Skip to main content


Faydalı dərslər-3: Əməllərin boşa çıxması

Yenə kim “Allahu Əkbər” deyərsə, Allah təala bu zikrə qarşılıq Qiyamət günü ona Cənnətdə bir ağac əkər”.  Bu zaman Qureyşli bir adam belə dedi: “Ey Allah`ın Rəsulu! Belə vəziyyətdə bizim Cənnətdə xeyli ağaclarımız olacaq. Çünki biz davamlı olaraq bu zikrləri deyirik”. Allah Rəsulu salləllahu əleyhi və səlləm cavabında buyurdu: “Bəli, doğrudur. Amma onları günah atəşiylə yandırmaqdan çəkinin. Çünki Allah təala belə buyurur: “Ey iman edənlər, Allah`a və Rəsuluna itaət edin, işlərinizi boşa çıxarmayın”.

Məhəmməd ibn Nasr əl-Mərvəzi kitabının namaz hissəsində deyir: “Bizə Əbu Qudamə, Vəki, Reyli Əbu Cafər, Ənəs oğlu Rabi, Əbulahyə kanalı ilə xəbər verərək, dedi ki: “Allah Rəsulunun səhabələri Allah`a şərik qoşulduğunda heç bir əməlin fayda vermədiyi kimi, bir insan "Lə iləhə illəllah" deyərsə, ona heç bir günah zərər verməz görüşündə idilər. Bu səbəblə “Allah`a və Rəsuluna itaət edin, işlərinizi boşa çıxarmayın” ayəsi endi. Buna görə onlar günahlarının yaxşı əməllərini keçərsiz qılmasından qorxmağa başladılar”.

Əbu`l-Aliyədən rəvayətə görə, o belə deyir: “Allah Rəsulu salləllahu əleyhi və səlləmin əshabı olaraq biz “Allah`dan başqa ilah yoxdur” sözüylə bərabər heç bir günahın boşa çıxmayacağı, Allah`a şərik qoşmaqla birlikdə heç bir yaxşılığın fayda verməyəcək, əksinə onları tamamən məhv edib boşa çıxaracağına inanırdıq.” (İbn Kəsir təfsiri\Məhəmməd 33)  Yenə Abdullah ibn Mübarək, Bəkr ibn Maruf, Müqadil ibn Hayyan, Nafi qanadından gələn bir xəbərə görə Hz. Ömərin oğlu belə demişdir: “Bizlər Allah Rəsulunun səhabələri olaraq yaxşı əməllərdən nə edilmişsə, hamısı qəbul olunur deyə düşünürdük. Nəhayət, bu ayə endi: “Allah`a və Rəsuluna itaət edin, işlərinizi boşa çıxarmayın.” Bu ayə enəndə bizlər “Əməllərimizi boşa çıxaran nədir ki?” deməyə başladıq. Sonra hər halda bunlar böyük günahlar və üz qızardıcı sözlər və işlərdir dəyə şərh etməyə çalışdıq. Nəhayət, “Allah Özünə ortaq qoşma günahını bağışlamaz. Bunun xaricindəki günahları istədiyinə bağışlayar”. (Nisə 116) ayəsi nazil oldu. Bu ayə enəndə bu mövzuda danışmaqdan əl çəkdik. Böyük günah işləyənlərlə üz qızardıcı işlər görüb və sözlər söyləyənlərin aqibətlərindən qorxduq və o günahları işləməyənlər haqda ümidimizi saxladıq. (Seyyid Qutub “Quran Təfsiri”\Məhəmməd 33)

İbn Kəsir bu ayə barədə belə açıqlama vermişdir: “Allah təala inanan qullarına dünya və axirət səadətindən ibarət olan Zatına və Rəsuluna itaəti əmr edib, əməlləri boşa çıxaran dindən çıxmaqdan onları çəkindirir. Bu səbəblədir ki, “Və əməllərinizi (dindən çıxmaqla) boşa çıxarmayın” deyə bildirmişdir. Abdullah ibn Ömərdən nəql edilən bir görüşə görə möminlərin etdikləri saleh əməllərin ləğv edilməsi dindən çıxmalarıyla olur.

Bu əmr o zamanlar İslam cəmiyyətində itaətin mükəmməlini araşdırmayan, ya da İslamın qoyduğu bəzi məsuliyyətləri çətin qəbul edən və ya islamın qarşısına dikilən və onun hər yöndən gücünü yoxlayan güclü və çətin, növbənöv zümrələrlə cihad etmənin tələb etdiyi fədakarlıqları qatlanılmaz sayan bir zümrə olduğunu göstərir. Bu İslamla vuruşan zümrələri müsəlmanlarla ortaq mənfəətlər və qohumluq əlaqələri bağlayırdı. Bu bağlardan İslam inancının lazım bildiyi şəkildə, tamamından üz döndərmək və onları kəsib atmaq son dərəcə çətin idi. Yenə bu əmr səmimi müsəlmanların ruhlarına dərin və şiddətli şəkildə təsir etmişdi. Bu əmr səbəbi ilə  qəlbləri titrəmiş, bunun nəticəsində əməllərini boşa çıxaracaq və yaxşılıqları yox edəcək şeylər etməkdən qorxmuşdular”.

Vəhbə Zuheyli bu ayəti təfsir edərkən deyir: “Dindən dönərək, ya da böyük günahlarla, riya və göstəriş üçün başa vuraraq (qarşı tərəfə elədiyin yaxşılıq üçün minnət qoyaraq) əməllərinizi boşa çıxarmayın.  İbni Abbas radiyallahu anhdan belə rəvayət edilmişdir: “Əməllərinizin savabını riya və suma ilə, ya da şübhə və nifaqla ortadan qaldırmayın”. (Vəhbə  Zuheyli “Təfsiru`l- Munir”)

Quran ayələrini Peyğəmbər salləllahu aleyhi və səlləmdən alan səmimi müsəlmanların ruhi vəziyyətlərini, ayələr qarşısında necə ürpərərək titrədiklərini, necə sarsılaraq qorxduqlarını, ayələrin düşmənlik və intiqamına məruz qalmaqdan necə çəkindiklərini, ayələrə uyğun şəxslər olmaq üçün, özlərini o ayələrə tabe tutmaq üçün necə çalışdıqlarını bu hədis və xəbərlərdən açıq-aydın görmək mümkündür.

Allah`ın müqəddəs sözlərini almaqdaki bu diqqətlilik müsəlmanları bu ayədə qınanan kəslər olmaqdan xilas etmişdi. Səhabələrin Allah`ın dəvəti yolunda parlayan bir ulduza çevrilmələrinə səbəb onların  Quran ayələrini anlamaqda orta yolu tutmalarıdır. Onlar nə Allah`a şərik qoşmadıqları üçün özlərinin bağışlanacaqları və etdikləri bütün yaxşılıqların mütləq qəbul olunacağı fikrinə qapılır, nə də bir günah etdiklərində artıq bunun bütün əməllərini puç edəcəyi və həlak olacaqları qorxusuyla ümidlərini tamamən itirirdilər. Bu ikisi arasında yol tutub, əlbəttə, şərik qoşmaqdan və daha sonra isə böyük günahları etməkdən çəkinərdilər və bağışlanma ümidiylə Allah üçün etdikləri yaxşlıqları daha da artırardılar. Onlar “Bu ayə üz döndərən kafirlərə aiddir, o ayə kitab əhlinə aiddir, o biri ayə münafiqlərə aiddir” düşüncəsinə qapılıb rahat yaşamaq üçün özlərinə səbəb axtarmazdılar. Əksinə, hər ayə sanki onlara enmişdir qorxusuyla yaşayır, diqqətlə ayələri incələyib həyatlarına tətbiq etməyə çalışardılar. Yenə də ən doğrusunu Allah bilir.

 Allah onlardan razı olsun və bizi də eyni işıqda yeriyənlərdən etsin!  Allah bizi də sahabələr kimi ayələrin təsirindən titrəyənlərdən, Allah`ın əmrlərinə bacardığı qədər əməl edənlərdən, qəzəbindən qorxub rəhmətinə ümid edənlərdən etsin! Amin!