Skip to main content


Qiyamət günü sorğu-suala dair bir neçə söz

Şərh:

İnsanlar qiyamət günündə, dünyada etdikləri hər bir işə görə hesaba çəkiləcəklər. Burada adı çəkilən beş şey, hesab əsnasında soruşulacaq əməllərdən ən mühüm olanlarındandır. Hədisdə beş şeyin zikr olunması sadəcə bunlardan cavabdeh olub, başqa şeylərdən cavabdeh olmayacaqları kimi şərh oluna bilməz. İnsanların həyatı Allah`ın onlara verdiyi bir əmanətidir. Bu əmanətə xəyanət etmək qəti olaraq qadağandır. Bir insan, həyatını Allah`ın əmrləri və qadağaları çərçivəsində keçirərsə, əmanətə xəyanət etməmiş olar.

İslami anlayışa görə elm, insana doğrunu və yanlışı göstərir. Elmli olan kimsə, əvvəlcə bildikləri ilə hərəkət edər və bunun əsnasında  davranışlarını ortaya qoyar. Hamı qiyamət günündə Allah`ın hüzurunda, bildikləri ilə əməl edib-etmədiyindən, elmini həyatına tətbiq edib-etmədiyindən sorğu-suala çəkiləcəkdir.

İslam dini, insanın var-dövlət qazanmasına və varlı olmasına mane olmur. Tam əksinə, çalışması, elminin əməyi ilə keçinməsi və başqasına möhtac olmaması tövsiyə olunur. Bu mövzularda qoyulan tək məqsəd, malı və mülkü halal yollardan qazanmaq, haram yollara baş vurmamaq və malın haqqını verməkdir. Şəriətə zidd olmayan yollara müraciət edərək pul qazanmaqla iş bitmir. Qazancın haraya və  necə sərf edildiyi də mühümdür.

İnsana verilən nemətlərin ən dəyərlilərindən biri də sağlamlıq və salamat olmaqdır. Bir neməti itirmədən onun qiymətini bilmək, dərk etmək çətindir. Xəstə olmadan sağlamlığın qiymətini bilməməyimizi buna misal göstərmək olar.

Bədən və ruh sağlamlığına sahib olmaq, hər şeydən öncə gəlir. Bunları qorumaq üçün bütün tədbirləri görmək, ən başda gələn vəzifələrimiz arasındadır. Yəni qiyamət günündə, bədənimizi qoruyub-qorumadığımızdan da hesaba çəkiləcəyik.

Allah təala bizə bu sorğu-sualdan salamat çıxmağı nəsib etsin.