Skip to main content


Qəlbin diridirmi? – Oxu və yoxla

1) Səhabənin xeyir işlərinə qaçması və hidayətə sarılması Allah təalanın uca buyuruğunun doğruladığı kimi qəlbin sağlam və salamat olmasının sübutlarındandır.

İnananlar ancaq o kimsələrdir ki, Allah anıldığı zaman qəlbləri titrəyər, ayələri oxunduğu zaman bu onların imanlarını artırar və Rəbb`lərinə güvənərlər.” (Ənfal 2)

Ey Muhamməd. Allah anıldığı zaman qəlbləri titrəyən, başlarına gələnə səbr edən, namaz qılan, özlərinə vermiş olduğumuz ruzidən sərf edən və Allah`a könül vermiş olan kimsələri müjdələ.” (Həcc 35)

2) Qəlbin diriliyinə işarət edən dəlillərdən biri də o qəlbin sahibinin dini xüsusunda diqqətli, haqq mövzusunda cəsarətli olmasıdır.

Allah Rəsulu salləllallahu əleyhi və səlləm bunu nə gözəl ifadə etmişdir: “Şübhəsiz Allah`ın yer üzündəki qabları vardır. Onlar qəlblərdir. Onlardan Ona ən sevgili olanı ən incə, ən təmiz və ən sərt olanıdır”. Yəni dində ən sərt, inancta ən təmiz və qardaşlarına qarşı ən incə olanıdır.

3) Qəlbin salamat olmasının əlamətlərindən biri də sahibinin Allah`dan və Allah`ın xoş qarşılamayacağı şeylərdən qorxması, bundan sonra haramlardan və Allah`a qarşı günah işləməkdən çəkinməsidir.

Bu vəziyyəti isə Allah`ın bu ayəsi doğrulayır:  “Allah`a qarşı gəlməkdən çəkinənlərə şeytan tərəfindən bir vəsvəsə gəldikdə Allah`ı anar və dərhal gerçəyi görərlər”. (Əraf 201)

4) Eyni şəkildə qəlbin kin, həsəd və yalan əlamətlərindən uzaq olması da onun salamat olduğuna dəlalət edər.

Peyğəmbər salləllallahu əleyhi və səlləmdın “Ey Allah`ın Rəsulu! İnsanların ən xeyirlisi kimdir? deyə soruşdular. O da buyurdu: “Qəlbi təmiz olan hər mömin”. “Qəlb təmizliyi nədir?” deyə yenidən soruşdular. O buyurdu: “Onda aldatmaq, azğınlıq, sözündə durmamaq, kin və həsədin olmadığı təqva halıdır”.

5) Yenə qəlbin salamat olmasının dəlillərindən biri də sahibinin hər halda Allah`a təslim olması və Onda rahatlıq tapmasıdır. Allah təala buyurur:  “Allah kimin könlünü İslama açmışsa o, Rəbb`i qatından bir nur üzərə olmazmı? Qəlbləri Allah`ı anmaq xüsusunda qatılaşmış olanlara vay olsun. Onlar açıq-aşkar sapıqlıqdadırlar”. (Zumər 22)

Peyğəmbər salləllallahu əleyhi və səlləm bu ayəni təfsir edərkən belə buyurmuşdur: “O bir genişlikdir. Nur qəlbə atıldığı zaman qəlbi genişlədər və açar”.

6) İbn Qeyyim əl-Cövziyyə qəlbindin diri olması haqda demişdir: Bir qəlb-

  1. Günahtan tövbə edənə qədər sahibini sıxışdırırsa
  2. Zikirsiz ibadətsiz bir günü sıxıntılı görürsə
  3. İbadət edərkən yeməkdən-içməkdən daha çox zövq alırsa
  4. Virdini (Allahı zikri) unutduğunda malını itirmiş kimi üzülürsə
  5. Namaza dayandığında dərdlərini unudursa
  6. Vaxt xərcləmədə xəsis isə (vaxtını gözəl şeylərə sərf edirsə)
  7. Bir əməldən daha çox o əməlin qəbul olması ilə maraqlanırsa O qəlb diridir.

Rəbb`im, qəlblərimizi nurunla genişlət və bizi qəlbi qatılaşmış olanlardan etmə!  Rəbb`im, qəbul olunmayan duadan, ürpərməyən qəlbdən, yaşarmayan gözdən Sənə sığınırıq. Rəbb`im bizə haqqı haqq olaraq göstər və ona bağlanmağı nəsib et. Batili batil olaraq göstər və ondan uzaqlaşmağı nəsib et! Amin...