Suların qismləri
İkincisi: Həm təmiz, həm də təmizləyici olub, istifadəsi məkruh olan su. Bu suya isə günəş şüaları altında qalmış suyu misal göstərmək olar. Belə sudan istifadə etməyin məkruh olma səbəbi isə bəzi görüşlərə görə insan dərisində vitiliqo (insan dərisində ağ ləkələrin əmələ gəlməsi) xəstəliyinə səbəb olmasıdır.
Üçüncüsü: Özü təmiz olub təmizləyici olmayan; yəni istifadə olunmuş və ya (çay, kofe, meyvə şirəsi, zəfəran və sair kimi) təmiz bir şeylə qarışdırılmış su. Belə suyun təmiz olduğuna dəlil Buxari və Müslimin Cabir ibn Abdullahdan rəvayət etdiyi hədisdir. Hədisdə belə deyilir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm xəstə olduğum zaman məni yoluxmağa gəlmişdi. Xəstəliyim o qədər güclü idi ki, mən özümdə deyildim. O dəstəmaz alaraq dəstəmaz suyunu mənim üzərimə tökdü.”
Belə suyun təmizləyici olmadığına dəlil isə Müslimin Əbu Hüreyrədən rəvayət etdiyi hədisdir. Hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləmin belə dediyi rəvayət olunur: “Heç kim cünub olduğu halda axmayan suda qüsl almasın.” Hədisdə axmayan suda qüsl almağın həmin suyu təmizləyici vəsfindən çıxardığı göstərilmişdir.
Dördüncüsü: Nəcis (natəmiz) su. Bu isə nəcis olan bir şeylə qarışmış iki səhəngdən az olan və ya iki səhəngdən çox olsa belə rəngi, dadı və ya qoxusu dəyişən sudur. (Buradan belə nəticəyə gəlmək olar ki, iki səhəngdən az olan su nəcasətlə qarışarsa rəngi, dadı və ya iyi dəyişməsə belə o natəmiz su sayılır. İki səhəngdən çox olduğu halda isə suyun natəmiz olması yalnız saydığımız üç xüsusiyyətdən birinin və ya hər üçünün bir yerdə dəyişməsinə bağlıdır. İki səhəng suyun miqdarına gəlincə isə burada alimlər fikir ayrılığına düşmüşlər. İki səhəng suyun 203 l, 210 l və sair olduğu bildirilir.)