İbn Şihab əz-Zuhri
O, Urvə ibn Zubeyr, Səid ibn Müsəyyəb kimi tabiundan olan alimlərdən dərs almışdı. Otuz yaşına qədər Məkkə və Mədinədə yaşayan İbn Şihab daha sonra Şam diyarına köçərək Dəməşqdə yaşamışdı. Topladığı məlumatları daim qeyd edən İbn Şihab əz-Zuhri həmçinin Əməvi sarayının arxivindən də faydalanma imkanına sahib olmuşdu. İbn Şihabın “Sünən” adı ilə tanınan hədis və “Kitabu’l-Məğazi” adı ilən tanınan tarixə dair iki əsərin müəllifi olduğu bilinməkdədir. Asim ibn Ömər (ölümü 737), Abdullah ibn Əbu Bəkr ibn Həzm, Musa ibn Uqbə əl-Əsədi (ölümü 758) Mədinə tarix məktəbinə mənsub ilk dövr məşhur müsəlman salnaməçiləridirlər.
Dr. Elnur Nəsirzadə