Qiyamətə qədər dəftəri açıq tutacaq bir əməl...

Açıqlama:

Bu hədisimizdə çoxlu faydalar var və bu faydalar axirətini düşünən müsəlmanlar üçün olduqca əlverişlidir. Bir anlıq yer üzündəki bütün kitabların yan-yana düzüldüyünü xəyal edək. Milyonlarca cürbəcür kitabların içində sizcə dəyər baxımından ilk kitab hansıdır? Əlbətdəki “Qurani-Kərimdir” dediyinizi eşitmiş kimiyəm. Bir düşünün dünyanın ən dəyərli kitabı, biz müsəlmanların əlində və evindədir. Budur o kitabı öyrənmək və öyrətmək.

Quranı öyrənmək və öyrətmək sadəcə ərəbcədən oxumaq və oxutmaq deyildir. Quranın verəcəyi mesajları da öyrənib öyrətmək deməkdir.

Çox mərhəmətli olan Allah təala insanların qaranlıqlardan çıxması üçün sanki bir əl fənəri vəzifəsini daşıyan Qurani-Kərimi, insanın həm dünyada rahat və sakit yaşamasına, həm də axirəti üçün qurtulmasına vəsilə etmişdir.

Xüsusilə də islamı seçən xristiyanlar Qurandan nə qədər çox təsirləndiklərinə şahid olmağımız Quranın həqiqətən də insanların əlindən tutub aydınlığa çıxaran bir xilas edici olduğuna dəlalət edir.

Belə bir təsirli və möcüzəvi kitabı öyrənmək, anlamaq, yaşamaq və yaşatmaq üçün zikr edilmiş bu qısa hədisimizdə xəyal edə bilməyəcəyimiz dərslər vardır.

Beləcə Quranı öyrənən və öyrədən insan, nəcə olurki insanların ən xeyirlisi olaraq önə çıxır? Bu sualımıza maddələr halında cavablar tapmağa çalışaq:

1-Quranı öyrənmək istəyən insan, Allah`a dəyər verdiyini isbat etməyə çalışar.

2-Quranı oyrənmək istəyən kəsin, imanın üçüncü şərti olan kitablara iman etdiyini və bu imanını isbat etmək üçün öyrənməyə çalışması Qurana hörmətdir.

3-Quranı öyrənmək istəyən insan, quyu qazmağa çalışan şeytana qarşı bir zəfər elan etdiyini isbat etmiş olur.

4-Quranı öyrənmək istəyən insan,  bütün bəşəri sistemlərə meydan oxuduğunu isbat etmiş olur.

5-Quranı öyrənmək istəyən insan, Allah`ın hökmlərini öyrənib əməl etmək istəyən insandır. Bu da onun Allah yolunda olduğunu göstərir.

6-Quranı öyrənmək istəyən kimsə, öyrətdiyi kimsənin (öyrəndikdən sonra) bütün əməllərinə ortaq olmuş olur. Beləliklə ömrünü ikiyə vurmuş olur.

7-Quranı öyrədən kimsə,bir sünnətə əməl edir deyə əcr qazanır.

8-Quranı öyrədən kimsə, əmri bil maruf nəhy anil münkər (yaxşılığı əmr edib pislikdən çəkindirən) əməli işləyəcəyi yöndən bir savab alar.

9-Quranı öyrədən kimsə, iki şeytanla birdən mübarizə aparmış olur. (oz şeytanı və öyrətdiyi insanın şeytanı)

10-Quranı öyrənmək və öyrətməyə çalışmaq, səbr tələb edir. Allah da, ”mən səbr edənlərlə birlikdəyəm” deyir. Beləliklə bir yandan səbr əcri alınırkən digər yandan Allah`ın qulu ilə bərabər olması şərəfinə nail olmuş olursan.

Tək cümlədən ibarət bir hədis və ən az on dənə alınacaq böyük fayda. Cənnətdə qonaq etdirəcək bu əməli işləmək həm çox asan həm də günün hər saatında əməl etmək mümkündür.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar