Skip to main content


Ruzi əldə etməyin ən asan yolu!

1-Ruzini artması

2-Uzun ömür

İnsanın fitrətinə yüklənmiş bu iki şeyə sahib olmaq istəyənlər üçün peyğəmbərimiz salləllahu əleyhi və səlləm bir ünvan göstərir - “Qohum ziyarətləri”.

Burada Peyğəmbər salləllahu əleyhi və səlləmin əqrəba ziyarətində ziyarət ediləcək olanların dini inanclarından bəhs etməmiş olması diqqəti cəlb edir. Yəni heç kim deyə bilməz ki, mənim qohumlarım müsəlman deyil. Ya da qohumlarımın bir qisminin inancları ya da əməlləri zəif olduğu üçün ziyarət etmirəm.

Qohum ziyarətlərinin faydaları sandığımızdan daha çoxdur. Bir neçəsini zikr etməyimiz lazımdırsa bunları deyə bilərik:

1-Qohumlarımızın potensialını, İslama nə qədər məsafəli olduqlarını, necə günahlar içində üzdüklərini ya da nə qədər təqvalı olduqlarını az çox bilirik. Sözsüz ki, bu məlumat bizə, onlari dəvət edərkən, əl tutacaq.

2-Qohumlarımızın maddi durumlarını bilmək. Kasıbdırsa və ya sıxıntıdadırsa bu durumda olmaları bir çox savab qapılarını açır. Xüsusilə də zəkat və sədəqə kimi.

3-Qohum ziyarətlərində iştirak etmək Allah`ın bir hökmünü tətbiq etmək deməkdir. Bu bir ibadət halıdır.

4-Qohumlarımızla qan bağımız olduğu üçün qarşılıqlı anlaşma. Bir birimizi anlamaq asan olar. Buna görə Peyğəmbərimiz salləllahu əleyhi və səlləm qohum ziyarətlərinə çox önəm vermişdir.

5-Əqrəbalarımızın İslamı yaşantımızı yaxından gördükləri üçün yaxşı bir dəvət yolu olur. Hidayət qapısının aralanmasına vəsilə olar.

Hədisdən çıxan dərslər:

1-Varlı və ya kasıb olmasından asılı olmayaraq hər insan ruzisinin artmasını istəyər. Ruzinin artması üçün səbəblərdən biri də qohumları ziyarət etməkdir. Çox xərc tutmayan bu əməl, ruzinin artmasını təmin edəcək səbəblərdən biridir.

2-Allah təala əqrəbaların biri-birlərindən xəbərsiz yaşamasını istəməz. Hər an həmrəylik içində olmalarını istəyər. Bunun üçün də təşviq mükafatları vəd etmişdir.

3-Ruzinin artıb azalmasına Allah qərar verir. Heç kimsə ticari zəkasıyla ruzi əldə etdiyini düşünməməlidir.

4-Əcəlin təxirə salınması ömrün bərəkətlənməsi deməkdir. Kim bərəkətli bir həyat yaşamaq istəyirsə qohumlarına yaxşı davransın.

5-Allah insanların ehtiyaclarınını ödəmələri üçün səbəblər yaradır. Bir insanın ehtiyac sahibi olması durumda Allah`ın o insana yardımı bu hədislərdir.

6-Qohumlarla ünsiyyət halında olmaq insan güvən verər. Gün gələr qohumların ziyarətinə möhtac qala bilərik.