Namazın şərtləri
Allah təala buyurur:
Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun. Əgər cünub olmusunuzsa, qüsl edin . (Maidə 6)
Bədən üzvlərinin təmiz olmasına dair isə Peyğəmbər salləllahu əleyhi və səlləmin nəcis (murdar) olan şeylərin yuyulmasını əmr etməsini göstərmək olar. Bundan başqa Buxari (226) və Müslimün (333) rəvayət etdiyi bir hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləmin Fatimə bint Hübeyşə belə dediyi də rəvayət olunmuşdu: “Əgər heyz olsan o zaman namazı dayandırar. Heyz müddəti bitdikdən sonra isə qanı yu və namazını qıl”.
Buxari (176) və Müslim (303) Əli ibn Əbu Talib radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Məndən hər zaman məzi (cinsiyyət üzvündən ifraz olan maye) ifraz olurdu. Bu haqda Allah Rəsuluna sual verməkdən həya edirdim. Miqdad ibn Əsvəddən bu məsələ haqqında soruşmasını istədim. O buyurdu: “Məzidən sonra dəstəmaz almaq lazımdır”. Müslimin rəvayətində isə belə deyilir: “Cinsiyyət organını yuyub daha sonra dəstəmaz alsın”.
Bəzi alimlər bədən üzvlərinin təmiz olmasını Allah təalanın Libasını təmizlə!(Müddəssir 4) ayəsinə də qiyas etmişlər. (Yəni əgər paltarın təmiz olması əmr olunubsa deməli bədənin təmiz olması ondan da qabaqdır)
Övrət yerinin təmiz paltar ilə örtülməsi
Allah təala buyurur:
Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin. (Əraf 31) İbn Abbas radiyallahu anhu demişdir: “Yəni namazda ikən gözəl patarlarınızı (geyinin).
Allah təala Muddəssir surəsinin 4-cü ayəsində buyurur: Libasını təmizlə!
Əbu Davud (365) Əbu Hüreyrə radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Xəvlə bint Yəsər Peyğəmbər salləllahu əleyhi və səlləmin yanına gələrək dedi: “Ey Allah`ın Rəsulu! Mənim bir dəst paltarım var. Heyizli ikən də elə həmin paltarı geyinirəm. Mən necə edim?” Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “(Heyzdən) təmizləndiyin zaman paltarını yu və həmin paltarda namazını qıl”. O dedi: “Bəs əgər qanın ləkəsi getməsə (necə edim)?” Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Paltarı yumağın sənə kifayət edər. Qanın ləkəsi isə sənə zərər verməz”.
Namaz qılınacaq yerin təmiz olması
Buxari, Müslim və başqalarının rəvayət etdikləri hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm məsciddə kiçik subaşına çıxmış bədəvinin sidiyinin üstündən bir vedrə su tökməyi əmr etməsi namaz qılınacaq yerin təmiz olması şərtinin dəlilidir. Namaz qılınacaq yerin təmiz olmasını namaz qılacaq adamın paltarının təmiz olması şərtinə də qiyas etmək mümkündür.
Namaz vaxtının girməsini bilmək
Allah təala buyurur:
Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir. (Nisə 103)
Qibləyə yönəlmək
(Ey Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olursunuzsa olun (namaz vaxtı) üzünüzü oraya döndərin! (Bəqərə 144)
Buxari (5897) və Müslim (397)
Namaz qılarkən yalnız iki halda qibləyə yönəlməmək olar. Bunlardan biri şiddətli qorxunun olması halında, ikincisi isə insanın səfərdə ikən minik üzərində nafilə namaz qılması halındadır.