Siz də Cənnət əhlindən olmaq istərmisiniz?
Əziz və Cəlil olan Rəbbimiz Cənnəti təqva sahibi olan qullarına yaxınlaşdırdığını və Cənnətə girməyə layiq olan bu kimsələrin bu dörd vəsflə vəsfləndirdiyini xəbər vermişdir.
1: Allah`a üsyandan itaətə yönələrlər.
Übeyd ibn Ümeyr deyir: "Əvvab (Allah`a yönələn) kimsə, günahlarını xatırlayıb onlardan dolayı Allah`a tövbə edər və Ondan bağışanma diləyən kimsədir." Səid ibn Müseyyib isə demişdir: "Bu kimsə, günah işləyən, sonra tövbə edən, sonra isə günah işlədiyi zaman yenə tövbə edən kimsədir".
2: Allah`ın əmrlərinə riayət edərlər.
İbn Abbas demişdir: "Onlar Allah`ın fərzlərinə və əmanətlərinə riayət edən kimsələrdir". Qatədə isə demişdir: "Onlar Allah`ın onlara istər haqlarından və istərsə də nemətlərindən əmanət etdiyi şeyləri qoruyan kimsələrdir".
3: Görmədikləri halda Allah`dan qorxarlar.
"Budur sizə vəd edilən (Cənnət!) O, hər bir (tövbə edib) (Allah`a) üz tutan, (Onun əmrinə) riayət edən, Mərhəmətli (Allah`dan Onu) görmədən qorxan və (Allah`a) yönəlmiş qəlblə gələn kimsələr üçündür". (Qaf 32-33)
4: Allah`ın dərgahına itaət dolu bir qəlbə gələnlər.
"O gün nə var-dövlət, nə də oğul-uşaq bir fayda verəcək. Ancaq sağlam bir qəlblə Allah`ın hüzuruna gələnlərdən başqa!” (Şüəra 88-89) İbn Abbas deyir: "Allah`a üsyan etməkdən üz çevirmiş və Ona itaət etməyə yönəlib dönmüş kimsələr". Bu bir həqiqətdir ki, həqiqi olan itaət, insanın qəlbinin, Allah`a itaət etməyə, Onu sevməyə və Ona dönməyə dair olan halıdır.
Və beləliklə Aləmlərin Rəbbi olan Allah bu vəsfləri özündə daşıyan kəslərin mükafatının necə olacağını Öz müqəddəs kitabında bizə belə bildirmişdir : "Ora sağ-salamat daxil olun! Bu, əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan artığı (Allah`ı görmək) vardır". (Qaf 34-35)
Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun ...