Skip to main content


Şəhvət hissindən xilas olmaq üçün 10 təklif

Şəhvət hissi insanda yalnız bu dünya imtahanı olaraq deyil, onun nəslini davam etdirməsi üçün fitri bir hədiyyə də olmaqdadır. Şübhəsiz ki, bu hiss içərisində ləzzət olmasaydı insan doğum, uşaq böyütmək kimi məşəqqətlərə qatlanmayacaq və insan nəsli davam etməyəcəkdi. Hər nə qədər Allah təala bunu fitri olaraq zövq və ləzzət kimi hədiyyələrlə birlikdə vermiş olsa da, adam bu hissi nəzarət altında tutmadığı təqdirdə həm dünya, həm də axirətdə çətin vəziyyətdə qalacaq.  Fikri haram, baxışı haram, meyli haram olan adam zina kimi böyük bir günahla qarşı-qarşıya gələcək. Bədənlə bunu etməsə də üzvləri ilə bir baxıma zina işləmiş olacaq. Yaxşı, bəs bu hissdən necə xilas olaq?

1) Dua edin və qərarlı olun

Şəhvət hissini bütünlükdə təmizləmək mümkün deyil. Deyildiyi kimi şəhvət hissi həm də lazımlı bir şeydir. Bunu bədənin padşahı deyil, vəziri edərək nəzarət altında tutmaq daha faydalı olacaq. İlk qayda olaraq dua ilə Allah təaladan kömək istəyin. Misal olaraq bu duanı edə bilərsiniz: EyAllah`ım! Qulağımın, gözümün, dilimin, ürəyimin və şəhvətimin şərrindən sənə sığınıram. (İya Ulumi`d-Din)

Rəhbərliyin nəfsinizdə deyil, sizdə olması mövzusunda qərarlı olun. Lazım olsa uyğun bir şəkildə nəfsinizi cəzalandırın.

2) Oruc tutun

Evli deyilsinizsə və evlənməyə bəzi səbəblərə görə gücünüz çatmırsa oruc tutmaq böyük ölçüdə bu şəhvət hissini qırmağınıza kömək olacaq. Allah Rəsulu salləllahu əleyhi və səlləm bu sözü ilə subayları oruca yönləndirmişdir: “Ey gənclər! Evlənmək imkanına sahib olan və buna gücü çatan evlənsin. Çünki evlilik, gözü (harama baxmaqdan) çəkindirər və  iffəti (harama düşməkdən) qoruyar. Evlənməyə gücü çatmayan isə oruc tutsun. Çünki oruc, (harama düşməkdən) bir himayədir.” (Buxari 5065, Müslim 1400)

3) Yaxşı və gözəl əxlaqlı yoldaşlarınız ilə vaxt keçirin

Yaxşı və gözəl əxlaqlı, ibadət əhli kəslər ilə vaxt keçirin. Saleh və salehə kəslər xeyirli işlərlə məşğul olacağı üçün sizlər üçün də bir vəsilə qaynağı olacaq. Allah Rəsulu salləllahu əleyhi və səlləm  buyurmuşdur: “Kişi yaxın dostunun dini üzrədir. O halda sizdən hər biriniz kimi yaxın dost edirsə ona diqqətlə baxsın.” (Tirmizi)

4) Boş və haram baxışları tərk etmək

İndiki vaxtda insan hara baxsa bir günah ilə qarşı-qarşıya gəlir. Evindən çıxmayan belə oturduğu yerdən cib telefonu və kompyuteri ilə asanca günaha girə bilməkdədir. Xüsusilə internet üzərində çılpaqlıq ehtiva edən görüntülərə baxılmamalı, belə yayınların edildiyi saytlardan uzaq dayanılmalıdır.

Peyğəmbər salləllahu əleyhi və səlləm Əli radiyallahu anhuya belə buyurmuşdur: “Ey Əli! Bir baxışın arxasından təkrar baxma (birinci baxışına ikinci baxışını əlavə etmə)! Çünki birinci baxış, sənin haqqındır (qəsdli olmadığı üçün birinci baxışında sənə bir şey yoxdur) İkinci baxışi sə, sənin haqqın deyil (öz iradənlə olduğu üçün ikinci baxışında sənə günah vardır).” (Əhməd, Əbu Davud, Tirmizi və Darimi rəvayət etmişlər)

5) Boş vaxtları xeyirli işlərlə doldurun

Boş vaxtları qiymətləndirmək şəhvət hissinin ağıla gəlməsinə qismən də olsa mane olacaq. Siz:

  1. Yararlı və elmi kitablar oxuyun
  2. Dini (söhbət) və elmi nəşrləri izləyin
  3. Təfəkkür, zikrə davam edin
  4. İnsanlara dini həqiqətləri çatdırmaq üçün səh göstərin
  5. İdman edin (üzgüçülük, qaçış kimi idman növləri ilə bədəni nəzarət altında saxlayın)

6) Allah`dan həya edin

Şəhvəti nəzarət altında saxlamamaq insanı zinaya yönəldəcəyi kimi, ən azı kiçik də olsa başqa günahlar işləməsinə səbəb olacaq. Bu kiçik günahların da doğru olmadığını və ilahi cəzaya layiq olduğu bilinməlidir. Hər şəhvətdə kiçik günahlara meyl etmək yerinə nəfsin bu arzusunu Allah`dan həya edərək və qorxu duyaraq məğlub etməyə çalışmalıdır. İnsan Allah`ın hər an onunla olduğunu bilməli; lazımsız və haram olaraq şəhvəti artıracaq şeylərə baxamaq və eşitməkdən, xəyallara getməkdən qaçınmalıdır.

Allah təala bir ayədə belə buyurmaqdadır: “Şübhəsiz, o kəslər ki, Rəbb`indən görmədikləri halda xaşyət duyarlar (qorxarlar), məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır.” (Mülk 12)

Həya isə “utanmaq, çəkinmək, vaz keçmək, tövbə” mənalarını əhatə edir. Allah Rəsulu salləllahu əleyhi və səlləm  buyurur: “Allah`dan lazımi qədər həya edin!” (Müsnəd 3489)

7) Allah`ın axirət üçün hazırladığı nemətləri xatırlayın

Allah təala  bu mövzuda buyurmuşdur: “Allah`ın əmrlərinə təslim olan kişilər və təslim olan qadınlar, iman edən kişilər və iman edən qadınlar, (Allah`a və Rəsuluna) itaət edən kişilər və itaət edən qadınlar, (sözlərində) doğru olan kişilər və doğru danışan qadınlar, (ibadətlərə və çətinliklərə) səbrli kişilər və səbrli qadınlar, (Allah`dan) qorxan kişilər və qorxan qadınlar, (fərz və nafilə) infaq edən kişilər və infaq edən qadınlar, (fərz və nafilə) oruc tutan kişilər və oruc tutan qadınlar, (zinadan) ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, (qəlbləri və dilləri ilə) Allah`ı çox anan kişilər və çox anan qadınlar varmı, məhz Allah onlara bağışlanma və böyük bir mükafat (cənnət) hazırlamışdır.” (Əhzab 35)

8) Yediyinizə / içdiyinizə diqqət edin

Bəzi ərzaq və içkilər şəhvət hissini artıran xüsusiyyət daşımaqdadır. Bunlara diqqət etməli, fındıq, fıstıq, şokolad, banan və s. kimi qidalardan az istehlak edilməlidir. Sinirləri oyadan çay, qəhvə və s. içkilər azaldılmalıdır.

9) Soyuq və isti su ilə duş alın

Xüsusilə soyuq su ilə duş almaq bu hissi aradan qaldıracaq. Duşa girildiyinizdə günaha düşmək təhlükəsi olduğu üçün sürətlicə bədənin alt qisimini yuyub, sonra davam etmək faydalı olacaq.

10) Bunları etməyinizə baxmayaraq hələ də bu hisslə mübarizədə çətinlik çəkirsizsə evlənin :)

Bəzi şəxslərin evlilik həyatlarında belə kiçik günahlara düşərək həyat yoldaşlarının cinsi ehtiyaclarına əhəmiyyət vermədikləri bilinən bir gerçəkdir.  İstər qadınlarda olsun, istərsə də kişilərdə, artıq evləndikdən sonra da bu cür xəstəliyin davam etdirilməsi, tamamilə anormal və ailə səadəti üçün təhlükəlidir.