Skip to main content


Həyatınıza təsir edəcək nəsihətlər-3


Bu nəsihəti Sufyan əs Sovri rahiməhullah Sələfi, qardaşı Ali bin Həsən Əs-Suləmi rahiməhullaha etmişdir._

Əziz qardaşım, çalış ki, hər bir yerdə doğru olasan…

Yalandan, Xəyanətdən və onların əhli ilə oturub-durmaqdan uzaq dur. Çünki,bunların hamısı günah və yükdür.

Ey qardaşım, sözdə və əməldə nə badə riyakarlıq edəsən! Çünki bu şirkin ta özüdür.

Nə badə özünü bəyənəsən. Çünki, tərkibində özünü bəyənmək olan Saleh-əməllər göyə qalxmazlar.

Ey qardaşım, bu din sənin ətin və qanındır. Öz halına ağla və özünə rəhmin gəlsin. Əgər sən özün-özünə rəhm etməsən, sənə heç kim rəhm etməz.

Elə et ki, oturub-durduqların səni dünyanı sevməkdən çəkindib, Axirəti sevməyə rəğbətləndirsinlər.

Nə badə əhli-dünya ilə oturub durasan,hansı ki, daim dünya söhbətləri edərlər. Çünki onlar sənin dinini və ağlını korlayacaqlar.

Ölümü tez-tez xatırlamağı çoxalt. Keçmiş günahlarına görə çoxlu istiğfar et.

Qalan ömrünə görə Allahdan salamatlıq dilə.

Sonra isə əziz qardaşım,çalış gözəl ədəbli və gözəl əxlaqlı ol.

Səndən din haqda nəsə soruşan hər bir Möminə nəsihət et.

Səninlə Allahın razılığı olduğu hər bir iş barəsində məşvərət edən kəsdən nəsihəti gizlətmə.

Nə badə hər hansısa bir Möminə xəyanət edəsən.

Kim hər hansı bir Möminə xəyanət edərsə,artıq O,Allaha və Rasuluna xəyanət etmiş olar.

Bir qardaşı Allah üçün sevdinsə,ona həm canınla həmdə malınla kömək et.

Nə badə mübahislərə,münaqişlərə və söz-söhbətlərə girişəsən.
Əks halda zalım,qorxaq və günahkar olarsan.

Çalış bütün yerlərdə səbrli olasan.
Çünki,səbr insanı yaxşılıqlara aparır,yaxşılıqlar isə insanı Cənnətə aparır.

Nə badə hiddətlənib qəzəblənəsən.
Çünki,hiddət və qəzəb insanı günahlara aparır.Günahlar isə insanı Cəhənnəmə aparır.


Mənbə:حلية الاولياء 7/82 📚
 (Səhihdir. Səhih və daif əl-cami: 2485).