Skip to main content


İmam Şafinin əməlin imandan olmasıyla bağlı söhbəti

İmam Şafi deyir: “İman sözdür, əməllər şəriətdir. Sənə görə vav hərfi ayırandır???”

Həmin şəxs deyir: “Bəli!”

İmam Şafi deyir: “O zamanı sən iki ilaha ibadət edirsən! Məşriqdə olan ilaha və məğribdə olan ilaha. Çünki Allah təala buyurur: “O iki məşriqin və iki məğribin (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Rəbb`idir.” (ər-Rəhman 17)

Kişi qəzəblənir və deyir: “Subhanallah məni müşrik, məcusi elədin??”

İmam Şafi deyir: “Xeyr! Əksinə sən özün-özünü müşrik edirsən!”

Həmin şəxs deyir: “Axı necə?”

İmam Şafi deyir: “Vav hərfini bağlayıcı yox, ayırıcı deməyinlə! (Yəni vav hərfini ayırıcı olaraq hesab etdikdə iki məşriqin Rəbb`ini ayrı, iki məğribin Rəbb`inin ayrı olduğunu demiş olursan ki, Allah`ın birdən artıq olduğunu bildirməklə də Ona şərik qoşmuş olarsan)”.

Yenə həmin şəxs deyir: “Mən dediyim sözə görə Allah`a tövbə edirəm. Tək olan Allah`dan başqasına ibadət etmərəm! Bu gündən sonra heç vaxt vav hərfinin ayırıcı olduğunu da deməyəcəm. Əksinə deyəcəm ki, İman söz və əməldir artır və azalır!”

Mənbə: Kitəbu hilyətu`l-Əvliyə və Tabaqat əl-ƏsfiyaƏbu Nəim əl-Əsbəhani  (110/9)