. (Nur 35)

Yuxarıdakı ayənin, əslində, «mubarəkətin zəytunətin» ifadəsi ilə zeytun «bərəkətli, müqəddəs, faydalı, saysız xeyir verən» mənalarına gələn mübarək sifəti ilə qeyd edilmişdir. Zeytun yağı başqa qatı yağların əksinə olaraq, bütün mütəxəssislər tərəfindən başda ürək və qan-damar sağlamlığı olmaqla ən çox tövsiyə edilən yağ növü kimi tanınır. Zeytun yağının sağlamlıq baxımından faydalarını bu cür qeyd edə bilərik:

1. Yediyiniz yeməklərə və salatlara başqa yağları çox töksəniz xolesterin yüksələcəkdir, amma zeytun yağını nə qədər çox töksəniz o qədər yüksək xolesterin azalacaqdır.

2. Başqa yağların çoxluğu mədədə qıcqırmaya səbəb olursa, zeytun yağı əksinə çox olduqca turşuluq azalacaqdır.

3. Başqa yağları bol yesəniz öddə və böyrəkdə daş əmələ gələcəkdir, amma zeytun yağı əksinə bol-bol yedikcə nəinki daş əmələ gələcək, hətta olan daşlarınız yavaş-yavaş əriyəcəkdir.

4. Başqa yağları çox yedikcə kökələcəksiniz, amma zeytun yağı heç vaxt piylənmə verməz. Başqa yağları udduqda boğazda azda olsa qıcıqlanma verəcəkdir, amma zeytun yağı əksinə heç vaxt qıcıqlanma verməyəcəkdir.

5. Əsl zeytun yağı soyuducunun buzxanasında kərə yağı kimi bərkiməlidir.

6. Zeytun yağı dərinin ən yaxın dostudur, günəş altında bütün bədəninizi zeytun yağı ilə yağlayıb ən azı bir saat gözləyin dəriniz pambıq kimi yumşaq, rezin kimi elastik olacaqdır.

7. Əgər dırnaqlarınız tez sınırsa, elastik deyilsə, saçınız sərtdirsə zeytun yağından bol-bol vurun, nəticəni az bir vaxtdan sonra görəcəksiniz.

8. Zeytun yağından bol istifadə edənlərin dərisi parlaq olar, sellülitləri olmaz.

9. Uşaqlarına süd verən anaların döş uclarında əmələ gəlmiş çatlaqlar üçün zeytun yağı əvəzolunmazdır.

10. Zeytun yağı sümükləri bərkidir, əzələləri qıc olmadan qoruyur.

Qeyd: Söhbət rafinə olunmamış, yəni sızma zeytun yağından gedir.

Quran və Peyğəmbərin Sünnəsinə sarıldıqda həm haqq yolda olacaqsınız, həm də səhhətinizi qorumuş olacaqsınız.

mənbə: Fitoterapevt Dr. Fizuli Hüseynov

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.