Yolçuların diqqətinə!

Dəyərli yolçu qardaşım! Gözlənilən səadətə və hüzura qovuşa bilmək üçün hər şeydən öncə bu səfər üçün tələb edilən şərtləri yerinə yetirmək məcburiyyətindəsən.

Səfər Bileti

Adı: Adəm oğlu/İnsan

Milliyyəti: Allah`ın geniş torpaqlarından....Torpaqdan gəldim, torpağa dönəcəm

Ünvan: Yer kürəsi planeti/Dünya

 

Səfər ilə bağlı açıqlamalar

İlk çıxış dayanacağı: Dünya həyatı

Gözləmə dayanacağı: Bərzəx həyatı

Gediləcək dayanacaq: Axirət yurdu

İlk çıxış saatı: “Heç kəs sabah nə qazanacağını bilməz, heç kəs harada öləcəyini də bilməz”. (Loğman 34)

 

Bərzəx həyatının müddəti

Bu müddəti, qeybləri bilən Allah`dan başqa heç kimsə bilməz. “Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.” (Qaf 19)

Daşımaq üçün icazə verilən şeylər

İki metr parça

Saleh əməllər

Faydalı elm

Sədəqeyi cariyə

Onun üçün dua edən xeyirli övlad

Allah Rəsulu salləllahu əleyhi və səlləm bir hədisində belə buyurub: “Adəm övladı öldükdən sonra, bu 3 şey istisna olmaqla bütün əməlləri sona çatar; sədəqeyi cariyə, faydalı elm, onun üçün dua edən xeyirli övlad”.

Bəli, bu səfərdə yuxarıda icazə verilənlərdən başqa heçbir şeyə icazə verilməz. Bu səfərdə çətinliklər və bərzəx həyatında çətin bir sorğu-suala məruz qalmadan rahat bir şəkildə səfər etmək və qəbirdən çıxıb gedəcəyi ünvanın Allah`ın Cənnəti olmasını arzu edənlərin bu deyəcəklərimizi  etmələri lazımdır:

1. Bütün təlimat və yol qaydalarının izahlarına riayət etmək, Quranda və Allah Rəsulu sallallahu aleyhi və səlləmin sünnətində olan əsaslara tabe olmaq/bağlanmaq.

2. Allah`a itaət edib Onu sevmək, Ondan çəkinmək, qorxmaq. Tabe olmağı əmr etdiyi buyruqları yerinə yetirib, qadağan etdiyi şeylərdən uzaq durmaq.

3. Hər dəfə qəbirdə keçirəcəyi vaxtı düşünmək. Ölümü xatırlamaq və ona uyğun olaraq əməl etmək. Sonsuza qədər yaşayacaqmış kimi dünya üçün, sabah öləcəkmiş kimi axirətin üçün çalış (sanki dünya işlərini görmək üçün çox vaxtın varmış kimi davranıb bu dünya işlərini ertələmək və sanki sabah öləcəksənmiş kimi davranıb önəmli olan axirət işlərinə tələsmək). Qəbirdə rahat olmaq üçün və oradan güvən içində ayrılmaq üçün var gücünlə çalış!

4. Ata və anaya itaət etmək və onlara yaxşı davranmaq. Anaya, ataya itaətin və yaxşılığın Allah`a ibadətdən sonra gələn ən önəmli əməllərdən biri olduğunu ifadə edən bir çox ayələr var: “Rəbb`iniz yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur...” (İsra 23)

5. Yeyilən və içilən şeylər, təmiz və halal mallardan olmalıdır. Bu mövzuda Allah Rəsulu salləllahu əleyhi və səlləm mənaca belə buyurur: “Yeməyin saleh, təmiz və halal olsun ki, duaların qəbul edilsin.”

6. Bərzəx həyatı olan qəbirdən çıxıb axirət diyarına gedəcəyi zaman, ya Cənnət baxçalarından birinə, ya da Cəhənnəm çuxurlarından birinə gedəcəyini ağlından çıxarmamamaq.

Daha çox məlumat əldə etmək istəyənlər Allah`ın kitabına, Rəsulunun sünnətinə, dini mövzularda yazılmış qiymətli bilgilərlə dolu kitablara və alimlərin məclislərinə gedib onların fətvalarına müraciət edə bilərlər.

Bu müraciətlər birbaşa olaraq və heç bir xərc tələb edilmədən edilməkdədir. Suallarınıza asanlıqla cavab tapa bilərsiniz. Gözəl və hüzurlu bir səfər etməyiniz üçün bütün imkanlar səfərbər edilmişdir. Bundan başqa əlavə edilən saleh əməllərinizi, heç bir əlavə xərc çəkmədən sərbəst olaraq yanınızda götürə bilərsiniz. Bütün yolculara hüzurlu, rahat və gözəl səfərlər diləyirik!

(“İman Rüzgarı Esince” kitabından, AbdulMənnan Julha, Guraba nəşriyyatı, 2015, Səh. 19-22)

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.