Peyğəmbərin məscidi (Məscidi Nəbəvi) haqqında bilmədikləriniz!

Peyğəmbər salləllahu əleyhi və səlləmin məscidindən bəzi bilinməyən gerçəklər və sirlər bunlardır:

  1. İslamda tikilən ikinci məsciddə qılınan namazın üstünlüyü

Məscidi Nəbəvi İslam tarixində inşa edilən ikinci məsciddir. İlk inşa edilən məscid isə Peyğəmbər salləllahu əleyhi və səlləmin Mədinəyə hicrəti əsnasında inşa edilən Quba məscididir. Digər tərəfdən Məkkədəki Məscidi Haramdan sonra İslamda müqəddəs sayılan ikinci yer Məscid-i Nəbəvidir.

Belə ki, Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu xəbər vermişdir: “(İbadət üçün) yalnız bu üç məscidə səfər edilər; Məscidi Haram, Məscidi Nəbivi və Məscidi Əqsa ...” (Buxari)

"Məscidimdə qılınan namaz, Məscidi Haram xaric, digər məscidlərdə qılınan min rükət namazdan daha xeyirlidir.” (Müsnəd 1/184) Başqa bir rəvayətdə isə buyrulur: “Daha fəzilətlidir”. (Müsnəd 1/16; Nəsai)

Peyğəmbərin məscidi (Məscidi Nəbəvi) haqqında bilmədikləriniz!

  1. Rövzəi Mutəhhəra haradır?

Rövzə Allah Rəsulu salləllahu əleyhi və səlləmin hədisin dəmüjdələdiyi sahədir. Bu sahəni bütün məsciddən fərqli olaraq zəmindəki yaşıl xalçalardan tanıya bilərsiniz. Məscidin hamısı qırmızı xalça ilə örtülü ikən bu sahə yaşıl xalçalarla örtülüdür. Bu sahə Peyğəmbər salləllahu əleyhi və səlləmin minbərindən başlayaraq onun qəbrinə qədər uzanır. Peyğəmbər salləllahu əleyhi və səlləm bu sahə ilə bağlı buyurmuşdur: “Evimlə minbərimin arası, Cənnət bağçalarından bir bağçadır və minbərim hövzəmin üzərindədir”. (Buxari, Müslim) Bu hədisə görə alimlər Rövzəyi Mutəhhərada edilən duaların Cənnətdə edilən dualar hökmündə olduğundan əsla geri qaytarılmayacağını bildirmişlər.

Peyğəmbərin məscidi (Məscidi Nəbəvi) haqqında bilmədikləriniz!

  1. Yaşıl qübbənin üzərindəki kiçik qübbə nədir?

Allah Rəsulu salləllahu əleyhi və səlləmin qəbri üzərindəki kiçik pəncərə ilk olaraq Aişə radiyallahu anhənin Peyğəmbər salləllahu əleyhi və səlləmin qəbrinin üzərinə yağış damlası və bir az da günəş daxil olması məqsədilə üstdən bir pəncərə açılması istəyiylə açılmışdır. Sultan Qayıtbay dövründə qübbə inşa etdirmək istəmişdir. Lakin Peyğəmbərin qəbri ilə səma arasındakı əlaqəni qübbə ilə kəsməmək üçün, qəbrin üzərinə kiçik bir qübbə də inşa etdirmişdir. Bu qübbə olduqca böyük genişlikdədir və göyərçinlərin girməməsi üçün çox incə bir tellə bağlanmışdır. Bu açıqlıq sayəsində Peyğəmbər salləllahu əleyhi və səlləmin qəbrinə; ulduz və bütöv ay işığı, yağan yağış damlaları, günəşin istiliyi və külək əsintisi çatmaqdadır.

Peyğəmbərin məscidi (Məscidi Nəbəvi) haqqında bilmədikləriniz!

  1. Ərəb yarımadasında elektrik enerjisinə sahib olan ilk yer

Osmanlılar ərəb yarımadasına 1908-ci ildə elektrik enerjisini igətirdikləri zaman, elektrik enerjisinin ilk istifadə edildiyi yer Peyğəmbər salləllahu əleyhi və səlləmin məscidi idi. Bəzi qeydlərə görə bu, sultanın özünün İstanbulun da tamamən elektrik enerjisinə sahib olmasından bir neçə il əvvəl olmuşdur.

Peyğəmbərin məscidi (Məscidi Nəbəvi) haqqında bilmədikləriniz!

  1. Bugünkü məscid köhnə Mədinə şəhərindən daha böyükdür

Bugünkü Məscidi Nəbəvi ilk vziyyətindən 100 dəfə böyükdür. Bu, bugünkü məscidin köhnə Mədinə şəhərinin az qala hamısını əhatə etdiyi deməkdir. Buna dəlil olaraq demək olar ki, Cənnətü`l-Baqi qəbiristanlığı Peyğəmbər salləllahu əleyhi və səlləmin zamanında şəhərin xaricində idi. Amma indiki məscidin sərhədləri oraya çatmışdır. Bundan əlavə ilk tikildiyi dövrdə təxminən 1000 m2 olan məscidin ölçüləri bu gün 100.000 kvadrat metrdir. Burada 600.000-dən çox adam eyni anda namaz qıla bilməkdədir.

Peyğəmbərin məscidi (Məscidi Nəbəvi) haqqında bilmədikləriniz!

  1. Peyğəmbər salləllahu əleyhi və səlləmin otağında boş bir məzar var

Peyğəmbər salləllahu əleyhi və səlləm, Əbu Bəkr və Ömər radiyallahu anhumənin dəfn edildiyi yerdə bir boş məzar olduğu təsdiqləndi. İnsanlar ancaq 1970-ci ildə oranın örtüyünü dəyişərkən boş bir sahənin varlığını gördülər. Bunun yenidən zühur etdiyi zaman İsa əleyhissalama aid olub olmadığı müzakirə mövzusudur.

  1. Yanğında yıxılmışdır

Köhnə məscidin böyük bir qismi Peyğəmbər salləllahu əleyhi və səlləmin minbəri daxil olmaqla 1256-cı ildə baş vermiş yanğın zamanı yox olmuşdudu. Bu zaman yanğın çox geniş sahəyə təsir etmişdi. (İslam Ensiklopediyası 36/400) Baş vermiş bu yanğın zamanı Peyğəmbər salləllahu əleyhi və səlləmin otağının damı və hətta bəzi divarları da çökdü və 600 il sonra ilk dəfə istirahət otağı ortaya çıxdı.

  1. Əvvəldən heç qübbə yox idi, indi 2 qübbə var!

Peyğəmbər salləllahu əleyhi və səlləmin vəfatından sonra 650 ildən çox müddət ərzində qəbiristanlığın qübbəsi yox idi. İlk qübbə 1279-cu ildə Məmlüki sultanı tərəfindən taxtadan inşa edilmişdi. Bu gün gördüyümüz yaşıl qübbə isə əslində Peyğəmbər salləllahu əleyhi və səlləmin otağının üstündə olan xarici qübbədir. Peyğəmbər salləllahu əleyhi və səlləmin, Əbu Bəkr və Ömər radiyallahu anhumənin  adlarının həkk olunduğu daha kiçik bir daxili qübbə də var.

Peyğəmbərin məscidi (Məscidi Nəbəvi) haqqında bilmədikləriniz!

  1. Qübbə bənövşəyi rəng olaraq istifadə edilmiş!

Bəli bənövşəyi.  Təxminən 150 il bundan əvvəl bu günkü quruluşuna və rənginə çatmadan əvvəl qübbə bir çox işlər və rəng dəyişikliyindən keçmişdir. Bir detal olaraq; ağ rəng də istifadə edilmiş və ən uzun müddət istifadə olunan rəng Hicaz ərəblərinin düşkün olduğu bənövşəyi-mavi rəng idi.

Peyğəmbərin məscidi (Məscidi Nəbəvi) haqqında bilmədikləriniz!

  1. Fatimə radiyallahu anhənin otağında nə var?

Peyğəmbər salləllahu əleyhi və səlləmə aid olan əşyalar öz otağında ya da Fatimə radiyallahu anhənin otağında saxlanılırdı. Fatimənin otağı bir genişlənmə işində Peyğəmbər salləllahu əleyhi və səlləmin  otağı ilə birləşdirildi. Mədinə 1-ci Dünya müharibəsində mühasirə altında ikən, Osmanlı komandiri qiymətli bir çox əllə hazırlanan əsəri uşaqların və qadınların paltarları arasında gizlədərək İstanbula gətirtdi. Hazırda həmin əsərlər Topqapı sarayında qorunub saxlanılır. Buna baxmayaraq, təəccüblüdür ki, bəzi əşyalar var olduğu halda, qeydiyyat altında deyil.

Unutmayaq- Peyğəmbər salləllahu əleyhi və səlləmin məscidi əsla yalnız bir məsciddən ibarət deyildi. Bu məscid ilk İslam cəmiyyətinin mərkəzi idi. Məscid müsəlmanların böyük zəfərlərinin və hüzünlərinin şahidi idi.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.