Skip to main content


Ailənizə qarşı hörmətli olmağın Yolları

1.Onların yanında telefonunuzu bir kənara qoyun.
2.Söylədikləri şeyləri diqqətlə dinləyin.
3.Fikirlərini təsdiqləyin.
4.Onlara hörmətlə baxın.
5.Onları hər zaman tərifləyin.
6.Yaxşı xəbərləri onlarla paylaşın.
7.Pis xəbərləri paylaşmaqdan çəkinin.
8.Dostları və sevdikləri haqqında onlara yaxşı şeylər söyləyin.
9.Onların etdikləri yaxşı şeyləri ağlınızdan çıxarmayın.
10.Əgər söylədikləri şeyi təkrar edirlərsə ilk dəfə söyləyirlərmiş kimi dinləyin.
11.Onlara keçmişdəki xoşagəlməz anları xatırlatmayın.
12.Onların düşüncələrini və fikirlərini kiçik görməyin yada qınamayın.
13.Onlar danışarkən sözlərini kəsməyin.
14.Yaşlarına hörmət göstərin.
15.Nəvələrini onların yanında cəzalandırmayın/onlara vurmayın.
16.Onların yönləndirmələrinə və məsləhətlərinə hörmət göstərin.
17.Yanınızda olarkən liderliyi onlara verin.
18.Onlara səsinizi yüksəltməkdən qaçın.
19.Onlardan öndə yada önlərində getməkdən çəkinin.
20.Yeməyə onlardan öncə başlamaqdan çəkinin.
21.Onlara qarşı uzun və narahat edici baxışlardan çəkinin.
22.Haqq etmədiklərini düşündüklərində belə onları çoxlu tərifləyin.
23.Onların yanında ayaqlarınızı uzatmaqdan və onlara arxanız dönmüş bir şəkildə oturmaqdan çəkinin.
24.Başqaları haqqında pis danışdıqlarında onlar haqqında pis danışmayın.
25.Mümkün olduqca onları dualarınızda xatırlayın.
26.Yanlarındaykən onlardan bezmiş yada yorulmuş görünməkdən qaçın.
27.Xətalarına və qüsurlarına gülməkdən çəkinin.
28.Onlar sizdən istəmədən bir vəzifə siyahısı tərtib edin. (Onlara yardım edəbiləcəyiniz mövzular haqqında.)
29.Onları tez-tez ziyarət edin.
30.Onlarla danışarkən kəlimələrinizi diqqətlə seçin.
31.Onlara xoşladıqları isimlərlə səslənin.
32.Onları öncəliklərinizin ən üstündə tutun.

وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا

Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de. İsra surəsi, 24-cü ayə. (Suffagah.com)