Bu dünyadakı ən böyük hədiyyə

Sizi narahat edən bir probleminiz var. Durmadan onu fikirləşirsiniz. Düşünürsünüz ki, bu problem həll olunanda hər şey yoluna düşəcək. Hər birimizin yuxularını qaçıran sıxıntıları var və düşünürük ki, bu sıxıntı keçsə heç bir dərdimiz olmaz. Bəs sonra? Problemin biri həll olunanda başqası cıxacaq, o da həll olunanda bir başqa problemimiz olacaq. Problem artdiqca sizə daha çətin gələcək.

“Bir bu çatmırdı” deyəcəksiz. Bu daha böyük problemdir!

Siz ALLAHa güvənirsiniz, ancaq qarşılığında nə əldə edirsiniz?

Problemləriniz kökündən həll olunmur. Bu dünyada sıxıntılar qurtarmır. Əgər sıxıntılar bitsəydi Hz. Yaqubun problemləri kökündən həll olunardı.  Sadəcə imanımız olduğuna görə heç bir narahatlıq yaşamasaydıq, Hz. Məryəmin heç bir dərdi olmazdı.  Peyğəmbərimiz s.a.s heç bir çətinlik çəkməzdi. 

Allaha ən yaxın insanların həyatlarına baxdıqda çox əzab çəkdiklərini görürük.Ömür boyu davam edən çox böyük sıxıntılar. Bir sıxıntının başqa bir sıxıntını, onun da bir başqasını gətirdiyini görürsünüz.

Məsələn, Hz Yusufun həyatına baxaq. Allahın ilk peyğəmbərlərindən biridir. Sıxıntıları uşaq          vaxtından başlayıb . Hələ uşaq ola-ola çətin problemlərlə üzləşir. 

Hərdən öz-özümüzə düşünürük. Bu qədər sıxıntının içində Allaha güvənirəm, bəs Allah mənə kömək edirmi? 

Siz problemlərlə boğuşarkən ətrafınızdakı insanlar da sizə “Sən Allahı qəzəbləndirmisən, ona görə bunlar başına gəlir“ deyirlər.

Siz də fikirləşirsiniz ki Allah məni cəzalandırır. 

Bu vaxt Allah sizə çox dəyərli bir şey verir. Siz Allaha olan etimadınızı, sevginizi və Allahla olan bağınızı qorumalısız. Allah sizi tərk etmədi! O sizi tərk etməz, qəlbinizə dogru yol göstərər və sizə rəhbərlik edər. Problemlərinizin həll olunacağına əmin olun. 

- maddi probleminiz varsa, əlinizə pul keçəcək.

- xəstəsinizsə, sağalacaqsınız.

- ailə içində problem, varsa həll olunacaq.  

“O böyük hədiyyə” ilə qarşılaşdıqda dünyadakı sıxıntıların heç bir dəyəri qalmayacaq.O böyük hədiyyə isə hidayətdir. Qəlbinizə rəhbərlik edər.  Ürəyiniz rahat, hüzurlu olar. Başınıza nə gəlir gəlsin üzünüzdə bir təbəssüm olar. Ətrafınızdakılar sizi görəndə soruşar ki, - Niyə gülürsən? Gör nə haldasan? Bu başına gələnlərə bax!

  • Bilirəm, problem deyil. Yaxşıyam mən 

Siz buna nail olmuşkən dünyalar qədər pulu olub gecələr rahat yata bilməyən insanlar olacaq.  Həmişə fikirləşirdiniz ki, onların əlindəki imkanlar sizdə olsaydı çox xoşbəxt olardınız. Ancaq bu onlara rahatlıq vermir. Həqiqətlərlə üzləşə bilmədikləri üçün içki və narkotik bataqlığında boğulurlar. 

Onların sosial şəbəkələrdə paylaşdıqları videoları izləyənlər də rahat evlərini, lüks maşınlarını görürlər.  Onlara baxıb “Mən də belə yaşamaq istəyirəm”  deyəcəklər. 

“ Kaşki Filankəs kimi zəngin olsaydıq”

“Dostum, ona bax, krallar kimi yaşayır.” 

Əgər Allaha yönəlsəniz, bunların hamısını sizə verəcək. Heç bir pulun, heç bir şöhrətin ala bilməyəcəyi bir şey verəcək. Allah sizəbunu verməsə, başqa heç cür əldə edə bilməzsiniz. 

Allahın sizə vermiş olduğu şey hidayət olunmuş bir qəlbdir. Allah sizə yol göstərəcək, sizə rəhbərlik edəcək. Bu, imanın ən böyük hədiyyəsidir. Sıxıntılardan qazanılmış ən böyük hədiyyə budur. 

İnsanlar çarəsizdir, sən çarəsizsən, mən çarəsizəm. Yaşadığımız bu sıxıntılar Allahın bizim qəlbimizə hidayət verməsi üçün birvəsilədir. Sıxıntıların içində Allaha yönəlməyi bacarmalıyıq.  Bir problemimiz olanda ona dua edə bilməliyik.  Bunun uçun ərəb dilini bilməyə ehtiyac yoxdur, Quranın çoxunu əzbər bilməyə də ehtiyac yoxdur. 

Sadəcə Allaha yönəlin və “Allahım sən ən yaxşısını bilirsən” deyin. Allahım kimsə məni Sənin qədər sevə bilməz, Mənim üçün ən xeyirlisini Sən bilirsən. Mənə yol göstər. Sənin yardımına ehtiyacım var. 

Ona təmiz bir qəlblə yönəlsəniz və ondan yardım istəsəniz, sizi əsla geri çevirməz. 

- Allahdan bir maşın istəyərsiniz və ALLAH onu verməyə bilər;

- Allahdan bir ev istəyərsiniz və Allah onu verməyə bilər;

- Allahdan xəstəliyinizə şəfa istəyərsiniz və Allah onu verməyə bilər. 

Verər, ya da verməz. Çünki ən xeyirlisini o bilir. 

Ancaq səmimi qəlbdən istədikdə, mütləq olaraq verəcəyi tək şey onun hidayətidir. Onu verəcəkdir. Onu verdikdə isə heç bir probleminiz qalmayacaq. Çünki dünyaya, ətrafınıza və problemlərinizə artıq başqa gözlə baxacaqsınız. Daha əvvəl sizə dünyanı dar edən şeylər artıq problem kimi görünməyəcək. Bəs bu necə baş verəcək? Qəlbinizə Allah sevgisinin yerləşməsiylə. Qəlbinizdə ilk pilləyə sizi yaradıb, sizi sevib, sizə dəyər verəni qoymaqla. Daha əvvəl hiss etmədiklərinizi hiss etməklə. Ətrafa Onun bəxş etdiyi bir nurla baxmaqla... Elə isə, hidayəti axtarın və ürəkdən istəyin..

Həyatda qarşılaşdığımız bütün çətinliklər və sıxıntılar Allaha yaxınlaşmağımıza, onun rəhbərliyini qazanmağımıza vəsilə olsun! Amin!


Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar