Skip to main content


Gizlində olan Allah qorxusu

Allah qorxusunda sənin üçün bir çox gizli və aşkar faydalar vardır. İnsanların səni görmədikləri yerlərdə Allahdan qorx! Etdiyin, lakin insanların səni görmədikləri işlərində Allahdan qorx!Əgər sən insanların səni görmədikləri işlərdə, yəni gizlində etdiyin əməllərində Allahdan qorxarsansa, and olsun Allaha ki, Allah sənə istədiyin hər bir şeyi göndərəcək və sən həmin şeyin sənə təqdim olunduğunu görəcəksən

Çünki görməli olduğun bu iş asan iş deyildir və elə məhz onun bu çətinliyinə görə də Allah səni fərqli bir şəkildə mükafatlandıracaqdır. Müsəlman qardaşım və müsəlman bacım! Sən insanlar arasında olarkən və ya insanların səni görə biləcəyindən ehtiyat edib müəyyən əməlləri tərk edirsən. Hətta bunu tərk etməyinin səbəbinin Allahdan olan qorxumu, yoxsa insanlardan gələ biləcək qınaqmı oldu deyə tərəddüd edərsən. Lakin gizlində işlənən və ya tərk edilən əməllərin misalı bunun kimi deyildir. Bu halda isə sən tərk etməli olduğun əməldə yalnız Allahın səni gördüyünü və insanların artıq səni qınaya bilməyəcəklərini əminliklə bilirsən. Artıq sən bu halda ancaq və ancaq Rəbbini razı salasan deyə, Onun sənin qəlbinə Öz mərhəmətindən bir pay olaraq yerləşdirdiyi təqva, yəni Ondan olan qorxu hesabına pis əməldən uzaqlaşırsan. Bunlar elə işlər və yüksək dərəcələrdir ki, Allah mənə və sizlərə onlara yetişməyi nəsib etsin. Ancaq sən buna inan və güvən! And olsun ki, Muhəmməd salləllahu əleyhi və səlləmin ümmətindən olan heç bir kimsəni, Allah təalə onun qəlbində olan gizlinlərdən başqa bir səbəbdən ötrü şərəfləndirmədi və insanların dilində də onun adını başqa səbəbdən dolayı gəzdirmədi (və ya onu bundan başqa şey üçün şərəfləndirmədi). 

İmam Malik rahiməhullah öz görünüşü ilə tanınırdı və həmçinin xarici görkəminə görə də insanların gözündə müəyyən məqama sahib idi. O çoxlu mal sahibi idi.Bu malla ticarət edərdi. Bundan başqa ona böyük fəzilətlər dəverilmişdir. Lakin bununla bərabər, Allah onun əl-Muvattakitabını və elmini qəbul etdi. O həmişə söyləyərdi: Kim Allahı tanıyır?Buradakı qəsdi, yəni kim Allahı haqqı ilə tanıyarsa həm gizlində həm də aşkarda Ondan qorxacaqdır. Həm bədən üzvləri ilə etdiyi əməllərində, həm də qəlbində Allahdan qorxacaq və Şeytanın hiyləsinə uyub öz əməllərini puç etməyək. And olsun Allaha ki, İmam Malik bu fəzilət və üstünlüklərə, onun yalnız özü ilə Allah arasında olan gizli hallarına görə layiq görülmüşdür. Hər bir inanclı şəxsin halı belədir. Allah heç bir qulunun gördüyü xeyir əməllərini puç etməz. Lakin şeytana və nəfsinə uyan, şeytanın arxasınca gedən şəxs özü-özünə bu zülmü edər. Qardaşım! Heç Allahın haramları ilə baş-başa qaldığın və onları işləmək sənə asanlaşdığı zaman bu hədisi xatırladınmı? Elə isə onu diqqətlə oxu onun barəsində dərindən düşün! 

Sövban radiyallahu anhudan rəvayət edilir ki, Peyğəmbərsalləllahu əleyhi və səlləm demişdir: “Ümmətimdən bəzi insanların Qiyamət günü Tihamə dağları boyda savablarlagələcəyini yəqinliklə bilirəm.Allah təala bunları (onların qazandıqları savabları və əcrləri) səpələnmiş toza çevirəcəkdir”. Sövban radiyallahu anhu demişdir: “Ey Allahın Rəsulu, onları bizə vəsf et, onlar barədə bizə ətraflı danış ki, birdən biz də bilməyərək onlardan olarıq”.buyurdu: “Onlara gəldikdəisə, onlar sizin qardaşlarınızdır və sizin dərinizdəndirlər(irqdən)Sizin kimi onlar da gecə namazı qılarlar.Lakin onlar elə bir qövmdür ki, Allahın haramları ilə təkbaşına buraxıldıqları zamaAllahın qoyduğu hədləri çeynəyərlər. (İbn Məcə 4245, Şeyx Albani hədisi “əs-Sahih” əsərinə daxil etmişdir)

SubhənAllah! Bu çox böyük müsibət olacaqdır, belə bir hala düşməkdən Allahın sonsuz mərhəmətinə sığınırıq. Axı kim istəyər ki, onun bu dünyada etdiyi bütün saleh əməllərin savabları, etdiyi yaxşılıqlar, ibadətlər Qiyamət günündə sovrulmuş toz dənəcəklərinə çevrilsin və Allah onları ondan qəbul etməsin? Bunların hamısı gizlində Allahın haramlarının çeynənməsindən dolayı, günahların kiçik görülməsindən və bunları önəmsəməməkdən dolayı olacaqdır. Hətta bəzi alimlər yuxarıdakı hədisdən yola çıxaraq, əslində kiçik sayılan günahların xəlvətdə işlənərsə böyük günah sayılacağını da demişlər. 

İnsanlar beləcə imtahan olunurlar. Mən insanların onları eşitdikləri zaman kədərlənəcəkləri mövzular haqqında danışmaq istəməzdim. Lakin sən bu misal haqqında da bir təsəvvür et ki, ana öz oğlunu çağırır və ona deyir: Mənimlə bazara gələ bilərsənmi?. Oğlu isə ona verəcəyi cavab barəsində tərəddüd edir və eyni zamanda da bilir ki, anasının bu halı onun verəcəyi cavabından asılıdır. 

Bu halda ya anası tək gedəcək və bu hadisəni satıcıya danışmağa məcbur olacaqYa da ki, sadəcə öz qəlbində bu acını çəkəcək və heç kimə danışmayıb evində qalacaq. Sonra da oğlu gedəcək və anasına kömək etmək əvəzinə başqa bir məclisdə, yığıncaqda, özündən dərəcə baxımından üstün olanların yanında vaxt keçirəcək. Və ya sevdiyi başqa bir şəxslə görüşər və ya video oyun oynamağı üstün tutar. Bütün bunları sadəcə şeytan ona gözəl göstərmişdirO isə bunları dərk etməyərək daha faydalı və doğru olanı tərk etmişdir. 

Lakin bilinən budur ki, göylərdə və yerdə olan hər bir şeyin açarı yalnız Allahın əlindədir. Allah yanında olan nemətlərdən sən yalnız Allaha etdiyin itaətin sayəsində istəyə bilərsən. Fərqi yoxdur bu itaət gizlində olsun ya da aşkarda. Sən bunu tam yəqinliklə bilməlisən ki, sənin Allahdan istədiyin hər bir istəyinə çatmaq üçün Allaha etdiyin itaətindən başqa yolun yoxdur. Yəni sən istədiyin şeyi Allahdan yalnız ona etdiyin itaət çərçivəsində ala bilərsən. Əgər sən bunu bir kələklə əldə etmisənsə, yaxud Allah təalə sənə bunu azğınlığını artırmaq üçün veribsə, Allah sizi və bizi bundan qorusun.Sən ondan nə xeyir əldə edə bilərsən ki? Allah bu yolla yalnız öz düşmənlərini azdırar. Allah öz dostlarını heç vaxt bu formada imtahan edib onların azğınlığa düşməsinə razı olmaz. Amma ağıllı insan belə bir halla qarşılaşarsa, yəni artıq xatırlatmasını etdiyimiz ana ilə oğlunun halına bənzər bir hal ilə qarşılaşarsa, o dərhal dərk edər ki, o vəziyyətdə onun edəcəyi ən doğru iş öz anasına iataət etməyidir. Allah kitabında buyurur: Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur”.l-Əhqaf 15) Digər ayədə isə buyurulur: Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al...”. (Əl-İsra 24)

Mərhəmətli olan Allahdan bütün sadalananlardan bizəOndan həm gizlində həm də aşkarda layiqincə qorxmağımız və Ona haqqıyla itaət etməyimiz üçün faydalar nəsib etməyini istəyirəm. Yol verdiyimiz xətalarda bizi bağışlasın.