Skip to main content


Cəbrayıl əleyhissalamın doğumu və ölümü


Cəbrayıl Allahın canlı və nəfəs alan ilk məxluqudur. O həmçinin, Allahın ona valideynsiz ruh verdiyi ilk məxluqudur.

O necə mövcud olmuşdur? Bildiyiniz kimi, uşaqlar doğulduğu zaman onlar səs çıxarır və ətrafda olanları anlayırlar. Bəs bu mələklər üçün necədir? Səid ibn Müseyyib radiyallahu anhu rəvayət edir ki, mələklər yaradıldığı zaman onlar “Lə həvlə va lə quvvətə illə billəh” - Allahdan başqa güc və qüvvət (sahibi) yoxdur deyirlər. Bizim heç nəyimiz yoxdur. Cəbrayıl əleyhissalam da yaradıldığı zaman, bu ilk canlı və ya məxluq “Lə həvlə va lə quvvətə illə billəh” söyləmişdir. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm buyurur: “Mənə, Allah təalanın Ərşini daşıyan mələklərdən yalnız biri barəsində sizə danışmağıma icazə verilmişdir. Daha sonra isə o buyurur ki, o mələyin qulaq məməciyi ilə çiyni arasındakı məsafə 700 səfər ilidir. İmam Əs-Süyuuti rahiməhullah deyir “Bir mələyin ölçüsünün böyük olması ona verilmiş vəzifənin daha böyük olmasındandır”. Bununla sizə deyilir ki, Cəbrayıl əleyhissalam onlardan daha böyükdür. O mələklərin ən böyüyüdür. Onun ölçüsünün ən böyük olması ona verilən tapşırıqların ən böyük olmasındandır. Lut əleyhissalamın qövmünün olduğu şəhər Cəbrayıl əleyhissalamın qanadlarından birinin ucu ilə məhv edildi. Bu, Cəbrayıl əleyhissalamın nə qədər güclü olduğunu göstərir. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Cəbrayıl əleyhissalam Allah təalanın ərşinin tam altında iqamə edir”. Bəs o öz tam yaradılış formasında necə görünür Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Mən Cəbrayılı gördüm və onun altı yüz qanadı var idi”. O bütün üfüqü tam əhatə etmiş və Allah təalanın onun üçün təmin etdiyi ərşin üzərində oturan vəziyyətdə idi”, “Onun altı yüz qanadı geniş açılmamış, həmçinin qanadlarından mütəmadi olaraq yaqut və incilər tökülürdü”. 

İmam Əhmədin rəvayətində, Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Onun qanadlarının rəngi yaşıl, ayağının altı da yaşıl idi”. Allahın haqqında öyrəndiyiniz elə bir peyğəmbəri yoxdur ki, onunla əlaqədar Cəbrayıl əleyissalamın xatırlanması olmasın. Gerçəkdən də peyğəmbərlərin rəvayətlırinə nəzər yetirsəz, orada Cəbrayıl əleyhissalamın xatırlanmasını görəcəksiniz. Çünki o 124 000 peyğəmbərə göndərilmişdir. O, onların hər birinə onları öyrətmək, onları ucaltmaq, onlara dəstək omaq və onları qorumaq üçün göndərilmişdir. 

Adəm əleyhissalam Cənnətdən uzaqlaşdırıldığı zaman, məgər Allah təala birbaşa onunla ünsiyyətdə oldumu? Xeyr! Belə ki, Cəbrayıl əleyhissalam burada Allah ilə Adəm əleyhissalam arasında vasitəçi oldu. O lap başlanğıcdan, hətta Adəm əleyhissalam ilə də birgə olmuşdur. 

Cəbrayıldan bizə yadigar qalan şeylərdən biri də Zəm-Zəm quyusudur. Bir hədisdə, Allah Rəsulu salləllahu əleyhi və səlləm İbrahimin yoldaşı Həcərin Səfa və Mərva arasında dolaşdığını, onun o ətrafda öz körpəsi İsmayıl əleyhissalamı daşıyaraq ona kömək edəcək birini axtardığənı zikr edir. Onlar səhranın ortasında susuz qalmışdılar. O, buyurur: “O (Həcər) qəfildən bir səs eşitdi və dedi: “Əgər sənin təklif etməyə yaxşı bir şeyin varsa irəli gəl”. O, qəfildən gələn Cəbrayıl əleyhissalam idi. Cəbrayıl öz topuğu ilə yerə vurdu, bu zaman, su açıq-aydın yerdən çıxmağa başladı”. SubhənAllah! Sən indi Zəm-zəm suyunun möcüzəsi barəsində düşün. Rəsmi araşdırmalar sübut etmişdir ki, o hər saniyədə 8000 litr su verir. Bu o deməkdir ki, gün ərzində 691 milyon litr Zəm-Zəm suyu o quyudan xaric olur. İnsanlar daim onu içirlər, lakin o tükənmir. Bu yalnız Cəbrayıl əleyhissalamın ayağının zərbəsinin nəticəsidir. Siz indiyə qədər ondan içirsiniz. Bu sizin Cəbrayıl əleyhissalam ilə bu günə qədər olan bağlantınız, əlaqənizdir. 

Cəbrayıl əleyhissalamla bağlı digər bir örnək Həcc məsələsidir. İbrahim və İsmayıl əleyhimussalam Kəbənin tikintisini bitirdikləri zaman, İbrahim buyurdu: “Allahım! “ərinə mənəəsikənə” yəni bizə ibadət qaydalarını göstər”. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Allah Cəbrayıl əleyhissalamı göndərir və o İbrahim əleyhissalam ilə birlikdə həcc edir, addım bə addım, onu Həcc ibadətlərinə doğru aparır. Şeytan onu bu gün “Cəmərat” olan yerlərdə aldatdığı zaman, Cəbrayıl əleyhissalam o şəxs idi ki, İbrahimə ona daşlar atmağı söylədi. Biz Cəbrayılın İbrahimə şeytana daşlar atmasını söylədiyi anı bu gün bir xatırlama kimi təkrar edirik. 

Gəlin indi Yusif əleyhissalamın rəvayətinə baxaq. Yusif əleyhissalam haqqında çəkilən filmin bütün seriyalarına baxmısınız. Lakin orada Cəbrayıl əleyhissalamın olduğu bir yer səhnələşdirilməyib. Yusifin qardaşları onu quyuya atdığı zaman, Yusuf əleyhissalam atılmış vəziyyətdə ən dibə getdi və o bundan əvvəl heç zaman görmədiyi bir kişinin əllərinin içinə düşdü. Bu şəxs Cəbrayıl əleyhissalam idi. O, Yusif əleyhissalamı tutdu və bununla o düşüş onun üçün şiddətli olmadı.

İsa əleyhissalamın rəvayətinə baxaq. Allah təala buyurur: “Biz onu müqəddəs ruh ilə qüvvətləndirdik”. Allah hətta İsa əleyhissalama lütf olaraq bunu da zikr edir: “Mən səni müqəddəs ruh ilə qüvvətləndirdim”. Yalnız bir mələk bir peyğəmbəri götürərək göylərə tərəf qaldırıb və endirə bilərdi. Bəs o kim idi? - Cəbrayıl əleyhissalam! İsa əleyhissalama qarşı onu çarmıxa çəkmək üçün sui-qəsd hazırlandığı zaman, onu göylərə doğru qaldıran və orada Allahın ona geriyə qayıtmasına izn verməsinə qədər yerləşdirən həmin o göndərilmiş mələk də məhz Cəbrayıl əleyhissalam idi. 

Bəs Allah Rəsulu salləllahu əleyhi və səlləm ilk dəfə Cəbrayılı nə zaman görmüşdür? O, gənc bir uşaq olarkən onu görmüşdür. Ənəs ibn Malik radiyallahu anhu Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət edir: “Hər kəs kimi digər uşaqlarla qaçır, oynayırdı. Qəfildən bir kişi gəldi, Allah Rəsulunu tutdu və yerə yıxdı. Bu anda digər bütün uşaqlar öz valideynlərinin yanına qaçdı. Onlar Məhəmmədin öldürüldüyünü dedilər. Onlar valideynlərinin yanlarına qaçaraq, Muhəmmədə baxırdılar ki, bu kişi ona nə edəcək”. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “O mənim sinəmi yardı, o mənim sinəmi açdı”. Bu zaman o Allah Rəsulunun ürəyini çıxartdı və onun ürəyindən nəsə götürdü və “Bu səndə şeytandan olan bir paydır” deyərək onu atdı. Sonra Allah Rəsulu buyurur: “O Zəm-Zəm suyu olan bir qabda mənim ürəyimi yudu və ürəyimi yenidən yerinə qoydu”. Uşaqlar ora geri döndükləri zaman isə, onun sinəsinin artıq tikildiyini gördülər. 

34 il sonra, yəni, 40 yaşında, Aişə anamız radiyallahu ənhə deyir ki, Allah Ona tənhalığın sevgisini bəxş etdi. Qəfildən, o tənha qalmağı sevməyə başladı. Allah Rəsulu salləllahu əleyhi və səlləm Hira mağarasına gedərdi. Bir gün, O Cəbrayıl əleyhissalamı görür. İlk dəfə Cəbrayıl ona bir insan cildində gəlmişdi. O Xədicə anamız radiyallahu ənhəyə baş verənlər barədə danışaraq buyurdu: “Yuxularımda gördüyüm o şəxs yanıma gəldi”. “İqraa” – oxu. Bu, vəhyin Peyğəmbərə gəlməsi idi.  

Əbu Səid əl- Xudri radiyallahu anhu rəvayət edir ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm həyatının son günlərini yaşayırdı. Onun qızdırması başladı və yavaş-yavaş onun hərəkətlərində də azalma görünürdü. Aişə radiyallahu anhə deyir ki, o qısa bir müddətdə misvakla işini bitirdi və bu an Cəbrayıl onun yanına daxil oldu. O Allah Rəsulu salləllahu əleyhi və səlləmə baxdı və onun üzü nurlandı, üzünə böyük təbəssüm gəldi. Cəbrayıl əleyhissalam Allah Rəsuluna dedi: “Mən ona görə buradayam ki, sənə bir seçim verəm. Sən ya səhabələrinin arasında qalıb daha da uzun yaşamağı seçəcəksən, ya da ki, sənin ən uca olan Allah ilə yoldaşlığın olacaq. Cəbrayıl əleyhissalam bunu Allah Rəsulu salləllahu əleyhi və səlləmə dediyi zaman, o “əlbəttə ən uca olan yoldaşlıq”, “ən uca olan yoldaşlıq” - deyə cavab verdi. Mən ən uca olan Allah ilə olan yoldaşlığı istəyirəm. Aişə radiyallahu anhə deyir ki, Allah Rəsulunun ruhu bədənini o “ən uca yoldaş (dost)” deyərkən tərk etdi. Onun əli düşdü və o dünyasını dəyişdi. 

Onu da bildirək Cəbrayıl əleyhissalam da bir gün öləcək. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Sura üfürüldükdən sonra, yalnız bir nəfər qalacaqdır. Rəbbinin dilədiyi kimsələr istisna. Allah Cəbrayıl, İsrafil və Mikayıl mələklərinin ölümünün Öz qarşısında olmasını istəyəcək. Allah əvvəlcə Mikayıl və İsrafilin ölümünü istəyəcək. Sonra O, başqa kim qaldı - deyə soruşacaq. Ölüm mələyi “Sənin əbədi Üzün, ey Rəbbim! Sənin bu qulun və Sənin qulun Cəbrayıl, biz ikimiz ən sona qalmışıq” - deyə cavab verəcək. Allah təala “Cəbrayılın ruhunu ondan al” - deyə əmr edəcək”. Allah Rəsulu daha sonra buyurur: “Cəbrayıl üzü üstə düşəcək və o Allahı zikr edərəkdən qanadları ətrafa yayılacaq. O, “subhənAllah” deyərəkdən öləcək”. Onun üzü yerə dəydiyi zaman da o Allahı təsbih edəcək. Sonra Allah “Kim qaldı?” deyə soruşacaq. Ölüm mələyi “Allahım! Yalnız Sən və mən qalmışıq” – deyə cavab verəcək. Allah təala ölüm mələyinə onun ölməyini əmr edəcək və ölüm mələyi də öləcək. Allah təala bu zaman buyuracaq: “Kullu mən əleyhə fəən”- “Yer üzündə olan hər kəs ölümə məhkumdur (fanidir). Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir”. 

Bilirsinizmi Cənnətdə Allahın izni ilə Cəbrayıl əleyhissalam ilə danışa biləcəksiniz. Siz sevdiyiniz ilə birlikdə olacaqsınız. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Mən Cəfəri gördüm. O Cənnətdə mələklərlə birlikdə uçurdu”. Siz onun qanadlarından tutub Cənnətdə uça bilərsiniz. SubhənAllah, ən çox istədiyimiz şey, Cəbrayıl əleyhissalam və Peyğəmbərin səhabələri ilə qarşı-qarşıya əyləşib söhbət etmək və həqiqətən də Cəbrayıl ilə əlaqə qura bilməkdir. Bilirsinizmi necə? Səhih bir hədisdə Ənəs radiyallahu anhu deyir: “Əbu Talha deyir ki, bir dəfə qəfildən Allah Rəsulunun üzü fərəhləndi. O “Ey Allahın Rəsulu! Nə olub?” - deyə soruşdu. O buyurdu: “Cəbrayıl yanıma gəldi və dedi ki, sən buna sevinməyəcəksənmi ey Muhəmməd? Sənin ümmətindən elə bir kimsə olmayacaq ki, sənə bir dəfə salavat gətirsin və mən də ona 10 salavat deməyim”. “Həqiqətən Allah və Onun mələkləri peyğəmbərə salavat gətirirlər”. Sən peyğəmbərə salavat gətirdiyin zaman, Cəbrayıl əleyhissalam da sənə Allahın sənə salavatla cavab verdiyi kimi cavab verir. İstərdinmi elə indicə Cəbrayıl əleyhissalam sənin adını çəksin? O zaman “Salləllahu əleyhi və səlləm” de.

Məqalə Merciful Servant Kanalından ingiliscədən tərcümə edilmişdir.