Mələklərin sizin üçün də dua etməsini istəyirsinizmi?

Mələklərin sizin üçün də dua etməsini istəyirsinizmi?

  1. Birinci və ikinci cərgədə namaz qıldıqda

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Həqiqətən mələklər birinci cərgədə namaz qılanlar üçün dua edərlər”. (Səhabələr) dedilər: “Ey Allah`ın elçisi! İkinci cərgə üçün də?” Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “İkinci cərgə üçün də” (İmam Əhməd. Şeyx Albani hədisin səhih olduğunu bildirmişdir).

  1. Namazda (Fatihədən sonra) “Amin” deyərkən mələklərlin “Amin” deməsi ilə üst-üstə olduqda

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “İmam “Amin” dedikdə siz də “Amin” deyin. Çünki kimin “Amin” deməsi mələklərin “Amin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”. (Buxari və Muslim).

Mələklərin sizin üçün də dua etməsini istəyirsinizmi?

  1. Fəcr (sübh) namazını camaatla bir yerdə qıldıqda

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim Fəcr namazını camaatla bir yerdə qılar, sonra yerində oturub gözləyərsə mələklər onun üçün dua edib deyər: “Allah`ım, onu bağışla, Allah`ım, ona rəhm et!” (İmam Əhməd, İbn Həcər hədisin həsən olduğunu deyib)

  1. Müsəlmanın xəbəri olmadan, onun üçün dua etmək

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur “Müsəlman bir kişinin öz (müsəlman) qardaşı üçün onun xəbəri olmadan gizlicə etdiyi duası qəbuldur. Onun (dua edənin) başı üzərində vəzifələndirilmiş bir mələk vardır ki, hər dəfə qardaşı üçün xeyir dua etdiyi zaman  həmin mələk belə deyər: “Amin və sənə də onun mislində!” (Muslim)

Mələklərin sizin üçün də dua etməsini istəyirsinizmi?

  1. Allah yolunda infaq etmək (xərcləmək)

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Bəndələrin sabaha çıxdıqları elə bir gün yoxdur ki, o gün iki mələk enməsin. Onlardan biri deyir: “Allah`ım, sərf edənə bəxş et (ver)!” O birisi isə deyir: “Allah`ım saxlayanın (sərf etməyənin) malını tələf et”. (Buxari və Müslim).

Mələklərin sizin üçün də dua etməsini istəyirsinizmi?

  1. İnsanlara xeyir öyrətmək

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Allah, mələkləri, yerdə və göydə nə varsa, hətta yuvasında olan qarışqa, suda olan balıq belə insanlara xeyir öyrədənlər üçün dua edərlər”. (Tirmizi. Şeyx Albani hədisin səhih olduğunu bildirmişdir)

Mələklərin sizin üçün də dua etməsini istəyirsinizmi?

 

 

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.