Dərilərin təmizlənməsi
حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ
Ölü heyvan (leş) sizə haram edildi. (Maidə 3) Burada “ölü heyvan” (meytətu) deyildiyi zaman həm şəriət qaydalarına əsasən kəsilən və ətinin yeyilməsi haram olan heyvanlar, həm də şəriət qaydalarına əsasən kəsilməyən və ətinin yeyilməsi halal olan heyvanlar nəzərdə tutulur. Birinciyə ulağ ətini, ikinciyə isə mürtədin kəsdiyi əti misal göstərmək olar. Leş ətinin haram oması isə onun nəcis olduğunu göstərir və nəcis olan şeyin bütün parçaları da nəcis sayılır.
İnsan isə nəcis sayıla bilməz. Allah təala buyurur:
وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ
Biz, Adəm övladını şərəfli və hörmətli elədik. (İsra 70)