Skip to main content


Unudulmuş sünnətlər 3: Gülümsəmək

Başqa bir rəvayətdə isə belə buyurulur: “Allah yumşaq və gülər üzlü insanı sevər”. (Camiu’s-Sağır 2/503]

Aişə radiyallahu anha demişdir: “Peyğəmbərin az da olsa dili görünəcək şəkildə qəhqəhə ilə güldüyünü heç görmədim. O sadəcə təbəssüm edərdi”. Buxari/Ədəb 68]

“Siz gülürsünüz, (amma) heç ağlamırsınız!” (Nəcm 60)

Peyğəmbər salləllahu əleyhi və səlləm əshabının vəziyyəti ilə bağlı bir xəbər alınca belə buyurmuşdur: “Cənnət və cəhənnəm gözlərimin önünə sərilib mənə göstərildi. Xeyir və şər baxımından bugünkü kimisini görmədim. Əgər sizlər mənim bildiklərimi bilsəydiniz, az gülər çox ağlayardınız”. Allah Rəsulu salləllahu əleyhi və səlləmin əshabı üçün bundan daha ağır gələn bir gün olmamışdı. Başlarını örtərək hıçqıra-hıçqıra ağladılar. (Müslim/Fədail 134)

Bir digər hədisdə belə buyurulur: “Ölüm birini qovduğu halda, dünyanı qovan birinə təəccüb edirəm. Özündən qafil qalınmadığı halda, qəflətə dalan birinə təəccüblənirəm. Allahın ondan razımı, yoxsa ona qəzəblimi olduğunu bilmədiyi halda qəhqəhə ilə gülən adama təəccüblənərəm”. (Camiu’s-Sağır 3/1174)

Peyğəmbər salləllahu əleyhi və səlləm  buyurmuşdur: “Az gül. Çünki çox gülmək qəlbi öldürür (qatılaşdırır)”. (Tirmizi/Zühd 2)

Bir hədisdə də buyurulur: “Kim gülərək günah işlərsə, ağlayaraq cəhənnəm atəşinə girər”. (Camiu’s-Sağir 4/153)

Bir hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm  buyurmuşdur: “İki cür gülmək vardır; Bir gülmək odur ki, Allah sevər. Bir gülmək də vardır ki, Allah ona qəzəblənər. Allah`ın sevdiyi gülmək budur: İnsan görməyi arzuladığı bir din qardaşıyla qarşılaşır və onu gördüyü üçün sevinir. Allah`ın qəzəbləndiyi gülmək isə, insanı incidici, əziyyət verici, alçaldaıcı, lağ-lağı edici, kobud və ya batil bir sözü həm gülmək və həm də başqalarını güldürmək niyyəti ilə deyər. Buna görə yetmiş qat Cəhənnəm uçurumundan aşağı diyirlənər”. (Camiu’s-Sağîr 3/1149]

Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Acımadan yemək, yuxu gəlmədən yatmaq, təəccüb yaşamadan süni olaraq gülmək, müsibət anında fəryad etmək, nemət anında şəriətdə buyurulmadığı şəkildə çalğı çalmaq Allah qatında böyük qəzəbə səbəb olan şeylərdəndir”. (Camiu’s-Sağir 3/131)

Bir digər hədisdə də belə buyurulur:

 “Allah bu altı xisləti çirkin görər:

1. Namazda lazımsız hərəkətləri,

2. Sədəqəni başa qaxmaq,

3. Orucu təhlükəyə atacaq davranışlar etmək,

4. Qəbirlərin yanında gülmək,

5. Cünüb halında məscidə girmək,

6. İcazəsiz başqasının evinə göz atmaq”. (Camiu’s-Sağir 2/479]