Skip to main content


Öldükdən sonra ilk dəqiqə

 

Bir insan öldüyü vaxt ölüm mələyinin köməkçiləri- rəhmət və əzab mələkləri də hazır olur. Bu mələklər əcəli gələn möminə qarşı yumşaq rəftar edərlər.  Və möminin ruhuna belə deyərlər: Çıx ey gözəl cəsəddə olan doymuş ruh, Həmd edərək və Allahın rəhmətiylə, gözəlliklərlə müjdələnmiş olaraq çıx və Rəbbinə qovuş.   Yunun içindən çəkilən tikanın yundan bir şey qopartmağı kimi ruh da bədəndən çıxarkən cəsədi parça-parça edərək bir ağrı ilə bədəni tərk edər. Möminə verilən bu mujdə və mələklərin gözəl görnünüşü isə qılınc zərbəsindən daha şiddətli olan ölüm ağrılarını unutdurar və onu sevincə qərq edər. Ölümün şiddətini belə bir müqayisə ilə daha yaxşı anlatmaq mümkündür.  Bizim bir yerimizə bir tikan batdıqda, ya da bir bədən üzvümüz kəsildiyi zaman hiss etdiyimiz ağrı həmin an oradan canın çəkilməsi səbəbilədir. Bunu bütün üzvlərdən canın çəkilməsi anındakı ağrı ilə müqayisə etsək, ölüm ağrısının nə qədər şiddətli olacağı daha yaxşı anlaşılır. Ruh vücudumuzu tədricən tərk edər, öncə ayaqlardan yuxarıya doğru çəkilir, ayaqlar soyumağa başlayır, sonra baldır və daha yuxarı qismlərdən çəkilir və qırtlağa gəldiyi zaman artıq insanın dünya ilə əlaqəsi kəsilir. Dünyanı görə bilmir və o biri dünyaya yönəlmiş olar. Artıq can boğaza gəlmişdir. Ölüm mələyi Dünya ilə əlaqəni kəsən son işi görər və ruhu zəbt edər. Can artıq boğazdan çıxmışdır. Yaxşı bir insan öldükdə ruhlar aləmində möhtəşəm bir müşk ətri ətrafa yayılar. Mələklər o şəxsin ruhunu daşımaq istəyər. Pis bir şəxs öldüyü zaman isə iyrənc və pis bir qoxu ətrafa yayılar. Artıq imtahan bitmişdir. İman etməyin və ya tövbə etməyin heç bir mənası qalmamışdır. Mələklər dərhal o ruhu yüksəltməyə başlayarlar. Dünya səmasına çatdıqda göy qapılarının onlara açılmasını istəyərlər. Beləcə yeddinci qat səmaya gəldikdə Allah Təalə: “Qulumun kitabını İliyyunə yəni Lövhu Məhfuzun bir yerinə yazın və onu yer üzünə iadə edin. Mən onları torpaqdan yaratdım, yenə torpağa çevirəcəyəm və ikinci dəfə ondan çıxaracağam” buyurur və mələklər ruhu yer üzünə endirərlər. Bu hadisələr çox qısa zamanda gerçəkləşir və bundan sonra ruh bədəni ilə maraqlanmağa başlayar. Ruh gəlib bədənin yanında dayanar. Əgər ölən şəxs yaxşı biriydisə, bir nəfər gəlib cənazə namazını sonra qılmağı təklif etsə nemətlərə, xeyirlərə qovuşmasını təxir etdiyi üçün o ruh ona bəddua edər, əgər ölən pis bir ruhdursa o da gecikməsini istəyər. Bir şəxs gəlib cənazə namazını tezləşdirmək istəsə, əzaba daha tez gedəcəyi üçün, O ruh ona lənət edər.  Ruh, onu kimin yuyacağını, cənazə namazını kimin qıldıracağını, namazına kimlərin qatıldığını görər.  Ailəsinin ağlamasını, dostlarının onun haqqında nə düşündüyünü danışdığını eşidər. Cənazı namazının arxasınca qəbrə çatana qədər edilən söhbətlərin necə dəyişdiyinə şahid olar: çoxdan futbol, siyasət, pul -haqqında danışmağa başlamışlar artıq. Əslində dünyada nə qədər tez unudulduğunu görər. Qəbrə qədər öz bədənini təqib edər və cəsəd bədənə girdikdən sonra ruh cəsədə geri qaytarılır (Ə. Hənbəl, Müsnəd, IV/287-288).

Ölünü dəfn etməyə gələnlər bir-bir dağılmağa başladıqları vaxt gedənlərin ayaqqabılarının səslərini qəbirdən eşidər. Onsuzda hər kəs ona ancaq qəbrinə qədər yoldaşlıq edə bilər. Dünyada ikən təsəlli olan şeylər qəbrdə keçərsizdir. Bu vaxt mavi və qara rəngli iki mələk gələr, münkər və nəkir. Səsləri şiddətli göy gurultusu və gözləri çaxan şimşək kimidir. Tükləri yerdə sürünür, qəbri dişləri ilə deşərlər və təftiş edərlər. Cənazə məzara qoyulduğu zaman onu müşayiət edənlərin ayaq səsləri hələ kəsilməmiş mələklər ona sual soruşarlar: Elə o dəqiqə nurani bir şey gəlir, onun baş ucuna oturar, bu onun namazıdır. Bir başqa nurani şey ayaq ucuna oturar, bu onun xeyir işləridir. Bir başqa nurani şey onun sağ tərəfinə oturar, bu onun orucudur. Bir başqa nurani şey də onun sol tərəfinə oturar, bu da onun zəkatıdır. Bunlar sağdan və soldan qəbrin onun sümüklərini sıxmasına, incitməsinə, sıxıntı verməsinə qarşı qoruyarlar. (Heysəmi, Məcməuz zəvahid, III, 51)

Mələklər soruşar: “Rəbbin kimdir?” Mömin ruh: “Rəbbim Allahdır” deyər. Onlar “Dinin nədir” deyə soruşarlar. Mömin ruh: “Dinim İslamdır” deyər. Onlar: “Bunları sənə bildirən nədir? deyərlər. O da “Allahın kitabını oxudum, ona inandım və onu təsdiq etdim” deyər. Bunun üzərinə səmadan bir səs gələr: “Qulum doğru söylədi. Cənnətdə məqamını hazırlayın. Onun üçün Cənnətdən bir qapı açın.” Peyğəmbərimiz s.a.s buyurur: “Qəbir ya Cənnət baxçalarından bir baxça, yaxud Cəhənnəm çuxurlarından bir çuxurdur.” (Tirmizi, Qiyamə, )

 Mələklər kafir, münafiq vəya günahkar ruhu sorğuladıqları zaman isə “Rəbbin kimdir?” soruşarlar. O da “Şey, bilmirəm”, deyər. Onlar “Dinin nədir” deyə soruşarlar. Onlar yenə “şey, bilmirəm” deyərlər. Sizə kim Peyğəmbər olaraq göndərildi? Peyğəmbəriniz kimdir?” deyərlər. O yenə də: “Şey, bilmirəm” deyər. Cavabları dünyada ikən bilsə də, yaşamadığı, tətbiq etmədiyi reallıqları orda söyləyə bilməz. Çünki bura əməllər ilə danışılan yerdir. Bunun üzərinə səmadan bir səs “yalan söylədi, Cəhənnəmdəki yerni hazırlayın” deyər. Onun üçün Cəhənnəmə bir qapı açarlar. Cəhənnəmin hərarəti və qoxusu gələr. Qəbri daralar və onu sıxışdırar. Çirkin üzlü və pis paltarlı bir adam gələr və ona belə deyər: Ayıb olsun, vəd olunduğun gün bu gündür” Pis ruh ona: “Sən kimsən? Çirkin üz pislik gətirdi” deyər. Saleh əməllərin nurani surətlərə büründüyü, pis əməllərin isə pis sürətlərə büründüyü bu aləmdə çirkin adam cavab verər: “Mən sənin çirkin əməlinəm” deyər. Bunun üzərinə “Rəbbim, Qiyaməti qoparma” deyər. Sənə kor, kar, dilsiz və çəkic olan biri gələr. Əlindəki bir dağı toz-torpaq edəbiləcək bir çəkiclə pis ruha vurar və onu torpaq edər. Sonra Allah onu əvvəlki halına qaytarar, təkrar vurar. Elə qışqırar ki, insan və cinlərdən başqa hər şey onun fəryadını eşidər. (Səhih Müslim, VI, 38)

Zeyd b. Sabit rəvayət edir: Allah Rəsulu s.a.s ilə Bəni Nəccara aid bir baxçadaydıq. Əfəndimiz s.a.s bir qatırın üstündə idi. Həmin an qatır bir tərəfə doğru meyletməyə başladı. Az qala əfəndimizi üstündən atacaqdı. O qədər sürətlə bir tərəfə getməyə başladı ki, bir də baxdıq ki, ətrafımızda qəbirlər var. Peyğəmbər s.a.s soruşdu: “Bu qəbirlərdə kimlər var bilirsinizmi? Bir nəfər: “Bəli, ya Rəsulallah, mən bilirəm” dedi. Əgər siz bu dostlarınızı dəfn etmiş olmasaydınız burda Rəbbimə dua edərdim, bu qəbirdə əzab görənlərin fəryadını sizə eşitdirmək istərdim”. Əgər bu fəryadları eşitsəydik, bəlkə də qəbirlərə gedə bilməyəcək, bir də qəbir qza bilməyəcək, qorxub ölülərimizi dənizlərə atacaq, səhralara buraxıb qaçardıq.

Şəddad b Evs də belə demişdir: Ölüm dünya və axirət müsibətlərinin ən qorxulusudur. Əgər ölülərdən biri qalxıb dünyadakılara ölümü xəbər versəydi, dünyadan faydalana bilməz və heç bir şeydən ləzzət ala bilməzdik.

Ey möminlər! hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Nur surəsi, 31)