Skip to main content


Nemətdən gələn imtahan

Elə müsəlmanlar vardır ki, zövcə nemətinə malik olmadıqları üçün haram qarşısında dayana bilmir, fiziki və mənəvi xəstələnir. Düzənsiz bir həyat yaşayırlar.

Ola bilər ki, Allah sənə bir ər verib. O da nemətdir, onun qədrini bil. Ola bilər bir az sərtdir və ya sənə lazımi qayğını göstərmir. Amma ətrafına bax müsəlman bacım. Elə bacıların var ki, onları və onların dinini muhafizəsi altına alacaq ərləri yoxdur. Zalım və dinsiz qohumların basqısı altındadırlar. Bu nemətə səbr et.

Ola bilər Rəbb`im sənə övlad və ya övladlar verib. Onlar nadinc ola bilərlər. Səni bezdirə bilərlər. Amma onlar yatanda onların məsum yatışlarına bir baxış bütün yorğunluğunu çıxartmırmı? Bu nemətdən gələn imtahana səbr et. Sənin bacıların və qardaşların var ki, bu nemətə həsrətdir.

Sənin bacıların və qardaşların vardır ki, bu nemətləri onların gözü qabağında doğradılar. Arakanlı bacının gözü önündə balasını it kimi gəzdirdilər. Əllərinin üstündən motosikletlə keçdilər. Bu nemətdən gələn imtahana səbr et dindaşım.

Balaca evində qırıq quruq əşyalarına səbr et. Çünki sənin qardaşların və bacıların var ki, yayın istisində qışın da soyuğunda əşyaya həsrət. Nemətdən gələn imtahana səbr et ey mömin!

Nemət verilir və alınır. Verildikdə səbr edə bilmirsənsə alındıqda necə səbr edə bilərsən.