Ramazanın son günü qazanılacaq mükafat
3. Allah təala hər gün Cənnəti süsləyər ve sonra ona xitabən belə buyurar: “Tezliklə saleh qullarım özlərindən sıxıntı və əziyyətləri atıb sənə gələcəklər”.
4. Bu ayda azğın şeytanlar zəncirə vurular. Buna görə də, başqa ayda etdiklərini o ayda edə bilməzlər.
5. Ramazanın son gecəsində isə oruc tutan şəxslər bağışlanarlar.
Səhabələr soruşdular: “Ey Allah`ın Rəsulu! O gecə Qədr gecəsidir?” Peyğəmbər salləllahu əleyhi və səlləm belə cavab verdi: “Xeyr! Lakin çalışan şəxsin zəhmət haqqı, işini bitirdiyi zaman verilir”. (Əhməd İbn Hənbəl 2/292)
Deməli, Allah`ın əfv mükafatına nail olmaq üçün səbrlə Ramazan ayının son gününə kimi oruca, namaza, sədəqə və digər gözəl əməllərə davam etməliyik.
Necə ki işini gözəl görən, bu səbəblə sahibini məmnun edən usta zəhmət haqqını tam almaq üçün bu məmnunluğa arxlayınlaşmadan sonadək əzmlə çalışırsa, Ramazanda da hər bir müsəlmanın Allah`ın vəd etdiyi mükafatı əldə etmək üçün sonadək əzmlə oruca və digər əməllərə davam etməli və “onsuzda bu Ramazanda çox əməl etmişəm” deyib sona doğru arxayınlaşmamalıdır.
Allah hər birimizi Ramazan mükafatına haqq edənlərdən etsin. Amin!