Təravih namazı haqqında


Təravih"- istirahət, dincəlmə deməkir. Müsəlmanlar təravih namazında hər dörd rükətdən sonra dincəldiklərinə görə belə adlanmışdır.

Təravih namazı camaatla və ya tək halda 8 rükət və ya 20 rükət səslə qılınan sünnət namazlardandır. Qılınma qaydası belədir: 8 və ya 20 rükətə kimi iki-iki qılınır, yəni hər dəfə 2 rükət namaz qıldıqdan sonra salam verilir. Sonuncu rükətdən sonra üç rükət vitr namazı da qılınır. Təravih namazının hökmü isə sübh namazının iki rükət sünnəti və vitr namazı kimi təkid olunmuş və bəyənilən nafilə ibadətlərdəndir. 

Peyğəmbər s.a.s özü 8+3 rükət olaraq toplam 11 rükətdən çox qılmasa da, daha çox qılmağı qadağan etməmişdir.

Aişə (radıyallahu anha) rəvayət edir ki: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) məsciddə gecələrin birində (Ramazanda) namaz qıldı və camaat da onunla bərabər bu namazı qıldı. Ertəsi gün yenə namaz qıldı və əvvəlkindən də çox camaat onunla bu namazı qıldılar. Üçüncü (və dördüncü) gün yenə bu hal təkrar oldu və ondan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) camaatla namaz qılmağa gəlmədi. O gecənin səhəri Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sizin bu namazı qılmaq üçün belə çox sayda cəm olduğunuzu gördüm və onun sizə fərz buyurulacağından qorxduğum üçün camaat namazına gəlmədim". (əl-Buxari və Muslim). 

Təravih namazı İşa namazından sonra Sübh namazına qədərki vaxtda qılına bilər. Bu namazını evdə ailə ilə və ya tək qılmaq olar. Amma savab baxımından daha yaxşı olardı ki, məsciddə və ya camaatla ibadət olunan digər yerlərdə qılasınız. Təravih namazının hökmü vacib deyil, deməli qılmasanız günah qazanmırsınız. Sadəcə olaraq böyük bir savabdan məhrum olmuş olursunuz. Xüsusən də rəhmət ayı olan mübarək Ramazan ayında bu şansı qaçırmayın.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.